Hikmət Hacıyev BMT rəsmisi ilə görüşüb: "Sıx əməkdaşlıq dayanıqlı inkişafın açarıdır!"

img

03-03-2025 [12:49]


Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib.

Mia.az xəbər verir ki, bu barədə Qvi-Yop Son sosial media hesabında yazıb.

O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı irəliləyişi daha da sürətləndirmək üçün BMT-nin inkişaf sisteminin necə çevik və tələb yönümlü edilə biləcəyi barədə səmərəli müzakirəyə görə Hikmət Hacıyevə təşəkkür edib: "Sıx əməkdaşlıq dayanıqlı inkişafın açarıdır!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA