DEPUTATIN OĞLU, Milli Depozit Mərkəzi, ASAN-XİDMƏT... - Vətəndaşı hansı aldadıb?
21-02-2025 [11:46]
"2017-ci ilin iyun ayının 30-da Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay almışam. Səhmdar Cəmiyyətin təxminən 80 faizi S.Mehdiyevdə olub. 80 faizin 25 faizini mən tam qanuni yolla Gəncə ASAN Xidmət 1-də alqı-satqı edərək əldə etmişəm. Ancaq indiyə qədər Milli Depozit Mərkəzi mənim alqı-satqımı tanımır. Mərkəzin süründürməçiliyi səbəbindən mənim paylarım da daxil ərazilər deputat Ülvi Quliyevin oğluna hansısa yollarla satılıb, ərazidə müəssisə də tikilib, artıq istehsalat da başlayıb".
Mia.az xəbər verir ki, bBu sözləri Tribunainfo.az-a Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay alan Qurbanlı Ramin Qurbanlı oğlu bildirib.
O qeyd edib ki, Milli Depozit Mərkəzinin müqavilədə səhv hesab etdiyi bütün hissələri düzəldib, ancaq mərkəz qane olmur və yeni bəhanələr yaradır:
“Alqı-satqıdan sonra mən Kərimov Vaqif Şahmalı oğluna etibarnamə vermişəm və o, Bakıya Milli Depozit Mərkəzinə gedib. Mərkəzdə ona deyiblər ki, alqı-satqı müqaviləsində bəzi sözlər düzgün yazılmayıb. Mən nələri ki, düzəltmək lazım idi, onları düzəldib yenidən Milli Depozit Mərkəzinə geri göndərmişəm. Demək, müqavilədə ASAN Xidmət səhmlərin paylanışını kəsr ədədi ilə yazmışdı. Bunu nöqsan kimi qəbul etdilər və mən bunu ASAN Xidmətdə düzəltdirdim. Mən ASAN Xidmətə bu səhvi 4-5 ilə düzəltdirə bilmişəm, düzəltmirdilər. 2024-cü ilin dekabr ayında məktubla müraciət edərək bildirdim ki, mənim səhmlərimin alqı-satqısını tanıyın. Ancaq Milli Depozit Mərkəzi yenidən məndən sənədlər tələb edir. Alqı-satqı vaxtı mən 5 min manat “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə alıcıya vermişəm və alıcı da götürüb. İndi Milli Depozit Mərkəzi həmin ödənişin qəbzini tələb edir, ABB isə qəbzi vermir ki, bizim arxivimiz yoxdur. ASAN Xidmət də o pulu ödəməyimə dair heç bir sənəd vermir. Üstəlik həmin ASC də mənim xəbərim olmadan mənim paylarımı da satıb. Hazırda mənim payım olan ərazidə böyük müəssisə tikilib, artıq istehsal da var”.
Şikayətçi bildirib ki, onun indiyə qədər öz payına sahib çıxa bilməməsinin səbəbi və günahkarı Milli Depozit Mərkəzidir:
“Bütün bu çətinlikləri yaşamağıma səbəb Milli Depozit Mərkəzinin mənim alqı-satqımı tanımamasıdır. MDM-nin fikrincə, guya biz alqı-satqını düzgün aparmamışıq. Belə çıxır ki, Milli Depozit Mərkəzi cənab prezidentin təsis etdiyi ASAN Xidmətin alqı-satqısını tanımır. Bildirirlər ki, orada yazılmalıdı ki, pulu nağd vermisən ya bank yolu ilə vermisən. Əgər bu səhv var idisə elə 2017-ci ildə olan səhvləri düzəldərkən bunu da qeyd edərdiniz, düzəldərdim də. Milli Depozit Mərkəzinin nümayəndəsi deyir ki, guya ABB onlara bildirib ki, mən guya 5 min manatı nağd vermişəm. Mərkəz deyir ki, müqavilədə yazılsın ki, siz pulu nağd vermisiz. Guya biz birjadan kənar alqı-satqı etmişik. Ona görə mən də, satıcı da mərkəzə gedib rüsum ödəməliyik. Rüsumu mən ödəməyə hazıram. Amma səhmləri satan adamı indi haradan tapım?. Ona dəfələrlə demişəm depozit mərkəzinə getməyi. Ancaq adam ora getmək istəmir. Pulunu alıb, niyə getsin ki, ora? Mən orada 14.130 səhmə malikəm. Ancaq ASAN xidmət yazıb ki, 129, 75 səhm. ASAN Xidmət əməkdaşının yol verdiyi səhvin problemini indi mən yaşayıram. Düzdür, bu səhvləri mən min bir əziyyətlə düzəltmişəm. Ancaq səhv düzələndən sonra da axı Milli Depozit İdarəsi mənim səhmlərimi tanımır”.
R.Qurbanlı bildirib ki, onun haqqı olan hissələrin də daxil olduğu ərazini deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə alıb, müəssisə də tikib: “Rəsmi qaydada alqı-satqısı olan, mənim haqqım olan yer indi başqasına – deputat Ülvi Quliyevin oğluna satılıb. Hissələr mənim ola-ola o adama necə satıla bilər mənim hissələrim? Demək ki, qeyri-qanuni yolla satış olub. Alqı-satqı qanuni olsaydı, onlar məni tapmalı idi. Mən 2017-ci ildən rəsmi formada alqı-satqı ilə aldığım hissələrə sahib çıxa bilmirəm. Mən özümün olan hissələri Milli Depozit Mərkəzinin süründürməçiliyinə görə itirirəm.
Milli Depozit Mərkəzinin mənim səhmlərimi tanımamaq üçün heç bir səbəbi yoxdur. Bəs deputat oğlu necə əldə edib bu əraziləri?
Milli Depozit Mərkəzi mənim səhmlərimi vaxtında tanısaydı, mən bu qədər problem yaşamazdım. İllərdir Depozit Mərkəzi qarşıma şərtlər qoyur. Birini həll edirəm, əlavə nəsə tapıb çıxarır. Əlimdə tam qanuni sənədlərim olduğu halda mənim səhmlərim tanınmır, üstəlik başqasına satılır, yerində müəssisə də inşa edilir. Mərkəz mənim səhmlərimi tanısa, mən sahibkara yaxınlaşıb 25 faiz payımı, haqqımı tələb edə bilərəm”.
Qubada zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə MN: "İraqda daha 12 terrorçu zərərsizləşdirilib"
Ərdoğan Konqo prezidenti ilə telefonda danışıb
Arda "Real"dan gedir? - Klub göndərir, futbolçu isə...
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTOLAR
Bakıda kuryoz hadisə: həbsdə olan nişanlısına telefon ötürmək istəyən qadın saxlanılıb
Müğənni Nura Suri işıqdan şikayətləndi: "Gündə kommunal qiymətləri artırırsınız, amma..."
Çində daha bir yoluxucu virus aşkarlandı - "Yarasa koronavirusu"
HƏMAS sabah daha 6 yəhudi əsiri azad edəcək - Adlar açıqlanıb
Ərzurum şəhərində zəlzələ olub - 4.4 bal gücündə
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı - "Fənərbağça" Şotlandiya komandası ilə üz-üzə gələcək
Prezident rəis müavininə ali xüsusi rütbəsi verdi - Sərəncam (FOTO)
Müəllim sinifdə qasıq nahiyəsindən güllələnib - Türkiydə + FOTO
Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi dəyişib
Nurlan Libre saxlanılıb - Məhkəmə həbs qərarı verdi (Yenilənib)
“Melissa Group”da nə baş verir? - Şikayət
Bakıda qarlı yolda 55 nəfər yıxılaraq xəsarət alıblar (Yenilənib)
Cəbrayılda daha 33 ailə köçürülüb
"Azəriqaz": "Abonentlər ciddi problemlər yaşamayacaq”
AVROPA ÖLKƏLƏRİ TRAMPI TƏKLƏDİ, ZELENSKİNİN MÜDAFİƏSİNƏ QALXDI: "Ona deyəcəm ki, sən düz yolda deyilsən"
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi keçiriləcək - Sərəncam
Sabah qar yağacaq
"Qalatasaray"ın baş məşqçisi üzr istədi: "Kiyev komandası ilə oyunda fürsəti qaçırdıq"
Nazirdən Siyavuş Novruzova jest - Vəzifədən azad olunan qardaşı oğlunu yüksək vəzifəyə təyin etdi
Ankarada zəlzələ oldu
"Diqqətli olun!" - Hava şəraiti ilə bağlı piyadalara müraciət olunub
2025-ci ilin yanvar ayının iqtisadi gostəriciləri haqqında qısa xülasə... - Sabiq nazir yazır