Harutyunyan, Qukasyan, Manukyan, Babayan, Mnatsakanyan... - Onlar Bakıda yenidən hakim qarşısına çıxarılıb
11-02-2025 [22:32]
Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan əhalisinin məhv edilməsi və terror faktlarına dair epizodlar elan edilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli ittihamın təcavüzkar müharibənin gedişində əhalinin məhv edilməsi faktlarına dair hissəsinin elanına başlayıb.
Bildirilib ki, təcavüzkar müharibə gedişində Ermənistan dövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş və təlimatlarında uyğun fəaliyyəti göstərən cinayətkar birlik tərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonunun Malıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonunun Baş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya və Gülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbel kəndlərindən azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqları yerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həmin ərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinə nail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistematik hücumlar zamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə ümumilikdə 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.
Daha sonra ittihamın təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayəti faktlarına dair hissəsinin elanına başlanıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev qeyd edib ki, 1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib.
Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.
Daha sonra dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova terrorçuluq cinayətləri üzrə konkret epizodları elan ediblər.
O cümlədən qeyd edilib ki, 1991-ci il yanvarın 9-da Şuşa rayonu istiqamətində hərəkətdə olan “UAZ-469” markalı avtomobili atəşə tutaraq sürücü Qoyek İvan İvanoviçə, avtomobildə sərnişin qismində əyləşmiş sovet ordusunun hərbi qulluqçuları – 44682 nömrəli hərbi hissənin kəşfiyyat polkunun komandiri, polkovnik-leytenant Larionov Oleq Mixailoviçə və Laçın hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Yuryeviçə, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, xidməti vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə ezam olunmuş jurnalist Əsgərova Salatın Əziz qızına güllə yaraları kimi müxtəlif bədən xəsarətləri yetirilərək, 4 nəfər şəxs qəsdən öldürülüblər.
Bundan başqa, bildirilib ki, 1991-ci il noyabrın 20-də içərisində Azərbaycan Respublikasının dövlət nümayəndələri, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müşahidəçilərinin olduğu helikopter Xocavənd rayonuna eniş etmək üçün həmin rayonun Qarakənd kəndi ərazisi üzərindən aşağı məsafədə uçarkən cinayətkar təşkilatın üzvləri bundan məlumat alaraq AK-74 konstruksiyalı pulemyot və avtomat silahlarla təxminən 30 dərəcəli bucaq altında 300 metr məsafədən həmin helikopterə intensiv atəşlər açmaqla hücum edib helikopteri zədələyərək idarə etmədən çıxarmağa nail olublar.
Nəticədə Qarakənd kəndinin şərqində, dağın şimal yamacından 5 kilometr aralıda kəndarası torpaq yola perpendikulyar şəkildə çırpılıb partlamaqla yanmış helikopterdə olmuş Azərbaycan Respublikasının sabiq Baş prokuroru Qayıbov İsmət İsmayıl oğlu, Azərbaycan Respublikasının daxili işlər naziri Əsədov Məhəmməd Nəbi oğlu, Azərbaycan Respublikasının Dövlət katibi İsmayılov Tofiq Kazım oğlu, Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıyev Zülfü Saleh oğlu, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Cəfərov Vaqif Cəfər oğlu və Məmmədov Vəli Hüseyn oğlu, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Serikov Sanlal Dosumoviç, telejurnalist Mustafayev Alı Mustafa oğlu, videooperator Şahbazov Fəxrəddin İbrahim oğlu, işıq operatoru Hüseynzadə Arif İsmayıl oğlu, Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Namazəliyev Qurban Hüseyn oğlu, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri Mirzəyev Osman Mirzəhüseyn oğlu, Azərbaycan Respublikasının Dövlət katibinin köməkçisi Məmmədov Rafiq Məmməd oğlu, Fövqəladə vəziyyət rayonunun komendantı Jinkin Nikolay Vladimiroviç, milis general-mayoru Lukaşov Mixail Dmitriyeviç, polkovnik-leytenant Koçeryov Oleq Nikolayeviç, eləcə də Dağlıq Qarabağ üzrə Milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Plavskin İqor Aleksandroviç, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili işlər idarəsinin rəisi Kovalyev Vladimir Vladimiroviç, habelə helikopterin uçuş heyətinin 3 üzvü - Kotov Vyaçeslav Vladimiroviç, Dolqov Gennadi Vladimiroviç və Yarovenko Dmitri Borisoviçə ağır dərəcəli müxtəlif bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini icra edən 22 nəfər qəsdən öldürülüb.
Bununla yanaşı, qeyd olunub ki, 2010-cu il yanvarın 26-da Azərbaycan Respublikasının Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Füzuli Hərbi Prokurorluğuna məxsus olan “UAZ” markalı, 00-21 HP dövlət qeydiyyat nişanlı avtomobili avtomat konstruksiyalı silahlarla atəşə tutmaqla xidməti vəzifələrini yerinə yetirən Füzuli hərbi prokurorluğunun müstəntiqi Hidayətov Araz Qabil oğluna güllə yarası xəsarəti yetirilib.
Həmçinin elan edilib ki, cinayətkar birliyin üzvləri tərəfindən hazırlanan ağ rəngli, itə bənzər oyuncağın içərisinə yerləşdirilmiş tələ-mina olan partlayıcı qurğunu Tovuz çayına atmış, 2011-ci il iyulun 14-də həmin çayın Ermənistan Respublikası ilə həmsərhəd olan Tovuz rayonu Əlibəyli kəndindən keçən hissəsinin kənarında oynayan 1999-cu il 15 sentyabr təvəllüdlü - azyaşlı Şahmalıyeva Aygün Zirəddin qızının çaydan sözügedən oyuncağı taparaq marağını cəlb etdiyindən evə gətirib masanın üzərinə qoyarkən yaranmış fiziki təmasla əlaqədar baş vermiş partlayış nəticəsində ətrafa qəlpələrin səpələnməsi ilə Aygün Şahmalıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan sonra dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan etməyə başlayıb.
Bildirilib ki, 2016-cı il aprelin 2-6, 24, 26-28 və 30-da iriçaplı və digər odlu silahlardan atəşlər açılmaqla Ağdam rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 13 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Tərtər rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 11 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Goranboy rayonu ərazisində 4 mülki şəxsə, Füzuli rayonu ərazisində 1 mülki şəxsə, Ağcabədi rayonu ərazisində 1 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə ümumilikdə 6 mülki şəxs qəsdən öldürülüb, 30 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib, eləcə də ümumilikdə 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Qeyd edilib ki, 2020-ci il iyulun 12-16, 17, 24 və 25-da vahid niyyətlə aparılan təcavüzkar müharibənin növbəti mərhələsində iriçaplı silahlar və digər odlu silahlardan atəşlər açmaqla Tovuz rayonunun Ağdam kəndində 1 mülki şəxsi qəsdən öldürülüb, Tovuz rayonu Ağdam kəndindən 11 nəfər, Dondar Quşçu kəndindən 35 nəfər, Əlibəyli kəndindən 4 nəfər, Yuxarı Öysüzlü kəndindən 4 nəfər, Vahidli kəndindən 8 nəfər, Aşağı Öysüzlü kəndindən 1 nəfər, Qazax rayonu Xanlıqlar kəndindən 6 nəfər olmaqla, ümumilikdə 69 mülki şəxsə məxsus fərdi yaşayış evlərinə və təsərrüfatlara 594 min manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Xüsusilə vurğulanıb ki, Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan Respublikasının ərazilərinə Ermənistan istiqamətindən daşıyaraq gətirib qurduğu mühəndis-istehkam mövqelərində əvvəlcədən yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “Smerç” yaylım atəşli reaktiv sistem və Ermənistan Respublikası ərazisində Azərbaycan Respublikası ilə şərti təmas xəttində yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “9K72”-“Elbrus” əməliyyat-taktiki təyinatlı raket kompleksindən istifadə edilməklə 2020-ci il oktyabrın 4-dən 17-dək olan müddət ərzində Gəncə şəhərinə davamlı şəkildə intensiv atəşlər açıb raket partlayışları zərbələri yetirməklə ümumilikdə 26 mülki şəxsi qəsdən öldürüb, 175 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Bununla yanaşı, 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək olan müddət ərzində “Qrad” və “Smerç” markalı reaktiv yaylım atəş sistemlərindən, həmçinin “Cluster” tipli ballistik raketlərdən, minaatanlardan, digər iriçaplı silahlardan açdıqları atəşlərlə Bərdə rayonunda vahid niyyətlə ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 103 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Ümumilikdə 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy (Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrə ümumilikdə dövlət və xüsusi mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksiz vəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuş həyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşə tutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə də helikopterlərə ziyan vurulması, Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi və digər terror aktlarına dair epizodlar da elan edilib.
Məhkəmə fevralın 14-də davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(Report)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)