Kərə yağının qiyməti bahalaşıb - "Nə edək, yaşamayaq?!” - “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə..."
22-02-2025 [10:58]
Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib.
Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artım olub.
“Yeni Müsavat”ın əməkdaşı bir neçə marketdə olub, qiymətlərlə maraqlanıb. Qeyd edək ki, Bakıda kərə yağı qiymətləri markaya, çəkisinə və satış nöqtəsinə görə dəyişir. Nizami rayonunda yerləşən supermarketlərin birində qiymətləri öyrənirik. Misal üçün:
“President” yağı (1 kq, 82%) - 34 AZN
Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55 AZN
Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27.50 AZN
“Best Cow” yağı (1 kq) - 23.19 AZN
“Westgold” (1 kq) - 23.90 AZN
Zellandiyanın “Colden Crown” yağı (1 kq) - 22.90 AZN
Belarusun “BelMas” (1 kq) yağı - 22.90 AZN
“Maslo Litovskoe” (1 kq) - 21.99 AZN
“Zellandiya” yağı (1 kq) - 21.50 AZN
“Golden Crown” yağı (1 kq) - 17.90 AZN
“Belorusskoe” (1 kq) - 20.99 AZN
“Tulçinka” (1 kq) - 9.28 AZN-ə satışa qoyulub.
Göründüyü kimi, marketlərdə qiymətlər ötən aylara nisbətən xeyli artıb. Alıcılar deyir ki, qiymətlər demək olar ki, hər gün bahalaşır.
Bizimlə söhbətdə Bakı sakini Zərifə Məmmədovanın sözlərinə görə, ötən ay aldığı yağın qiyməti üç dəfə artıb: “Baxın bu, ”BelMas" yağını ötən aylarda 19 manata alırdım, indi 23 manata olub. Mədəm xəstədir, hər yağı yeyə bilmirəm, ucuz yağ yeyən kimi ziyanın çəkirəm. Bu yağa öyrəşmişəm, amma az sayda gətirilir, özü də baha qiymətə. Pulumuz elə yağa çatır".
Ziyafət adlı alıcı da qiymətlərin baha olmasından şikayətləndi: “Dünən aldığımız məhsulu bu gün başqa qiymətdə görürük, belə şey olar? Bütün malların qiyməti qalxıb, amma yağın qiymətinə çata bilməz. Ən ucuz kərə yağları belə bahalaşıb. Nə edək, yaşamayaq?!”
Yeri gəlmişkən, bazarda yerli istehsalçılar və fərdi satıcılar tərəfindən təklif olunan təbii nehrə yağları da mövcuddur. Onların qiymətləri keyfiyyətə və satıcıya görə dəyişə bilər. Amma mütəxəssislərə görə nehrə yadı adı altında satılan bu yağlar da əsil deyil, işbazlar buna da əl ataraq, insanları aldadırlar.
İqtisadçı ekspert Xalid Kərimli bizimlə söhbətdə deyib ki, kərə yağının bahalaşmasını Avropada heyvandarlıqda məhsuldarlığın azalması və dünya bazarında süd məhsullarının qiymətinin artması ilə əlaqələndirir: “Azərbaycanda bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün, qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir. Bundan əlavə, ölkədə südlük istiqamətli heyvanların sayının tələbatı tam ödəməməsi və iqlim dəyişiklikləri kimi amillər də qiymət artımına səbəb olan digər faktorlardır”. Ekspertə görə, keçən il 14 ay ardıcıl olaraq dünyada yağ qiymətlərində, ağartı məhsullarının qiymətlərində bahalaşma müşahidə edilib: “Yağ məhsulları ölkəmizə əsasən üç istiqamətdən idxal olunur. Birinci istiqamət Okeaniya bölgəsidir - Yeni Zelandiya və Avstraliyadan gətirilir. Orada heyvandarlıq yaxşı inkişaf edib. İkinci istiqamət isə MDB məkanıdır - Rusiya və Belarus. Üçüncü istiqamət isə Qərbi Avropa ölkələridir - Fransa, Niderlanddır. Yəni, hər üç istiqamətdə dünyada yağ qiymətlərinin bahalaşması müşahidə olundu və təbii ki, bu, bizim bazarlara da təsir göstərdi. Dünyada qiymətlər niyə bahalaşdı? Çünki tələbat çox idi. Hazırda isə stabilləşmə var. Amma bu bahalaşma uzun müddət, noyabrdan etibarən bir ildən çox davam etdi və qlobal səviyyədə təsirini göstərdi. Buna görə də bizim bazara da təsir etdi”.
Ekspertə görə 2024-cü ilin sentyabr ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (təxminən 9,5 manat) olsa da, pərakəndə satış şəbəkələrində bu məhsulun qiyməti 20,9 manata qədər yüksəlmişdir. Bu, idxal qiymətləri ilə satış qiymətləri arasında əhəmiyyətli fərqin olduğunu göstərir.
Noyabr ayında isə kərə yağının qiymətində əlavə artım qeydə alınıb. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı, dekabr ayında 23,95 manata qədər bahalaşıb. Bu, bir ay ərzində təxminən 10% qiymət artımı deməkdir. Ümumiyyətlə, kərə yağı qiymətlərinin artması həm qlobal bazarlardakı dəyişikliklər, həm də yerli istehsal və idxal xərclərinin yüksəlməsi ilə əlaqədardır.
Sosioloq Elçin Bayramlının isə kərə yağı ilə bağlı fikri diqqət çəkir: “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə Rusiya, Belarus markalarının adlarını yazıb, Kremlin, Minskin şəkillərini yapışdırıb sırıyırlar camaata. Camaat da elə bilir 14-15 manata Belarus və ya Rusiya kərə yağı alır. Halbuki Belarus yağı Bakıdakı öz rəsmi dükanlarında 25 manatdır. Yalnız bağlamanın arxasında xırda hərfləri oxuyan adamlar başa düşür ki, bu əslində Böyükşorda, filan dalanda, ya da Abşeron rayonunun Məhəmmədi kəndində fiziki şəxs filankəs tərəfindən hazırlanıb. Bu adamların ana dilimizə tüpürməsi, əcnəbi sözlərlə insanları aldatması bir yana qalsın, bəs palma və ya marqarindən düzəldilmiş bu trans yağları yeyib xərçəngə və sair ağır xəstəliklərə tutulan adamları kim müalicə edəcək? Əlbəttə ki, dövlət. Deməli, bunlar həm dövlətə zərbə vurur, həm əhaliyə. Bir aidiyyəti orqan da yoxdur ki, bunlarla məşğul ola. Qida bazarında tam anarxiya və özbaşınalıqdır. Yadda saxlayın- marketlərdə təbii qida adına heç nə yoxdur”.
MİA.AZ
Ceyhun Bayramov Vyanada - Kaya Kallasla görüş olub
İvanovka” ticarət obyektində yoxlama: məhsullar saxta çıxdı
Saatlının iki kəndi içməli su ilə təmin olundu - FOTO
PREZİDENT BU ŞƏXSLƏRƏ VƏZİFƏ VERDİ - Dəyişiklik
İsrail ordusu Qəzzanın şimal və cənubunu bombalayıb
"Qarabağ"ın oyununun biletləri satışa çıxarılıb
Sabiq nazirin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
Röya Ayxan: "Vaxtilə belə səhvlər etmişəm"
Bakıda ermənilərin məhkəməsi davam edir
"Beşiktaş"da Rafa Silva ilə bağlı problem yoluna qoyulub
Rusiyada "FaceTime" tətbiqi bloklandı
DÇ-2026: sabah püşkatma keçiriləcək
Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq - Qalibə 50 min manat veriləcək
AFFA iki baş məşqçi, futbolçuları və klubları cəzalandırıb
Deputatlarla bağlı qanun sərtləşir - Dəyişiklik
Elçin Əmirbəyov İsveçrədə görüşlər keçirib
Hikmət Hacıyev Qətərə gedir - Armen Qriqoryanla görüş olacaq
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - Nələr müzakirə olunub?
Şeyxin qardaşı: "...qardaşımın Mehdiyevlə əlaqəsi olub" - "Bir oğlumun yüksək rütbəsi var, nəvəm "Həmkarlar"da sektor müdiridir"
İsrail ordusu Qəzzada çadır şəhərciyini vurub - Ölənlər var
Mikayıl Cabbarov bəstəkarın oğlunu Fond sədri təyin etdi - FOTO
ABŞ-da F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb
Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi
MHP lideri bu dəfə Papaya qəzəbləndi: "Gizli təbliğata və gizli mesajlara səssiz bilmərik"
Zaqatalaya qar yağır
Mingəçevirdə 63 yaşlı qadın dəm qazından ölüb
İstanbulda məmur dövlət binasında müdhiş soyğunçuluq edib - 25 kq qızıl, 50 kq gümüş aparılıb (FOTO)
Gültəkin Hacıbəyli İstanbuldan daha bir açıqlama yaydı
Ceyhun Bayramov Hakan Fidanla görüşüb - XİN-dən açıqlama
Azərbaycan nefti bahalaşdı
“Uşaqların psixoloji sağlamlığı və inkişafında ailənin rolu” adlı konfrans keçirilib - Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə (FOTOLAR)
Hakan Fidandan Aİ-yə mesaj: "Türkiyənin üzvlüyü ilə bağlı müəyyən fəsillər açılmalıdır"
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı və Abşeronda tikilən minlərlə qanunsuz evlər - Onların taleyi necə olacaq? (VİDEO)
Azərbaycan Kuboku: "Qarabağ" 1/4-ə yüksəldi
Yaponiya şirkəti ABŞ-da Trampa qarşı iddia qaldırdı - Tariflə bağlı
Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətinə başlayıb
Paşinyan Koçaryanla Sarqsyanı ələ saldı: "Məncə, onlar artıq çoxdan rəqib deyillər"
"Rusiya çox pərvazsız davranır" - NATO Baş katibi Putinin hədəsinə belə cavab verdi
Rusiya "Roblox"u bloklayıb - Səbəb