"Nazirliyin məqsədi nədir, bizi bağlamaq istəyirlər?" - Xalq artistindən Əlisa Cabbarovla Orxan Fikrətoğlunun "söz atışması"na reaksiya
MƏDƏNİYYƏT
11.03.2025, 18:49
Martın 10-da "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə gərgin anlar yaşanıb.
Mia.az-ın məlumatınba görə, Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham ediblər.
Əlisa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini vurğulayıb: "Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir".
Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu isə ona belə cavab verib: "Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda "44", "Borc", "Doğma torpaq" kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır".
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev "Qaynarinfo"ya açıqlamasında xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib: "Kinoya ayrılan və xərclənən pullar şəffaf olmalıdır. Məsələn, bu gün "Azərbaycanfilm"ə pul vermirlər. Niyə? O boyda studiya qalıb gözdağı kimi. Əgər studiya varsa, niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə, bu açıqlanmalıdır. Əlisa düz deyir".
Sədrin sözlərinə görə, dövlətin kino sahəsinə ayırdığı pul Mədəniyyət Nazirliyinin balansına köçürülür:
"Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz kino çəkən deyilik, amma ayrılan pullar kinoçəkənlərə, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ odur ki, Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir, boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bomboş, üç-dörd nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan gözlənilməz çağırış: “Kılıcdaroğlu Özgür Özelin xeyrinə geri çəkilməlidir”
Bugün, 09:10 SİYASƏT
-
Özgür Özel: “Kılıçdaroğlu zəng etdi, cavab vermədim, onunla nədən danışacağıq?” - "Geri çəkilməyəcəyik, əksinə..."
Bugün, 08:58 SİYASƏT
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 08:56 İQTİSADİYYAT
-
ASGA WUF13 çərçivəsində "Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi" mövzusunda tədbir keçirib - FOTOLAR
Bugün, 01:22 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlunun silahdaşı ondan üz döndərdi: "Özgür Özel və qurultayın iradəsini dəstəkləyirəm"
Bugün, 00:56 SİYASƏT
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisində - FOTOLAR
Bugün, 00:37 GÜNDƏM
-
TƏBİB-in İCRAÇI DİREKTORUNUN YENİ VƏZİFƏ VERDİYİ VƏZİROVA: o, kimdir? - Maraqlı faktlar...
Bugün, 00:17 CƏMİYYƏT
-
“Sabah”la “Neftçi” bölgə klublarını ayağına gətirir
Bugün, 00:15 İDMAN
-
ADL ÇƏTİRİ ALTINDA DOLAŞAN TROLLAR: diş fırçası, qulaq çöpü və... - Niyə Gürcüstan 35 manata, ADY 81 manata bilet satır?
Bugün, 00:12 GÜNDƏM
-
YAVAŞ CHP-dəki "ÇEVRİLİŞ"DƏN DANIŞDI: "Təcili yeni qurultaya getməli və..." - "İqtidara fürsət tanımaq olmaz!"
Bugün, 00:02 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
81 MANATDAN 180 MANATADƏK... - Bakı-Tbilisi qatarına biletlər satışa çıxdı + SİYAHI (Yenilənib)
21.05.2026, 23:23 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu CHP sədrliyini qəbul etdi, birlik mesaj verdi: “İqtidara yürüyəcəyik”
21.05.2026, 23:12 GÜNDƏM
-
İmamoğlundan Kılıçdaroğlunun videomüraciətinə bir cümləlik - Reaksiya
21.05.2026, 21:01 SİYASƏT
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
21.05.2026, 20:17 GÜNDƏM
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTOLAR
21.05.2026, 20:14 GÜNDƏM
-
SÖZÜN İŞIĞINDA BİR GÖRÜŞ... - FOTOLAR
21.05.2026, 20:05 MƏDƏNİYYƏT
-
PA-nın şəbə müdiri ilə partiya sədri arasında görüş oldu - Nələr müzakirə edilib?
21.05.2026, 20:02 SİYASƏT
-
TÜRKİYƏ SİYASƏTİ ÇALXALANIR: gərginlik birjalara sıçradı, kəskin eniş fondun bağlanışına səbəb oldu
21.05.2026, 19:27 İQTİSADİYYAT
-
MƏHKƏMƏ CHP-nin QURULTAYINI LƏĞV ETDİ, KILIÇDAROĞLU GERİ GƏTİRİLİR – Türkiyə siyasətində "zəlzələ" (YENİLƏNİB)
21.05.2026, 18:54 SİYASƏT
-
Kral III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - MƏTN
21.05.2026, 18:42 GÜNDƏM
-
PA rəsmilərinin qəbul günləri - CƏDVƏL
21.05.2026, 18:39 GÜNDƏM
-
Mətbuat katibi yeni vəzifəyə təyinat edildi
21.05.2026, 18:31 PRESS
-
Deputat Günay Ağamalı qalmaqallı sözləri qəsdən deyib? - Keçmiş partiya sədrindən maraqlı şərh
21.05.2026, 18:28 SİYASƏT
-
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - Çıxışlar + FOTOLAR
21.05.2026, 18:13 SİYASƏT
-
Fərid Şəfiyev: "Ermənistan Laçın və Kəlbəcəri..."
21.05.2026, 18:06 SİYASƏT
-
Azercell “Great Place to Work” beynəlxalq sertifikatına layiq görülüb
21.05.2026, 17:54 İQTİSADİYYAT
-
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi... - Baş nazir qərar imzaladı
21.05.2026, 17:48 CƏMİYYƏT
-
Bu şəxslərə hər ay 100 manat məbləğində vəsait ödəniləcək - Qərar
21.05.2026, 17:42 GÜNDƏM
-
Moctaba Xamenei: “Zənginləşdirilmiş uran İrandan çıxarılmayacaq”
21.05.2026, 17:10 GÜNDƏM
-
Deputat keçmiş partiya sədrinin müdafiəsinə qalxdı – Qalmaqal böyüdü
21.05.2026, 17:04 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.05.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda tramvay xətlərinin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır
21.05.2026, 16:30 CƏMİYYƏT
-
Pakistanın Baş naziri İlham Əliyevə məktub göndərdi
21.05.2026, 16:29 GÜNDƏM