Dəmirtaş: “Allah Ərdoğana can sağlığı versin” - Kürdlərin zaza çıxan "Obama"sı; O, kürdlərlə türklər arasında körpü olmaq istəyir
13-03-2025 [11:42]
Kürdəsilli Türkiyə siyasətçisi, yazıçısı və Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş 2016-cı ildən həbsdədir. O, 2015-ci il iyunun 7-də keçiriləcək ümumi seçkilər ərəfəsində qətiyyətli açıqlamalarından birini verdi: “Sizə prezident (Tayyib Ərdoğanı nəzərdə tuturdu) olmağa imkan verməyəcəyik”. 2025-ci ildə nə deyir? Deyir ki, Allah Ərdoğana uzun ömür, can sağlığı versin. Yəni haradan hara.
Hər şey ondan başladı ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı oktyabrın 22-sində partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif etdi.
PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) Şanlıurfadan olan millət vəkili, Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan PKK liderinin hazırda cəzasını çəkdiyi İmralı həbsxanasına gedərək onunla görüşdü.
Xatırladaq ki, 2013-cü ildə Novruz bayramı zamanı Abdullah Öcalanın Diyarbəkir meydanında on minlərlə insanın qarşısında bəyanatı oxunmuşdu. O vaxt da Öcalan PKK-nı silahı yerə qoymağa səsləmişdi. O vaxt Səlahəddin Dəmirtaş “kürd açılımı” ilə bağlı İmralıda Abdullah Öcalanla görüşmüşdü.
Bir məqamı da deyim: Məhz həmin mitinqdəki çıxışına görə Dəmirtaş 2018-ci ilin 7 sentyabrında 4 il 8 ay müddətinə həbs olundu. 2015-ci ilin iyulunda PKK-ya bağlı partiyalarla Türkiyə hakimiyyəti arasında qarşıdurma yarananda Dəmirtaş Türkiyənin cənub-şərqinə daha yüksək siyasi muxtariyyət verilməsini tələb etdi.
Ancaq bu dəfəki müraciət uğurlu oldu. Türk-kürd qardaşlığına bağlı ümidlər yenidən vüsət aldı. Bəs, nədən 2013-cü ildəki müraciət gözlənilən effekti vermədi? Çünki 2013-cü ilin Türkiyəsi ilə 2025-ci ilin Türkiyəsi arasında ciddi fərq var. Ötən illər ərzində Türkiyə bütün parametrlər baxımında ciddi inkişaf edib. Xüsusən Türkiyənin hərbi sənayesində inqilabi yüksəliş müşahidə olunur. Müvafiq olaraq PKK-ya da Qərbin, xüsusən ABŞ-ın dəstəyi getdikcə zəifləyir.
Hazırda prezident Rəcəb Tayyib Ərdoğanın əsas müttəfiqi olan Dövlət Baxçalı “Artıq Türkiyənin suverenliyini təhdid edən silahlı qruplara yer qalmayıb” deyir. O, Suriyadakı YPG də daxil olmaqla, bütün PKK-ya bağlı qrupların Abdullah Öcalanın çağırışına əməl etməli olduğunu vurğulayır. MHP lideri tərksilahdan hər hansı imtinanın ağır nəticələri haqqında xəbərdarlıq edib: “Zorakılıq və silahlı qarşıdurma dövrü başa çatıb. Terrorsuz Türkiyənin məqsədi tarixini və coğrafiyasını sülhlə yenidən yazmaq, barış və qardaşlıq ruhu ilə dizayn etməkdir”.
Sayın Baxçalı daha sonra vurğulayıb ki, Türkiyə milli birlik və qətiyyətlə 41 illik tarixinə damğasını vuran terrordan təmizlənəcək.
Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədinə YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa imza atıb. Bu anlaşma sayın Dövlət Baxçalının başladığı sülh prosesinin kulminasiya nöqtəsi hesab oluna bilər.
Səlahəddin Dəmirtaş da bu prosesdə Abdullah Öcalanın yanında yer alır. Ancaq bir vaxtlar o, Türkiyəni parçalamaq üçün min oyundan çıxırdı. İdeoloji müharibə aparırdı. HDP Ərdoğanın təbliğ etdiyi türk-islamçı, neoliberal və mərkəzçi baxışlara qarşı bir qüvvə kimi çıxış edirdi. Dəmirtaş Türkiyənin kürd əhalisi, əmək haqları və gender bərabərliyi uğrunda mübariz olmuşdu. Əlbəttə, daha çox kürd muxtariyyətini təmin edəcək solçu, plüralist və mərkəzçi idarəetmə modelinə üsyan edirdi. O vaxt HDP-nin seçkilərdə uğur qazanması, 80 mandat əldə etməsi və AKP-nin parlament çoxluğunu əldə verməsi Ərdoğanın ambisiyalarına böyük zərbə kimi qiymətləndirildi.
Lakin bu siyasi qələbə qısamüddətli oldu. Türkiyə dövləti ilə PKK arasında sülh prosesinin dalana dirənməsi, kürd bölgələrində zorakılığın yenidən alovlanması və AKP-nin yenidən çoxluğu əldə etməsi ilə nəticələnən 2015-ci ilin noyabrında keçirilən növbədənkənar seçkilər Türkiyənin siyasi landşaftını kökündən dəyişdi.
2016-cı ildə həbs olunduqdan sonra Dəmirtaşın ictimai müzakirələrə çıxış imkanlarının məhdud olmasına baxmayaraq, o, kürd və müxalifət düşərgəsində mərkəzi fiqur olaraq qalır. Həbsxanadan o, siyasi şərhlər, ədəbi əsərlər və Türkiyənin siyasi trayektoriyası haqqında strateji düşüncələr təqdim edərək geniş yazılar qələmə alır. İllər keçdikcə onun Ərdoğana və Türkiyə dövlətinə münasibəti, xüsusən də Türkiyədə siyasi reallıqlar dəyişdiyi dönəmdə transformasiyaya uğrayıb. Elə ona görə də Dəmirtaş sülhdən, qardaşlıqdan danışır: “Ərdoğan, Baxçalı və Öcalan - Allah onlara uzun və sağlam ömür versin. Onlar həyatlarının bu son mərhələsində Yaxın Şərqdə sülh və tarixi kürd-türk barışı üçün təşəbbüsü öz üzərinə götürüb. Bu üç liderin uğur qazanması üçün əlimdən gələni edəcəyəm”.
Bu yaxınlarda “Yeni Şafak” qəzetinin köşə yazarı Mehmet Metiner həbsxanada Demirtaşla iki saatlıq görüş keçirib. Aydındır ki, dövlətin icazəsi ilə bu görüş baş tutub.
Metiner qeyd edib ki, Demirtaş qeyd-şərtsiz tərksilahın zəruriliyini vurğulayıb: “Biz tələb etmirik, biz vəd veririk. Biz dövlətimizi və ölkəmizi birlikdə quracağımıza və genişləndirəcəyimizə söz veririk”. O, baş verənləri yeni siyasi paradiqmaya əsaslanan bir proses kimi qiymətləndirdiyini bildirib.
Aydın görünür ki, Demirtaş özünü Kürd-Türk münasibətlərinin yeni mərhələsi üçün körpü qurucusu kimi göstərməyə çalışır. Son dərəcə praqmatik yanaşma sərgiləyir.
Ümid edirik ki, bu dəyişikliyin arxasında hər hansı taktiki manevr dayanmayıb. Türkiyədə siyasi mübarizənin mürəkkəb reallıqları var. Məncə, Abdullah Öcalan və Səlahəddin Dəmirtaşın kürd məsələsi ilə bağlı baxışında yaranmış yeniliklər mürəkkəb reallıqların tənzimlənməsindən irəli gəlib. Və bu transformasiya Türkiyəni yenidən dünyanın siyasi mərkəzlərindən birinə çevirəcək.
“Foreign Policy”nin “kürdlərin Obaması” kimi vəsf etdiyi bu şəxs 34 yaşında Türkiyə parlametində yer alıb. 2012-ci ilin noyabrında Mardinin Kızıltəpə rayonunda keçirilən mitinqdə Dəmirtaş Türkiyə polisini Abdullah Öcalanın plakatlarını daşıyan yürüş iştirakçılarına müdaxilə etdiyinə görə tənqid edərək demişdi ki, kürdlərin qatili Evrenin heykəlinin Evrenin adını daşıyan məktəblər tərəfindən ucaldılmasından narahat olmayanlara səslənirəm: “Öcalan'ın posterini Kürdistan'da asmayacaklar da nerede asacaklar? Daha heykelini dikeceğiz. Bunu kafanıza yazın".
Belə guruldamasına baxmayın. 2019-cu ildə Dəmirtaş məhkəmədəki ifadəsində Öcalanın heykəllərinin qoyulmasına qarşı olduğunu dilə gətirdi.
2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Dəmirtaşın azad olunmasını və Türkiyə dövlətinin ona 25 min avro ödəməsini tələb etdi. Ancaq Türkiyə bu tələbi rədd etdi. Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci ildə yenidən eyni tələbi irəli sürsə də heç bir şey dəyişmədi.
O da maraqlıdır ki, Dəmirtaş etnik baxımdan zazadır. Zazalar Türkiyədə türk, kürd və ərəblərdən sonra ən böyük dördüncü etnik qrupdur. Bingöl və Tunceli vilayətində əhalinin əksəriyyəti zazalardan ibarətdir. Dəmirtaş zaza dilini də bilir. Tele-çıxışlarının birində ona belə bir sual verilir: “Siz zazasız?” Cavab belə olub: “Kürd zazasıyam”. Məlumat üçün deyim ki, zazalar kürdlərdən daha çox bizim talışlara yaxındır.
Son proseslərdə sülhə meyllənən Abdullah Öcalanın və Səlahəddin Dəmirtaşın tezliklə azadlığa çıxacağı gözlənilir.
Sonda onu da deyim ki, 2023-cw ilin fevralında AXCP-nin sədr müavini Seymur Həzi qalmaqallı və bir o qədər də təəccüblü çıxışı ilə gündəmə gəlmişdi. O, Səlahəddin Demirtaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi” adlandrmışdı. Seymur Həzi daha da irəli gedərək onun fəaliyyətini “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirmişdi.
Təəssüf ki, politoloq Şahin Cəfərli də oxşar fikirlər səsləndirmişdi.
Düşünə bilirsizmi, Türkiyəyə Kürdüstan deyən birisinə, Öcalana heykəl qoyacağıq deyərək qardaş ölkəni qarışdıran birisinə Azərbaycanda dəstək verənlər var. Elə indinin özündə də milli xəyanət yolu tutan belələri Türkiyənin Suriyada yeritdiyi sülhsevər siyasətə İran, Rusiya və Qərbin sifarişi ilə qarşı çıxırlar.
Ancaq əlahəzrət Zaman Türkiyə və Türk Dünyasının xeyrinə işləyir. Çör-çöp isə selin qarşısında dayana bilməz...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)