AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI: Dövlət süverenliyimizin əsas hüquqi təminatıdır
04-03-2025 [12:59]
"Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamın işığında Azərbaycan Konstitusiyası və milli suverenlik
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib.
Ayrı-ayrı illərin dövlətin yaxın və uzaq müddətli prioritetlərinə uyğun adlandırılması artıq ölkəmizdə ənənəyə çevrilmişdir. Azərbaycan Prezidentinin bu Sərəncamı 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş ilk demokratik Konstitusiyamızın 30-cu yubiley ildönümünün tamam olmasının dövlət səviyyəsində təntənə ilə qeyd edilməsi kimi böyük mərama xidmət edir.
Həmin Sərəncamda deyilir: “…1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Digər tərəfdən 30 illik erməni işğalı altında qalan torpaqlarımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsində azad edilməsi ilə nəticələnən Zəfərin 5-ci ildönümü tamam olur. Məhz Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də bir günlük antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyününü tam təmin edilməsi və dövlət suverenliyimizin ölkəmizin bütün ərazisi üzərində təmin olunmasına gətirib çıxardı. Bu baxımdan, sözün həqiqi və tam mənasında özü ayrıca bir tarixi-siyasi hadisə olan “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizin 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqillik, konstitusiya quruculuğu və suverenlik uğrunda əldə etdiyi mühüm nailiyyətləri qeyd etmək, tarixiləşdirmək və bu dəyərləri ləyaqətli və qürurlu şəkildə gələcəyə daşımaq məqsədi güdür. Yenə möhtərəm Prezidentimizin qeyd etdiyimiz Sərəncamındakı fikirlərinə istinad edək: “2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir”.
Beləliklə, bu əlamətdar ildə Azərbaycanın Konstitusiyası dövlətimizin müstəqilliyini və suverenliyini təmin edən, dövlət quruculuğunun hüquqi əsaslarını formalaşdıran ən zəruri sənəd olaraq yenidən diqqəti öz üzərində cəmləşdirir.
Hər bir dövlət üçün əsas təsisedici sənəd, ölkələrin Əsas Qanunu adlandırılan konstitusiyanı siyasi nəzəriyyədə, hüquq elmində, dövlətin qərar qəbuletmə prosesində və nizam-intizamın təmin edilməsində başlanğıc sənəd adlandırmaq mümkündürsə, suverenliyi həmin prosesdə ən son nəzarət səlahiyyəti kimi nəzərdən keçirmək səhv olmazdı. Bu gün ikili standartların artıq təəccüb doğurmadığı beynəlxalq hüquqda və təcrübədə ən mübahisəli ideyalardan biri olan suverenlik anlayışı da, elə konstitusiya kimi, dövlət hakimiyyəti, müstəqillik və demokratiya anlayışları ilə sıx bağlıdır. Təsadüfi deyildir ki, 1995-ci il Konstitusiyasının preambula hissəsində aşağıdakı ifadələr yer almışdır: “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir”. Bu bir daha Azərbaycan dövləti üçün “konstitusiya” və “suverenlik” anlayışlarının üzvi şəkildə bağlı olduqlarını, sarsılmaz vəhdətini sübut edir.
Azərbaycan Respublikasının Konstitusiyası: müstəqil dövlətçiliyimizin pasportu
Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-1993-cü illərdə ölkəmizdə bütün sahələrdə (siyasi, hüquqi və iqtisadi) yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Azərbaycan Respublikasının Konstitusiyası məhz bu əsaslarda qəbul edildikdən sonra ölkənin hüquqi quruluşunun və dövlətin fəaliyyətinin əsas çərçivəsini təşkil edir. Bu sənəd Azərbaycan dövlətinin müstəqilliyinin təmin olunmasında, əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, eləcə də vətəndaşların konstitusion vəzifə və öhdəliklərinin müəyyənlədirilməsində mühüm rol oynayır. Həmçinin, Konstitusiyamız Azərbaycanın müasir demokratik, hüquqi dövlət kimi beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirən əsas hüquqi sənəd olaraq çıxış edir.
Azərbaycan Konstitusiyası ölkənin dövlət quruluşunu, hüquqi və iqtisadi sistemini, eləcə də insan və vətəndaşların əsas hüquq və azadlıqlarını tənzimləyən əsas norma və prinsipləri müəyyən edir. Bu sənəd dünya birliyində Azərbaycanın müstəqil və suveren dövlət olaraq mövqeyini qorumaq və inkişaf etdirmək məqsədini güdür. Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsi və öz siyasi-hüquqi iradəsini müstəqil şəkildə ifadə etməsi Konstitusiyanın təsbit etdiyi əsas hüquqi zəminə istinad edir.
Konstitusiya Azərbaycanın dövlət suverenliyinin təmin olunmasında mərkəzi rola malik olmaqla, ölkəmizin daxili və xarici siyasətini prioritet istiqamətlərini də müəyyən edir və təcrübədə həyata keçirilməsi üçün başlıca hüquqi baza rolunu oynayır. Bu baxımdan Azərbaycan dövlətinin milli Konstitusiyadan irəli gələn suverenliyi həm də ölkənin beynəlxalq münasibətlərdə sərbəst və müstəqil əkildə, qarşılıqlı və bərabərhüquqlu əsaslarla əlaqələr qurmasına imkan verir. Azərbaycan bu gün bir sıra qloblal və regional beynəlxalq təşkilatların üzvüdür və bu, ölkənin beynəlxalq aləmdəki mövqeyini gücləndirir. Ölkəmiz beynəlxalq münasibətlərdə öz öhdəliklərinə sadiq, etibarlı və sabit mövqeli dövlət kimi çıxış edir.
Eyni zamanda, Azərbaycan Konstitusiyasının suverenlik anlayışı ilə vəhdəti özünü yalnız beynəlxalq münasibətlərdə göstərmir. Əsas Qanunumuz ölkənin daxili siyasi həyatında da suverenlik məfhumu ilə sintezdə təzahür edir. Konstitusiyanın müstəqil siyasi və hüquq sisteminin yaradılması mexanizmindəki başlıca rolu ölkənin suverenliyinin qorunmasında əsas faktordur. Hakimiyyət bölgüsü prinsipinin təsbit olunması, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin öz səlahiyyətləri çərçivəsində müstəqilliyinin konstitusion normalarla möhkəmləndirilməsi, “çəkindirmə və tarazlaşdırma” prinsipinin ən optimal hüquqi həlli müstəvisində dövlət əsas strukturlarının qarşılıqlı fəaliyyətini təmin edir. Bu, ölkənin daxili siyasətində hər hansı yad, ziyanlı xarici təsirin qarşısını hüquqi cəhətədən alır və dövlətin suverenliyini gücləndirir.
Konstitusiya Azərbaycanın dövlət suverenliyini bilavasitə xalqın iradəsi ilə əlaqələndirir. Konstitusiya xalqın hakimiyyətin mənbəyi olduğunu bəyan edir və bu, dövlətin siyasətində xalqın mənafeyini və maraqlarını ön plana çıxarır. Konstitusiyasının ilk maddəsi “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı” olduğunu bəyan edir. Dövlətin suverenliyinin təmin edilməsi yalnız konstitusion-hüquqi normaların tətbiqi ilə deyil, həm də xalqın dövlətin idarəetmə proseslərində fəal iştirakı ilə əlaqəlidir. Azərbaycan Konstitusiyanın 2-ci maddəsində deyilir: “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”.
Konstitusiya və suverenlik: gələcək nəsillər üçün tarixi miras
Azərbaycan dövləti müstəqillik dövründə məhz bu iki anlayışın verdiyi güc və səlahiyyət çərçivəsində həm siyasi və hüquqi deyil, həm də iqtisadi və sosial islahatlar həyata keçirib. Bu islahatlarda beynəlxalq hüquq normaları və beynəlxalq təcrübə ölkəmizin dünya birliyinə hərtərəfli inteqrasiyası üçün bir tərəfdən dəstəkləyici faktorlar kimi çıxış edib, digər tərəfdən isə, ölkəmiz öz milli dövlət quruculuğunun bütün sferalarında beynəlxalq hüquq və daxili qanunvericilik arasında optimal uyğunluq yaradılmasına böyük əhəmiyyət verib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində yenidən böyük tarixi, siyasi və hüquqi sənəd kimi nəzərdən keçirildiyi Azərbaycan Konstitusiyasını qiymətləndirərkən qeyd etməliyik ki, müstəqil dövlətimizin suverenliyini qorumaq və inkişaf etdirmək missiyası bu günkü nəsillər üçün olduğu kimi, gələcək nəsillər üçün də baxımından öz əhəmiyyətini daim qoruyacaqdır. Konstitusiya – həm daxili siyasətin, həm də beynəlxalq əlaqələrin əsasını təşkil edən hüquqi bir zəmin olaraq Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasında həmişə mühüm rol oynayacaqdır.
Başqa sözlə, Azərbaycanın konstitusiya əsaslı dövlət suverenliyini möhkəmləndirməsi və demokratik inkişafını təmin etməsinə fasiləsiz, davamlı proses kimi baxılmalıdır. Bu baxımdan, “Konstitusiya və Suverenlik İli” ölkəmizin siyasi-hüquqi sisteminin daha da təkmilləşdirilməsi və hüquqi, demokratik dövlət kimi beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsinin aktuallığının daha fəal şəkildə qiymətləndirilməsi üçün mühüm vəsilə olacaqdır.
Sonda qeyd edək ki, məhz milli Konstitusiyamız Azərbaycanın dövlət suverenliyini təmin edən ən mühüm hüquqi alət olaraq dövlətimizn gələcəyinə olan ümummilli etimadı və inamı artırır və elə bu inamla da Azərbaycanın daha güclü və müstəqil bir dövlət kimi yüksələn xətlə daim inkişafda olacağına əminik.
Nəsrin Cəfərli
Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi
Mia.az
Baş nazir İsraili beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İcra başçısının sabiq müavininə ağır ittiham var
"Vüsal 300" kimi tanınan iş adamı həbs olundu - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və... (Yenilənib)
Əməkdar müəllimin I sinifə qədəm basan nəvəsi: "Elə ilk dərs günü o, bizi bir ana, bir müəllim..." - FOTOLAR
İlham Əliyev Qarabağdan mesajlar verir - TƏHLİL
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır: dənizə mənzərə + FOTOLAR
Əli Əsədov sərəncam imzalayıb
Prezident Qarabağda 4 kəndin sakinləri ilə görüşdü: "Qarabağ bölgəsinin sakinləri ən gözəl şəraitə layiqdir" + FOTOLAR (YENİLƏNİB)
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
APARAT RƏHBƏRİ VƏZİFƏDƏN GETDİ: Nazir oktyabrda yola salınacaq? - GİN-də nə baş verir?
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
Qəzzada 25 fələstinli həlak olub
İordan çayının qərb sahilində əməliyyat: 11 tələbə həbs edildi
Emin Cəfərov UEFA-dan təyinat alıb
Bakıda ermənilərin məhkəməsi: Kərkicahan sakinlərinin öldürülməsi ilə bağlı sənədlər elan olunub
Şimali Koreya: "Bizim nüvə dövlət statusumuz geridönməzdir"
Türkiyənin 17 şəhərində FETÖ əməliyyatı: saxlanılanlar var
CHP-nin qurultaylarının ləğvi tələbi - Məhkəmə təxirə salınıb
Sabah hava necə olacaq? - Proqnoz
CHP funksioneri həbs olunub - AKP-yə keçən bələdiyyə üzvünə görə
"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
Paşinyan: “Bizim əməllərimiz nəticəsində 150 ildən sonra da Ermənistan dövlət olacaq”
48 işçi işinə bərpa olunub
İlham Əliyev Xocalıda daha iki kəndə baş çəkib - FOTOLAR (Yenilənib)
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Emmy mükafatı qazanan yəhudi aktrisa: "Fələstinə azadlıq..."
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
Sabirabad sakini öldürülüb
Prezident Xocalının Daşbulaq kəndində tut bağında - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində - FOTOLAR
İsrail ordusu BMT-yə aid binaları vurub - Qəzzada
Əhməd Şara: "İsraillə danışıqlar aparırıq, əgər parçalanma olarsa, bu, Türkiyə və İraqa..." - "İrana qapını qapatmamışıq"
Tramp növbəti dəfə Venesuelanı təhdid edib
22 yaşlı futbolçu "Qalatasaray" klubunun təklifini rədd etdi
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur
KƏLBƏCƏRƏ DAHA 139 NƏFƏR KÖÇÜRÜLÜB
Xəzər dənizində zəlzələ olub
Qəzzada aclıq: 3 nəfər də ölüb
Qurban Qurbanovun Elxan Məmmədovu toya dəvəti müzakirə yaradıb - Stulun biri 400 manat olub? + FOTO
Türk futbolçunun sevgilisi məşhur model imiş - FOTOLAR
Yəməndən İsrailə PUA hücumu: Ramon hava limanını bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR