Suriya prezidentinin xanımı ilk dəfə rəsmi tədbirdə göründü - FOTO

img

04-02-2025 [15:02]


Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Şaranın həyat yoldaşı Lətifə Əl-Şara ilk dəfə rəsmi tədbirdə görünüb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, o, Əhməd Şaranı ilk xarici səfərində - Səudiyyə Ərəbistanıda tək qoymayıb.

Məlumata görə, Ər-Riyaddakı rəsmi görüşlərdən sonra o, əri Əhməd Şara ilə Məkkədə ümrə ziyarəti edib: "Ümrə ziyarəti zamanı Şaranı həyat yoldaşı Lətifə Əl Şara və Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib".

Xəbərdə o da deyilir ki, Lətifə ərəb ədəbiyyatı üzrə təhsil alıb. O, oms yaxınlığındakı əl-Qəryatayn qəsəbəsində doğulub.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR