Mərkəzi Bankın valyuta ehtiyatları 4.5 milyard azaldı, qızıl isə... - Bir həftə içində

img

06-03-2025 [17:14]


Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı bir həftə içində 4.5 milyarda yaxın azalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank həftəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, bankın ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4 milyard 578 milyon dollar azalaraq 165 milyard 417 milyon dollara düşüb: "Bu dövrdə qızıl ehtiyatları isə 1 milyard 638 milyon dollar azalaraq 72 milyard 297 milyon dollardan 70 milyard 659 milyon dollara qədər azadlıb".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR