Ərdoğan iki dövlət başçısına maşın bağışlayıb - FOTOLAR

img

12-02-2025 [14:33]


Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin yerli elektrik avtomobili "Togg"u İndoneziya Prezidenti Prabowo Subiantoya bağışlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada prezident Subianto ilə görüşən Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Birinci Toplantısındna sonra ona ağ rəngində "Togg" hədiyyə edib.

Bağışlanma mərasimində çxış edən Ərdoğan "Togg"un üstünlüklərindən söz açıb: "İstifadə etdikdə görəcəksən ki, əladır. Səsini eşidə bilməzsən".

Xatırladaq ki, Prezident Ərdoğan dünən Malayziyanın baş naziri Ənvər İbrahimə də "Togg" hədiyyə edib.

Firudun Səfərli
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA