Erməni hakerlər “APA TV”-nin saytına hwcum edib

img

04-08-2014 [15:32]


"APA Holding” MMC-yə daxil olan qurumların saytları erməni hakerlərinin hücumuna məruz qalıb.

Erməni hakerlər tərəfindən bu gün saat 10.00-dan etibarən açıq ip ünvanlarından "APA Holding”in saytlarına və müdafiə qurğuarxasında olan avadanlıqlara daim və kəsilməyən DDoS hücumlar başlayıb. Hücumun maksimal qeydə alınmış həcmi 25 Gbit/s təşkil edir (~=200 000 kbp/s).

Həmin ip-lərin əksəriyyəti Ermənistan və Rusiya telecom şirkətlərinə məxsusdur.

Haker hücumları nəticəsində "APA Holding”ə daxil olan qurumların saytlarının fəaliyyətində, o cümlədən APA TV-nin yayımında ciddi problemlər yaranıb. Bununla belə, holdinqin İT mütəxəssisləri hücumların qarşısının alınması, saytların normal iş rejimində fəaliyyətini davam etdirməsi üçün lazımi tədbirlər həyata keçirirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA