Ağdərənin Həsənriz kəndinə ilk köç - 91 nəfər yola salındı

Ağdərənin Həsənriz kəndinə ilk köç - 91 nəfər yola salındı

GÜNDƏM

03.03.2025, 11:07

Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb.

Mia.az xəbər verir ki, ilk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülür.

Bildirilib ki, Həsənriz kəndinə ilk köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR