Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayılıb - MƏTN
25-02-2025 [10:19]
Ombudsman Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.
Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.
Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.
Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasına, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması və qətliama siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində davamlı olaraq həyata keçirilir. Kampaniya nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilmiş, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul edilmişdir.
İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı həmin ərazilərdə, o cümlədən Xocalı rayonunun Əsgəran qalası yaxınlığında aşkar olunmuş kütləvi məzarlıqlar torpaqlarımızın işğalı, habelə Xocalı soyqırımı zamanı azərbaycanlıların Ermənistan hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirildiyini bir daha əsaslı şəkildə sübut edir.
Qeyd etmək istərdim ki, tərəfimizdən dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsi istiqamətində hər hansı ciddi tədbir görməkdən, habelə işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş soydaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə dəqiq məlumatları verməkdən boyun qaçırır.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vaxtilə Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamaları, habelə beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti” kitabında erməni hərbçiləri tərəfindən törədilmiş amansız cinayətlər barədə qeydləri bu qətliamın Azərbaycan xalqına qarşı etnik zəmində nifrət siyasətinin nəticəsi olaraq məqsədli şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Eləcə də erməni yazıçı Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda baş vermiş hadisələrin, türklərə qarşı amansızlıqla törədilmiş cinayətlərin qəhrəmanlıq kimi təsvir edilməsi Ermənistanda mövcud ideologiyanın başqa millətlərə qarşı nifrət zəminində formalaşdığını bir daha göstərmiş olur.
Eyni zamanda, sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslər öz ifadələrində 1992-ci ilin fevral ayında Xocalı cinayətlərində iştiraklarını etiraf edirlər. Eləcə də mülki əhaliyə qarşı ağır cinayət əməllərinin törədildiyi və onların kütləvi şəkildə basdırıldıqları yerlər əyani şəkildə göstərilmişdir. Bütün bunlar Ermənistan tərəfindən dinc əhaliyə qarşı amansız soyqırımı cinayətlərinin törədildiyini bir daha sübut edir.
Beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verməli, həmin cinayəti törədən şəxslərin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdırlar".
BMT Suriya prezidenti ilə DİN başçısı haqqında sanksiyaları ləğv etdi - ABŞ-ın istəyi ilə
"Fənərbağça" ilə oyunda qırmızı kart alan Orkun Kökçü açıqlama yaydı: "Əlimdən gələni edəcəyəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İlham Əliyevdən üstün ordusu olduğu halda, niyə davam etmədiyini soruşdum, dedi ki..."
Həsən Şaş: ""Qalatasaray" 4 komandadan başqa hər kəsi məğlub edər"
Türkiyənin "Fəlakət bölgəsi" elan edilən rayonu yenə silkələnib
Leroy Sane Almaniya milli komandasına dəvət aldı - SİYAHI
Azərbaycanda bu xanım nazir ola bilər - FOTO
Tibbi yardım təlimləri keçirilib - FOTO
Lionel Messi: "İnanılmaz bir şəhərdə yaşayıram və..."
Ziraat Türkiyə Kuboku: 4-cü turun püşkü atıldı - Qarşılaşmalar
Ərinin sifətinə 3 litr qaynar yağ töküb öldürən qadın: "Uşağın yanında məni zorladı"
Ceyhun Bayramov NATO nümayəndə heyətini qəbul edib
Əməkdar artist Vahid Əliyev vəfat edib
"Beşiktaş" "Antalyaspor" matçına hazırlaşır
Futbol üzrə millimiz Bakıda 2 oyun keçirəcək - Ayxan Abbasovun milli ilə yeni sınağı var
Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Prezidentin köməkçisi: "44" bədii filminin çəkilişləri uğurla başa çatıb" - FOTOLAR
Nazir Teymur Musayevə ağır itki üz verib
Dövlət Agentliyinə əlavə xidmət sahələri verildi - Fərman
DAHA BİR QURUM YARADILDI - Fərman
“Tarqovı”da 19 yaşlı oğlan öldürülüb - Əmisi saxlanılıb
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı - “Əsgərcell”
Tural Güləhmədov müşavir təyin edilib
Məşhur müğənni və aktrisalara qarşı narkotik ittihamı - 7 nəfərlə bağlı araşdırma dayandı
İsrail Livanın cənubunu bombalayıb
Rabitə naziri nömrələrlə bağlı yeni qərar imzaladı - CƏDVƏL
"Eurohome"un arxasında da kim dayanıb? - Sahibkardan ilginc iddia
Nəsimi rayonunda Zəfər günü ərəfəsində sərgi təşkil olunub - FOTOLAR
“Nar”dan ikinci avtomobil uduldu - həyəcan artır!
HƏMAS daha bir israilli girovun cəsədini "Qırmızı Xaç"a təhvil verib
"Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq"
"Tərtər işi": general-mayorun şikayəti təmin edilmədi
NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - Əsasnamələrdə mövcud olmayan yeni post sahiblərinin maaşı 3700 manatdan başlayır
Zahid Oruc Qətər rəsmiləri ilə görüşüb - FOTO
HAZIRLIQ KURSU RƏHBƏRİNDƏN ŞOK ƏMƏL: 11 abutiriyentin üzərinə xüsusi cihaz quraşdırıblar...
KTN-nin vəzifəli şəxslərinə cinayət işi açıldı - 3 maddə ilə
Sabah hava necə olacaq? - Proqnoz
Media subyektləri üçün vergi güzəştləti bu tarixədək uzadılacaq