Təşkilat sədri saxlanıldı - Səbəb

img

19-02-2025 [00:01]


Türkiyədə əsasən kürd siyasətçilərin təmsil olunduğu DEM Partiyasının bəzi üzvlərinin PKK terror təşkilatına bağlı olması sirr deyil.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün sözügedən partiyanın daha bir funksioneri qandallanıb.

Məlumata görə, PKK ilə əlaqə ittihamı ilə DEM Partiyasının Iğdır şəhər təşkilatıın sədri Alya Akkuş əməliyyatla tutulub: "Ona qarşı silahlı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb".

Xəbərdə deyilir ki, təşkilat sədrinin ev və iş yerində axtarış aparılıb və çoxlu sayda sənədlər götürülüb: "Araşdırma davam edir".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA