"Tikinti adi ilə bütün qəsəbəni iflic edən bu quldurları məsuliyyətə cəlb edin" - Jurnalistdən icra başçısına ağır ittihamlar (Rəsmi reaksiya)
14-03-2025 [18:25]
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən Mia.az-da martın 12-də yayımlanan aşağıdakı yazıya belə münasibət göndərilib:
"Qeyd edilən məsələ ilə bağlı bildirmək istəyirik ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və "Azərsu" ASC-nin texniki şərtinə əsasən, Binəqədi rayonu, Mədən 1, korpus 5 ünvanında yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alaraq yuxarıda qeyd olunan ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülmüşdür. Həmçinin əlavə məlumat üçün bildiririk ki, işin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmamışdır".
***
"Binəqədi rayonu tamamilə yiyəsiz qalıb. Elxan Allahverdiyev və başının dəstəsi bu rayonun altını da, üstünü də istismar edib və edir. Rayon Mozambik qaydaları ilə idarə olunur. Kim nə istəyir edir, haranı istəyir qazır, dağıdır, yetər ki, rüşvətini ver, vəssalam".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, jurnalist Səbuhi Abbasov feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hansısa yeni tikiləcək binaya görə özəl bir şirkət Biləcəri, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsinin şüşə kimi olan 4-5 km.lik asfalt yolu düz DSK-ya qədər 4 metrə qədər qazılaraq, darmadağın edilib:
"Kanalizasiya xətlərimiz dağıdılıb, bu gün isə su xətlərimizi ekskavatorla dağıdıb, qırıb, elə də tullayıb gediblər. Evə su gəlmir, kombi işləmir, kanalizasiya da öz yerində. ADSEA rəhbəri Zaur Mikayılovdan jurnalist kimi xahiş, vətəndaş kimi tələb edirəm. Bunların dağıtdıqları kanalizasiya xətləri, su boruları sizin ixtiyarınızdadır. Bilirəm, əlaqədəyəm, sizin əməkdaşlarla danışıram, onlarlıq bir şey yoxdu. Ancaq ümumi yanaşanda sizin təsərrüfata zərər vururlar. O turbadan gələn su sizin sayğaclara qoşulub və aylıq pul ödəyirik. Xahiş edirəm, bu tikinti terrorçularını dayandırın.
Üz tuturam Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, şəxsən daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazova, tikinti adi ilə bütün qəsəbəni iflic edən bu quldurları məsuliyyətə cəlb edin. Rayonun başçısı çətin ki, yeyib-içməkdən, eyş-işrətdən başını açsın. Artıq 102 xidmətinə müraciət etmişəm".
Samir
MİA.AZ
Qəzzada itki - Son statistik məlumat açıqlandı
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Rektor hava isti olduğu üçün işə çıxmadığını deyir: "Universiteti uşaqlar özləri idarə edirlər”
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalandı
"Beşiktaş" Leandro Trossardı heyətinə qatmaq istəyir
Səbuhi Abbasov: “Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu”
Nazir Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsini həvalə edib - Nazirlikdən açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bakıda evlərə girməyə çalışan qadın kimdir? - Açıqlama + VİDEO
Qadını vuran sürücünü belə döydülər - VİDEO
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTOLAR
Kamran Əliyev Yasamal rayonunda 47 nəfəri qəbul edib
"Əl Rayyan" Aleksandr Mitroviçi heyətinə qatıb
Salyanın icra başçısı 8 ayda 4 tender keçirib
İran və MAQATE rəsmiləri görüşəcək - Yenə Vyanada
CHP-nin İstanbul təşkilatına qəyyum təyin olunanlardan biri geri çəkildi: "Partiyanın ələ keçirilmə..."
Levon Balayan Bakıda məhkəmədə: "Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdə olmuşam"
Azərbaycanın üzvlüyünün bloklanması... - "Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlikdir"
II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı? - “Torpaq mənim deyil, mənim xalqımındır”
"Beşiktaş" 2 oyunçusu ilə yollarını ayırır
Josef De Souza "Beşiktaş"a qayıdıb
"Trabzonspor" Andre Onana ilə danışıqlara başlayıb
İsmael Bennaser Xorvatiya nəhənginə keçdi
Dünya çempionatı: 5-ci həftənin matçlarına yekun vurulub
Montella Türkiyə vətəndaşı olacaq - Açıqlama
Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb
Putinin sözçüsü: ""İstanbul formatı"nda danışıqlar davam etməlidir"
Prezident İlham Əliyev sərəncam imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
RƏSMİ BAKIDAN BƏYANAT: "Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur" - Təzminat xəbəri də yalan çıxdı
Elçin Məsiyev növbəti təyinat alıb
Tovuzda yanğın törədən şəxs cəzalandırılıb
"İçərişəhər"də yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
Adəm Məmmədov azadlığa buraxılıb - FOTOLAR
Müşavir prorektor təyin olundu
“Yeni Çağ” 18 yaşında…
Baləli həbsxanada Rəşad Dağlı ilə görüşdü - FOTO
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə nəticələri açıqlanıb
"Yalan söhbətdir" - Milli Qəhrəmanın atasından Rusiya XİN-in sığorta açıqlamasına reaksiya
ABŞ Müdafiə Nazirliyinin adı dəyişir - Müharibə Nazirliyi
Göbələk kimi artan müşavir postları... - Partiya sədri nazirlərin qanundakı boşluqdan yararlanaraq yaxın çevrələrini büdcəyə "yüklədikləri"ni deyir
Mark Zukerberq "Facebook"u məhkəməyə verib
Elnur Məmmədov XİN başçısı ilə görüşüb - FOTOLAR
Əfqanıstanda üçüncü zəlzələ: ölənlərin sayı 2205 nəfərə çatıb