06-08-2014 [01:01]
Azərbaycan İnternet Forumu bildirir ki, son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı milli infromasiya resurslarımız, xüsusilə də İnternet media resurslarının normal fəaliyyəti üçün təhlükələr artıb .
Mia.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun yaydığı açıqlamada qeyd olunur ki, populyar və ictimai rəyə real təsirə malik internet media qurumlarının dayanıqlı fəaliyyəti üçün daha ciddi təhlükələr var:
"Son dövrlərin müharibələri də göstərir ki, yerli və beynəlxalq
ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün adətən əks tərəfin milli İnternet
resursları, xəbər portalları sıradan çıxarılır. Müasir müharibələrin tərkib
hissəsi olaraq infromasiya müharibəsinə hazırlıq və onun aparılması çox ciddi əhəmiyyət kəsb edən faktora
çevrilib.
Görünən odur ki, hazırda Ermənistan tərəfi və onların xaricdəki lobbiləri var qüvvələri ilə bundan istifadə edirlər. Artıq bir neçə İnternet xəbər resursumuz haker hücumuna məruz qalıb. Onlar Azərbaycana qarşı sistemli formada informasiya müharibəsi aparır, həm beynəlxalq və eləcədə öz daxillərində ictimai rəyin manipulyasıyasından məharətlə istiafdə edilir.
AİF bildirir ki, indiki məqamda milli informasiya resurslarımızın
sahibləri, müvafiq dövlət və özəl
qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların
dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi çox vacibdir. Gündəlik
monitorinq tətbiq edilməlidir. Media qurumunun trafiki nəzarətdə saxlanılmalıdır. Peşəkar
mütəxəssislər cəlb edilməli və ya mütəxəssislərlə əlaqələr gücləndirilməlidir.
AİF bildirir ki, İnternet xəbər portallarının yalnız xarici hostlardan deyil, həmçinin alternativ hostinqlərdən, xüsusilə yerli Delta Telekom şirkətinin də hostinqlərindən istiafdə etməsi faydalı olardı. İnternet resursun burada yerləşməsi, baş verən fəsadların daha opertaiv aradan qaldırılmasına köməklik edərdi.
AİF bildirir ki, bu arada RYTN yannda Elektron Təhlükəsizlik Mərkəzinin (Qaynar
xətt: 1654), XDMX İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin və Delta Telekom
Data Mərkəzinin (+994 12 431 14 20; (daxili)107; mobil: 050-203-12-95) daha aktiv formada fəaliyyətinə ehtiyac var.
Bu qurumlarda qaynar xətt sistemlərinin daha çevik fəaliyyəti təmin edilməlidir.
Xüsusilə də indiki məqamda ETM tərəfindən İnternet media resurslarımızın dayanıqlı fəaliyyətinin təmin edilməsi, yeri gələndə zərurui metodiki-informasiya və texniki dəstəyin göstərilməsi cox vacibdir”.
Yeri gəlmişkən qeyd edək ki, mia.az-a dünəndən etibarən fasiləsiz haker hücumları davam edir. Buna görə sayta girişdə bəzən fasilələr yaranır. Oxucuların diqqətinə çatdırırıq ki, bu problem sayt rəhbərliyinin günahı deyil və problemin aradan qaldırılması üçün çalışmalarımız davam edir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq