Heç nədən hay-küy... - İxtiyar Əsgərov yazır
26-02-2025 [16:55]
Mətləbə uzaqdan gələcəm – Azərbaycanın Qabrovusu Şəkidən.
Bu günlərdə “Mədəniyyət” kanalında bir elana rast gəldim: Şəki Dövlət Dram Teatrında ingilis dramaturqu Vilyam Şekspirin “Heç nədən hay-küy” əsərinin məşqləri gedir. Bu xəbəri 2024-cü ilin oktyabrında oxumuşdum. Qərara aldım ki, mütləq baxacam.
Tragediya ustasının komediya diyarında əsərinin tamaşaya qoyulmasından maraqlı nə ola bilərdi ki?
Bəlkə də çoxları bu söhbətdən xəbərsizdi, Riad Rəfiyev 2023-cü ilin yayında məni prezidenti olduğu “Sumqayıt” klubuna dəvət etsə də, təklifinə isti yanaşmadım. Yəqin ki, çox adam mənimlə razılaşar, əksər komandalarda mətbuat xidmətlərinin maaşları gördükləri işin qarşılığında azdır. Bu səbəbdən bilirdim ki, Riadın verəcəyi maksimum maaş xərclərimi qarşılamayacaq. Həmin “summa”nı evimin içində, öz işimlə qazanıramsa, niyə kiminsə əlinin altında işləməliyəm?
İkincisi, mənə “Turan” klubundan da təklif gəlmişdi. Tam səmimi deyirəm, ata əvəzi əmilərimin, yaxın qohumlarımın azarkeşlik etdiyi, sevdiyi doğma rayonumuzun komandasına “yox” deyib, “Sumqayıt”da işləməyi özümə sığışdıra bilməzdim. Üstəlik, Musa Süleymanovun dövrü istisna olmaqla, indiyədək “Turan” rəhbərliyində yer alan bütün şəxslərlə, məşqçilərlə çox gözəl münasibətlərimiz olub, indi də var və hər biri mənimçün dəyərli simalardı. Mən həmin şəxslərin qarşına rəqib kimi çıxmaq istəmədim, hər halda, işsiz də deyildim.
Üçüncüsü və ən vacibi, Riadın xarakteri haqda heç vaxt pozitiv fikirlər eşitməmişdim. On nəfərdən doqquzu menecer-prezidentlə işləməyin çətin olduğunu, əməkdaşlarının fikirlərinə əhəmiyyət vermədiyini deyirdilər. Məncə, belə olmasaydı, çoxlarının tanıdığı, hörmət etdiyi Zamiq Hüseynov, Elcan Həsənli, Rəşad Məmmədov kimi öz işlərinin peşəkarları indi də “Sumqayıt”da fəaliyyət göstərərdilər. Bunları gözümün qarşına gətirib, Riadın təklifi ilə razılaşmadım. Özünə də dedim ki, mən illərdi sərbəst işləmişəm, mətbuat xidməti işində təcrübəsizəm, yersiz irad tutsan, cavabını beşqat verəcəm. Bununla, söhbət bağlanmışdı.
Reklam əməkdaşlığı
2018-ci ildə matc.az hələ fəaliyyətə başlamazdan öncə dostlardan biri saytın şərəfinə qonaqlıq verirdi. Hamının əlində “rumka”, vəziyyət də əla, həmişə mənə arxa olan dostlardan biri dedi ki, İxtiyar, sən canın mənim xətrimə Riada dəstək ver. Kişi söhbətidi, “baş üstə” dedim. Amma bu söhbət bəzi həmkarlara başqa formada çatmışdı. Guya ki, AFFA rəhbərliyi – baş katib Elxan Məmmədov mənə bu barədə göstəriş verib. Halbuki, iftira idi. Həmin sözü mənə ərklə hamının Qara kimi tanıdığı əziz dostumuz Firaiz Əliyev demişdi. Bu söhbət Riada 2 il sonra çatdı, elə təxminən 2 il sonra da kiçik məbləğlə reklam əməkdaşlığı olub. Özü də istək onlardan gəlib, məndən yox. Müqaviləyə də “Sumqayıt”ın ofisində yox, yaşadağım binanın həyətində qol çəkmişəm )
Müqavilə 2023-cü ilin dekabrın 31-də başa çatıb. İddia edir ki, mən bu səbəbdən “Sumqayıt” haqda müntəzəm tənqidlər yazıram. Yanılır. “Sumqayıt” haqda ilk statistik yazım 2024-cü ilin aprelin sonlarında olub, təxminən 4 ay sonra.
Və həmin yazıdan Riad 2-3 gün sonra vatsapda mənə aşağılayıcı formada sözlər yazıb. Təbii ki, cavabını da alıb. Riadın necə birisi olduğunu tam anlayandan sonra klubun mətbuat xidməti, redaktoru olduğum apasport.az və matc.az saytında gecə növbəsində işləmiş, özümə yaxın bildiyim Zaur Xudiyevə ərklə yazmışam ki, “Riadı məhv edəcəm, mənə premya təklif etdiyinə görə. Bu söhbət öz aramızda qalsın, Riada görə mənə ağız açma”.
Zaurla illərdi bir yerdə işləmişik, duz-çörək kəsmişik, araq içmişik, ya mən safam, ya necə, bilmirəm… Yəqin ki, bu statusu oxuyan şəxs hər ikimizə qiymət verəcək )
Riadın Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsində oxuduğum bu cümlədən şoka düşmüşdüm: Həmçinin, “Sumqayıt FK” mətbuat katibi ilə WhatsApp vasitəsilə yazışmalarda İxtiyar Əsgərov “Riadı məhv edəcəm” bildirmişdir. )
Fikrilərim konteksdən necə ustalıqla çıxarılıb e )
Təbii ki, qrammatik səhvlərlə dolu həmin şikayət ərizəsi çox savadsız yazılmışdı. Həm də, Zaurla yazışmam məhkəmə predmeti deyildi, heç üzünə də baxmadılar, amma bu söhbətə daha geniş formada qayıdacam)
Riad nə istəyir?
İstəyi odur ki, İxtiyar Riad, “Sumqayıt” haqqında heç nə yazmasın. Əvvəl də qeyd etmişdim, bu məqsədlə mənə yaxın insanlara ağız açıb. Xahişi yerə düşüncə, keçib hədə-qorxu variantına. Bakı Şəhər Prokurorluğuna, Media Agentliyinə, Mətbuat Şurasına, Səbail Polisinə, iki dəfə Nərimanov Rayon Məhkəməsinə üz tutub, şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, 6 ay həbslə yanaşı, 25 min manat təzminat, mülki qaydada şikayətində isə Anar Şabanoğlu ilə ikimizdən 30 min manat tələb edir ) Həmin vəsait də kimsəsiz uşaqlar evinə ianə ediləcəkmiş…
Yeri gəlmişkən, “brat” kimsəsiz uşaqlara ürəyin elə yanırsa, bunu reklam etmirlər, bizə də bel bağlama, arxayın olma, əgər yazdıqların pafos, xal qazanmaq deyilsə, uşaq evinə ianəni indi et. Buna ürək lazımdı e, ürək ) Bunu bacarsan, nəinki saytda, sosial şəbəkələrdə də paylaşıb, “Afərin Riada!” yazacam.
Haşiyə: Allah sələfin Kamran Quliyevə cansağlığı versin. Mən onu sonradan, Rüstəm Allahverdiyevin sayəsində tanıdım. “Apasport”da kişi kimi “atış”dıq, matc.az-da da kişi kimi barışdıq. “Neftçi”də işləyəndə Kamran bəyə demişdim ki, indiyədək “Neftçi” klubunun prezidenti postuna gələnləri də, istefaya göndərilənləri də adətən eksklüziv xəbər kimi ilk dəfə mən yazmışam. Sizin istefaya göndəriləcəyiniz xəbərini də birinci mən yazacam. Amma istefaya göndəriləcəyini biləndə, yazmadım. Çünki mənə qarşı kişi hərəkəti etmişdi. Üzbəüz söhbətdə hər ikimiz səhvlərimizi etiraf etmişdik. Fərrux Mahmudov xəbərini eşidəndə, Kamran bəyə zəng vurub hal-əhval tutdum, dedim ki, yerinizə filankəs gəlir, amma bunu eksklüziv kimi yox, hamıdan sonda yazacam )
Dediyim odu ki, Riad, sənin istefa xəbərini də mən yazacam ) Əbədi vəzifə yoxdu. Vəkilinin sənə “uğurlu idarəedici person”a ləqəbi verməklə deyil ki. Bacarıqlı rəhbərin komandası ən azından 9 oyunda bircə qol vurardı.
Hardasa 10 ilin söhbətidi, klub rəhbərlərindən biri mənə yaxın həmkarımızı məhkəməyə vermək, təxminən 5 min manat təzminat istəyirdi. Adam haqlı, məhkəmədə qalib gəlmək şansı da çox idi. Məqsədi jurnalistdən pul qoparmaq yox, sadəcə cəzalandırmaq idi. Dedim ki, tutalım jurnalist uduzandan sonra yazdı ki, sənin şərəf və ləyaqətin bir “yeşka”nın qiyməti qədərdi, xoşuna gələcəkmi? Bu sözdən sonra fikrindən yayınmışdı.
Riad sənin də şərəf və ləyaqətə görə məndən istədiyin təzminat yağ yeyən, “karobkası” nasaz “çeşka”nın qiyməti qədərdi) Uduzsam, mütləq verəcəm. Amma elə verəcəm ki, uşaq evinə ianə edə bilməyəcəksən…
Yeri gəlmişkən, dostlara təşəkkür borcum var, ilk məhkəmə işində avtomobilinin açarını, maaş kartını mənə göndərən KİŞİLƏR, var olun. Bura qədər gəldimsə, gərək hamısını, düzünü deyəsən, “Araz-Naxçıvan”dan başqa bütün klublardan mənəvi dəstək aldım, istəsəydim, 15 min manat pul yığardım. Amma özləri də bilir, hamısına “ehtiyac yoxdu, çox sağ olun. Lazım olsa, kömək edərsiz” yazmışam. “Kəpəz”dən İlqar Nadirinin ləyaqətli jestinə isə söz yox. Kiminsə ağlına reklam əməkdaşlığı gəlməsin, bu deyil, amma adam kişi hərəkəti etmişdi.
Əlqərəz, Riad və vəkili israrla məndən əl çəkməyəcəyini bildirirlər, düşünürlər ki, hədə gəlirlərsə, qarşılarından qaçacam. Məhkəmə proseslərindən 1 illik tema var) Məhkəmə nə qədər uzun çəksə, bir o qədər profilimdə yatassız ki, görək məhkəməyə əlavə sübut kimi təqdim etmək üçün İxtiyar bizi təhqir edibmi…
P.S. Şəkililərə və Şekspirə üzrxahlıq borcum var. Vaxt edib, tamaşaya baxa bilmədim. Amma heç nədən hay küy özü qapıma gəldi: Məhz tragikomediya kimi! Son aylar yaşadığım insidentin adını bundan gözəl ifadə etmək mümkün deyil.
P.P.S. Qorxuram ki, rəqib tərəf “Heç nədən hay-küy” başlığına da ilişə. Nə də olmasa, Riad sözündəki hərflərin yerini dəyişəndə İRAD oxunur. Bəlkə bu hay-küyü yaradan da elə budu – boş yerə…/matç.az
İxtiyar Əsgərov,
matc.az saytının Baş redaktoru
Əli Əsədov sərəncam imzalayıb
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
APARAT RƏHBƏRİ VƏZİFƏDƏN GETDİ: Nazir oktyabrda yola salınacaq? - GİN-də nə baş verir?
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
Qəzzada 25 fələstinli həlak olub
İordan çayının qərb sahilində əməliyyat: 11 tələbə həbs edildi
Emin Cəfərov UEFA-dan təyinat alıb
Bakıda ermənilərin məhkəməsi: Kərkicahan sakinlərinin öldürülməsi ilə bağlı sənədlər elan olunub
Şimali Koreya: "Bizim nüvə dövlət statusumuz geridönməzdir"
Türkiyənin 17 şəhərində FETÖ əməliyyatı: saxlanılanlar var
CHP-nin qurultaylarının ləğvi tələbi - Məhkəmə təxirə salınıb
Sabah hava necə olacaq? - Proqnoz
CHP funksioneri həbs olunub - AKP-yə keçən bələdiyyə üzvünə görə
"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
Paşinyan: “Bizim əməllərimiz nəticəsində 150 ildən sonra da Ermənistan dövlət olacaq”
48 işçi işinə bərpa olunub
İlham Əliyev Xocalıda daha iki kəndə baş çəkib - FOTOLAR (Yenilənib)
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Emmy mükafatı qazanan yəhudi aktrisa: "Fələstinə azadlıq..."
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
Sabirabad sakini öldürülüb
Prezident Xocalının Daşbulaq kəndində tut bağında - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində - FOTOLAR
İsrail ordusu BMT-yə aid binaları vurub - Qəzzada
Əhməd Şara: "İsraillə danışıqlar aparırıq, əgər parçalanma olarsa, bu, Türkiyə və İraqa..." - "İrana qapını qapatmamışıq"
Tramp növbəti dəfə Venesuelanı təhdid edib
22 yaşlı futbolçu "Qalatasaray" klubunun təklifini rədd etdi
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur
KƏLBƏCƏRƏ DAHA 139 NƏFƏR KÖÇÜRÜLÜB
Xəzər dənizində zəlzələ olub
Qəzzada aclıq: 3 nəfər də ölüb
Qurban Qurbanovun Elxan Məmmədovu toya dəvəti müzakirə yaradıb - Stulun biri 400 manat olub? + FOTO
Türk futbolçunun sevgilisi məşhur model imiş - FOTOLAR
Yəməndən İsrailə PUA hücumu: Ramon hava limanını bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə erməni təxribatı: erməni əsilli sakin polisə silahlı müqavimət göstərib, yaralanan var (ANBAAN VİDEO) - YENİLƏNİB
İlham Əliyev Xocavənd sakinləri ilə bir arada: "Heç kim bizim qabağımızda dura bilməz" (FOTOLAR)
Qarabağ Universitetinin Klinikası və tədris korpusunun açılışı oldu - Prezident tədbirdə + FOTOLLAR
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb
İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndinə gedib - FOTOLAR
Prezident Qırmızı Bazar qəsəbəsində - FOTOLAR
Prezident İlham Əliyev Sos kəndində olub - FOTOLAR