“Başqa diyar yoxdur” filmi oskar qazandı

 “Başqa diyar yoxdur” filmi oskar qazandı

MƏDƏNİYYƏT

03.03.2025, 09:51

İsrailin fələstinlilərə zülmündən bəhs edən “Başqa diyar yoxdur” ( "No Other Land") filmi ən yaxşı sənədli film nominasiyası üzrə Oskar mükafatına ıayiq görülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mükafat ABŞ-ın Los-Anceles şəhərində təşkil edilən mərasimdə verilib.

Film fələstinlilərin İsrail ordusunun dağıdıcı və sürgün siyasətinə qarşı İsrailin işğalı altındakı İordan çayının qərb sahili Mesafir Yattada apardıqları mübarizədən bəhs edir: "Film fələstinli fəal Basel Adranın 2019-2023-cü illərdə öz həyatı bahasına İsrail ordusunun hərbi əməliyyatlarını, dağıntılarını  sənədləşdirmək səyindən bəhs edir...".

Ləman 
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR