04-08-2014 [14:23]
Jurnalist-QHT Koalisiyası son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasının, hərbi əməliyyatların intensivləşməsinin ciddi narahatlıq doğurduğunu, barış mesajlarının səsləndiyi Cənubi Qafqaz regionunda yeni müharibə kabusunu alovlandırdığını bildirərək bəyanatla çıxış edib. Jurnalist-QHT Koalisiyasının bəyanatında deyilir:
"Sülhsevər Azərbaycan Respublikası illərdir ərazisinin 20 faizinin işğal altında qalmasına, bir milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşamasına baxmayaraq, bölgədə savaşın təkrar baş verməməsinə çalışıb, mövcud istiqamətdə bütün imkanlarını səfərbər edib. İstər Azərbaycan dövləti, istərsə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri müxtəlif səviyyəli toplantılarda ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin təbliğinə üstünlük verib. Ötən 20 ildən artıq müddət ərzində konflikt ətrafındakı vəziyyətin təfərrüratlarına aydınlıq gətirilib, Dağlıq Qarabağ həqiqətləri fonunda Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırılıb.
Təəssüflə bildirməliyik ki, dünya ictimai rəyi nəticə etibarilə Ermənistanın illərdir davam edən işğalına biganə qalıb, BMT kimi nüfuzlu qurumun Dağlıq Qarabağ münaqişəsinə dair çıxardığı dörd qətnamənin icra olunmamasına göz yumub. Zaman-zaman Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması, cəbhə xəttində baş verən silahlı insidentlər və nəhayət 2014-cü il avqust ayının ilk günlərindən başlayaraq gərginliyin ən yüksək həddə çatması məhz təcavüz faktına münasibətdə ciddi ölçü tədbirinin götürülməməsindən qaynaqlanıb.
Sıralarında Azərbaycanın media birliklərini cəmləşdirən Jurnalist - QHT Koalisiyası hazırkı şəraitdə dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlara, Azərbaycan torpaqlarının işğalı faktına daha həssas yanaşmağa çağırır. Qurum bildirir ki, beynəlxalq aləmin zaman-zaman ikili standartlar siyasətinə üstünlük verməsi Azərbaycan torpaqlarının işğal altında qalması reallığını doğurub. Bu isə əsrlərdən bəri formalaşmış dünya düzəninin diqtə etdiyi dinc və birgəyaşam qaydalarına zidd status-kvo formalaşdırmaqla bərabər, sülhsevər Azərbaycan xalqının təməl hüquqlarına münasibətdə böyük sayğısızlıqdır.
Cənubi Qafqaz regionunda sülhə və əminamanlığa ciddi xələl gətirən vəziyyətin aradan qalxması zərurətini vacib sayırıq. Dünya dövlətlərindən cəzasızlıq mühitini doğuran ikili standartlar siyasətindən daşınmağı tələb edirik. Jurnalist - QHT Koalisiyası olaraq onu da bəyan edirik ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyin görünməmiş yüksək həddə çatdığı hazırkı şəraitdə təcavüzkar Ermənistana qarşı ciddi tədbirlərin görülməsi, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə dair dörd qətnaməsinin dərhal icra olunması təkcə Azərbaycanın media ictimaiyyətinin və bütövlükdə cəmiyyətinin arzu və istəyinin təntənəsi deyil, həm də dünyada ədalətin bərpası istiqamətində atılacaq ən böyük addım olardı. Mütərəqqi beynəlxalq ictimaiyyəti bu addımı atmağa, Azərbaycan xalqının haqqını özünə qaytarmağa çağırırıq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq