Qadın sonsuzluğu: diaqnostika və müalicəsi sığorta ilə aparılacaq
CƏMİYYƏT
13.02.2025, 11:51
Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir.
Mia.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qadın sonsuzluğuna reproduktiv yaşda olan qadınların təxminən 10-15%-də rast gəlinir:
"Sonsuzluq uşaqlıq və ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik və immun pozğunluqlar, ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digər amillərlə bağlı ola bilər. Bu problem ailə planlamasında çətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsir göstərə bilir".
Vurğulanıb ki, qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyən etmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir:
"Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindən biridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonal testlər və əlavə laborator analizlər təyin edə bilər".
Qeyd olunub ki, reproduktiv orqanların sağlamlıq vəziyyətini qiymətləndirmək üçün əsas metodlardan digəri icbari tibbi sığorta təminatına daxil olan instrumental-diaqnostik müayinələrdir:
"Bunlardan ən çox müraciət olunanı USM-dir. Sonsuzluğun diaqnostik tədbirlər kompleksinə uşaqlıq boynundakı xroniki infeksiyaların əlamətlərini aşkarlamaq üçün kolposkopiya, uşaqlıq boruları keçiriciliyinin pozulmasını araşdıran histerosalpinqoqrafiya (HSG) müayinələri də daxildir. Bu müayinələr uşaqlıq boynunda yara, iltihab problemlərini, boruların keçməməzliyini, anadangəlmə quruluş pozuntularını aşkar etməyə kömək edir".
Bildirilib ki, menstrual dövrü nizamsız olan qadınlarda hipofiz vəzinin problemlərini (neyroendokrin xəstəlikləri) müəyyən etmək üçün müayinələr təyin oluna bilər:
"Tibbi göstəriş əsasında bu pasiyentlər kəllə və türk yəhərinin rentgen, KT və ya MRT müayinələrindən keçə bilərlər".
Qeyd edək ki, bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə daha bir TV bağlandı: "Bu mübarizə biz çox zərər verdi"
Bugün, 09:29 PRESS
-
Millətlər Liqası: 8 oyun oldu - Almaniya Yunanıstana yenə qalib gələ bilmədi
Bugün, 09:21 GÜNDƏM
-
10 il əvvəl deputatı ayağından vuran şəxs başından güllələnərək öldürülüb - Türkiyədə + FOTO
Bugün, 09:08 SİYASƏT
-
İstanbulda daha bir skandal: bir qrup hakim və prokurora cinayət işi açılıb, bir deputatın isə...
Bugün, 09:01 SİYASƏT
-
Yazıçı-jurnalist Əlmaniz Ələkbərlinin 55 illiyi təntənəli şəkildə qeyd olunub - FOTOLAR
Bugün, 08:55 PRESS
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bugün, 08:49 GÜNDƏM
-
Türkiyə futbolu son 30 ildə "çirkin üsullar"la idarə olunub: "Mən istefa vermirəm, verməyəcəm..."
Bugün, 00:36 İDMAN
-
"Qalatasaray"ın futbolçusu yığmadan gedir? - Açıqlama
Bugün, 00:28 İDMAN
-
"ƏGƏR BİRİNİN 112 NÜVƏ SİLAHI VARSA..." - Tramp Şimali Koreya lideri Kim Çen In və İrana yeni mesaj verdi
Bugün, 00:14 GÜNDƏM
-
Serdal Adalı yenidən "Beşiktaş" prezidenti seçildi
Bugün, 00:08 İDMAN
-
90-cı illərin müğənnisi.. - İllər Bendenizi çox dəyişdirib + FOTOLAR
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
Hülya Avşar tenis meydançasına elə geyimdə gəldi ki... - FOTO
Bugün, 00:05 ŞOU-BİZNES
-
Biləsuvarda 26 yaşlı gənc öldürüldü
Bugün, 00:01 KRİMİNAL
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması növbəti sınaqdan qalib ayrıldı - YENİLƏNİR
04.10.2026, 18:51 İDMAN
-
Vüqar Rəhimzadə: YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsi oldu
04.10.2026, 18:00 SİYASƏT
-
Azərbaycan və Türkiyə qardaşlığı, birliyi sarsılmazdır! - VAHİD TAĞIYEV YAZIR
04.10.2026, 17:25 YAZARLAR
-
YAP-da gözlənilməz dəyişiklik - Komitə sədri İdarə Heyətindən niyə kənarlaşdırıldı?
04.10.2026, 16:53 SİYASƏT
-
Kobaxidze Keşikçidağla bağlı mövqeyini açıqladı: “Biz Azərbaycan və..."
04.10.2026, 13:04 SİYASƏT
-
Nazir 290 müəllimi təltif etdi - TAM SİYAHI
04.10.2026, 12:40 GÜNDƏM
-
Sabaha olan hava proqnozu açıqlanıb
04.10.2026, 12:36 CƏMİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmurun 12 illik fəaliyyəti yoxlanılır (YENİLƏNİB)
04.10.2026, 12:03 CƏMİYYƏT
-
Bakıda Gülüstan Sarayında dəbdəbəli toy... - Kutsi də gəldi
04.10.2026, 11:09 ŞOU-BİZNES
-
Abşeronda yaşayış binasında partlayış: 1 nəfər xəsarət alıb - VİDEO
04.10.2026, 09:27 CƏMİYYƏT
-
Bakıda tıxaca qarşı daha bir çıxış yolu: gediş-gəlişi asanlaşdırmaq üçün kanat yolu ilə açılacaq - VİDEO
03.10.2026, 23:45 CƏMİYYƏT
-
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - VİDEO (Yenilənib)
03.10.2026, 22:06 İDMAN
-
ABŞ-da mülki təyyarə "yox"a çıxıb
03.10.2026, 21:26 DÜNYA
-
Azərbaycanda bu ərazilərə qar yağır
03.10.2026, 18:24 GÜNDƏM
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs tutulub
03.10.2026, 18:03 KRİMİNAL
-
MAAŞLAR NƏ QƏDƏR QALXACAQ və KİMLƏRƏ ŞAMİL OLUNACAQ? - İqtisadçı detalları sadaladı
03.10.2026, 17:19 İQTİSADİYYAT
-
Rektor 4 ay əvvəl təyin etdiyi müşaviri vəzifədən çıxardı
03.10.2026, 16:55 CƏMİYYƏT
-
Azərbaycan və İran XİN başçıları telefonda danışdı - Nələr müzakirə olunub?
03.10.2026, 15:05 SİYASƏT
-
“Yaşıl ölkə”də dörd gün - İlqar Tağıyev səfər qeydlərini yazır
03.10.2026, 14:33 İDMAN
-
“Ferrum Kapital” QSC-də dəyişiklik olub
03.10.2026, 12:53 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
03.10.2026, 12:44 GÜNDƏM