RƏSMİ ANKARADAN TEHRANA ETİRAZ: İran səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

img

04-03-2025 [16:22]


İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili bəzi İran rəsmilərinin Türkiyəyə qarşı iddialarını müzakirə etmək üçün nazirliyə dəvət edilib: "Bu gün İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə dəvət olundu. Ondan bəzi İran rəsmilərinin Türkiyəyə qarşı iddiaları barədə izahat istənilib"

XİN sözçüsü deyib ki, İranla əlaqələrə böyük əhəmiyyət verirlər: "Lakin xarici siyasət məsələlərinin daxili siyasət üçün material kimi istifadə edilməsi yolverilməzdi. Bu çərçivədə biz bir ölkəyə verilməsi lazım olan kritik mesajları birbaşa veririk. Bu gün də bu yolla getdik. qarşı tərəfə diplomatik etirazımızı bildirdik"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR