Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək - Sərəncam
MƏDƏNİYYƏT
03.02.2025, 15:47
Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
"Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir", - Sərəncamda deyilir.
Sərəncamda Mədəniyyət, Elm və Təhsil nazirliklərinə və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: Qətər son dəqiqədə məğlubuyyətdən xilas oldu
Bugün, 01:17 İDMAN
-
Hidayət Orucov vəfat edib
Bugün, 00:06 GÜNDƏM
-
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü (Yenilənib)
13.06.2026, 21:12 MƏDƏNİYYƏT
-
Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - AÇIQLAMA + FOTO
13.06.2026, 20:08 CƏMİYYƏT
-
Montella: “Mühüm üstünlüyə sahib olmağa çalışacağıq”
13.06.2026, 18:08 İDMAN
-
İran XİN: “ABŞ-la razılaşma yaxın günlərdə ola bilər”
13.06.2026, 17:56 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə yenə narkotik keçirmək istəyiblər
13.06.2026, 17:07 KRİMİNAL
-
Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır (YENİLƏNİB)
13.06.2026, 16:55 GÜNDƏM
-
Aldanmış başqan və ya atadan oğlundan imtina ərizəsi...
13.06.2026, 15:11 İDMAN
-
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bankla bağlı qərar verildi
13.06.2026, 15:07 İQTİSADİYYAT
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
13.06.2026, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
13.06.2026, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
13.06.2026, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
13.06.2026, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
13.06.2026, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
13.06.2026, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13.06.2026, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT