Qarabağ qazisi Xocalıda minaya düşüb - Üç qurumdan birgə məlumat (YENİLƏNİB) 

img

21-02-2025 [21:07]


Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

***

Ağdərə rayonu Sırxavənd kəndinə yaxın olan Xocalı rayonunun Ulubab adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Mia.az Report-a istiandla xəbər verir ki, hadisə nəticəsində yaxınlarının şəhid olduqları ərazini ziyarət etməyə gedən Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov xəsarət alıb.

Xəsarət alan N.İmanova hadisə yerində ilkin tibbi yardım göstərilib və hazırda xəstəxanaya aparılır.

Qeyd edək ki, zərərçəkənin atası Novruz İmanov 1991-ci ilin iyul ayında, qardaşı Mahal İmanov, həmçinin 2 nəfər yaxın qohumu ermənilər tərəfindən öldürülərək “KRAZ” markalı yük maşınında yandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:10 22.02.2025

Qubada zəlzələ olub

12:40 21.02.2025

Sabah qar yağacaq