Hikmət Hacıyev İran prezidenti ilə bir arada - Məsud Pezeşkian Azərbaycana dəvət edildi (FOTOLAR)

Hikmət Hacıyev İran prezidenti ilə bir arada - Məsud Pezeşkian Azərbaycana dəvət edildi (FOTOLAR)

GÜNDƏM

02.02.2025, 23:22

İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi sosial media hesabında paylaşım edib.

Bildirilib ki, H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

İran İslam Respublikasının Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR