“Azərişıq” ASC-nin Şirvan Regional Şəbəkəsinə ağrı ittihamlar var - ""Sərfiyyat itkisi” o qədər çoxdur ki..." (VİDEO, YENİLƏNİB)
31-01-2025 [17:43]
Birinci Qarabağ müharibəsi qazisi Aydın Aslanov “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Şəbəkəsinə bağlı olan Neftçala Elektrik şəbəkəsinin müdiri Ağababa Babayev barədə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Mia.az-ın məlumatına görə, bu barədə Pravda.az-a danışan A.Aslanov bildirib ki, o, kiçik sahibkarlıqla məşğuldur, Neftçala Elektrik şəbəkəsinin müdiri Ağababa Babayev isə sahibkarların fəaliyyətinə mane olur:
“Ağababa Babayevin rəhbərliyi altında Neftçala Elektrik şəbəkəsinin əməkdaşları rayonda mütəşəkkil şəbəkə kimi fəaliyyət göstərirlər. Neftçala şəhərində 40 kvadratmetrlik dükanım var. Fəaliyyətim dövründə istər dövlət vergisini, istərsə də kommunal xərcləri vaxtlı-vaxtında ödəmişəm. Heç bir dövlət qurumu ilə problemlər yaşamasam da, son zamanlar, A.Babayevin Neftçala elektrik şəbəkəsinə müdir təyin olunmasından sonra problemlər yaşayıram. Neftçalada işıq pulu elektrik şəbəkəsi əməkdaşları tərəfindən nəğd olaraq birbaşa yığılır və bu da rayonda böyük narazılıqlar yaradır. Sonuncu dəfə dükanımın 65 manat elektrik borcu olub və həmin pul şəbəkənin əməkdaşına ödənilib. Ödəniş edildikdən bir neçə gün sonra dükanımın işığı söndürülüb. Neftçala elektrik şəbəkəsinin əməkdaşı bizə bildirib ki, dükanın işığının söndürülməsi ilə bağlı şəbəkənin müdiri Ağababa Babayev birbaşa tapşırıq verib. Ağababa Babayevin bizdən nə istədiyini bilmirik və belə hallar bundan əvvəl də baş verib”.
Sahibkarın sözlərinə görə, Neftçala elektrik şəbəkəsində vətəndaşların müraciətinə və şikayətlərinə heç kim cavab vermir: “İdarədə belə məsul şəxs tapmaq mümkün olmur, müdir və mühəndislər şikayətçilərə qətiyyən məhəl qoymurlar. Tam məsuliyyətimlə bildirirəm ki, Neftçalada fəaliyyət göstərən dükan və obyektlərə, kəndlərdə çoxsaylı evlərə, fermer təsərrüfatlarının 80-90%-nə ikinci xətlə qanunsuz elektrik enerjisi verilir. Verilən qanunsuz enerji sərfiyyat itkisi kimi qeydiyyata alınır və silinir. Pullar isə “şəbəkə pramidası” arasında bölünür. Bunu “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Şəbəkəsindən gizli şəkildə həyata keçirmək mümkün deyil. Çünki “sərfiyyat itkisi” o qədər çoxdur ki, bunu başqa cür izah etmək mümkün olmur. Bunu sübut etmək üçün “Azərişıq” ASC-nin Neftçalada kiçik bir yoxlama aparması kifayətdir”.
A.Aslanovun “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin əməkdaşları ilə qarşıdurması 110/35/6 kv-luq yarımstansiyanın tikilməsi səbəbindən başlayıb: “Obyektim tikilirkən mövcud yarımstansiyadan 12 metrdən artıq bir məsafədə tikilib və həmin vaxtda mən “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsindən müvafiq lisenziya da almışam. Lakin bir müddət əvvəl “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi istifadə müddəti bitən həmin yarımstansiyanın yerinə yeni bir yarımstansiya istismara verib. Lakin yeni yarımstansiya köhnənin yerində deyil, məhz mənim obyektimin bir metrliyində tikilib. Bu isə ciddi qayda pozuntusudur. Təhlükəsizlik qayda pozuntusunu yaradan da məhz “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi olub. O zaman mən məsələ ilə bağlı “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinə müraciət edərkən bildirdilər ki, yarımstansiyanın ətrafındakı hasar mühafizə zolağıdır və qaydalara uyğundur. Lakin elə həmin vaxt müraciətimə əsasən, FHN-dən bildirdilər ki, bu, ciddi qayda pozuntusudur və gələcəkdə mənim problemimə çevriləcək. Bütün etirazlarıma baxmayaraq, “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi qaydalara zidd olaraq obyektimin bir metrlik məsafəsində sözügedən yarımstansiyanı tikdi. Maraqlıdır ki, indi tamamilə başqa məzmunlu şikayətimə belə bir cavab alıram. Görünür ki, “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsi məsuliyyətdən özlərini kənarlaşdırmaq üçün mənə belə bir cavab ünvanlayıb. Obyektim illərdir ki, fəaliyyət göstərir və bu da sənədlərdə öz əksini tapıb. Eyni zamanda 110/35/6 kv-luq yarımstansiyanın tikilmə vaxtı da məlumdur və bunun da sənədləri, təbii ki, var. Yəni bu cavabla “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin müdriyyəti, şəxsən Ağababa Babayev iz azdırmağa çalışır. “Azərişıq” ASC-nin İdarə müdiri Zabil Quliyevin adından ünvanıma daxil olan cavab məktubu məni təəccübləndirdi. Çünki məktubda mənim şikayətimin mahiyyəti ilə bağlı heç bir cümlə yox idi. Sadəcə bildirilir ki, mənim obyektimin ərazisində Neftçala Elektrik Şəbəkəsinin əməkdaşlarının apardıqları 110/35/6 kv-luq yarımstansiyanın yaxınlığında tikilib. Buna görə də həmin ərazidən 6 kv-luq hava elektrrik xətlərinin keçməsi məlum olub. Azərbaycan Respublikası Prezidentinin 14 uyun 2023-cü il tarixli 2181 nömrəli fərmanının icrası üçün tikinti obyektinin istismarına icazə verilməsinə həyatyanı sahədən hava elektrik verilişi xətti keçdiyi və mühafizə xətti pozulduğu üçün mənfi rəy verilmişdir. Buna görə də “Azərişıq” ASC-nin idarə müdiri Zabil Quliyev sözügedən fərmanın tələblərinə uyğun olaraq çatışmazlıqları ortadan qaldırdıqdan sonra yenidən müraciət etməyi məsləhət gördü. Mən obyektimə çıxarış almaq üçün “Azərişıq” ASC-yə müraciət etməmişəm, məhz “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin əməkdaşlarının sahibkar olaraq mənim fəaliyyətimə maneə olması ilə bağlı möhtərəm Prezidentimizə müraciət ünvanlamışam. Bu, düşünülmüş bir cavabdır”.
Sahibkar Neftçaladakı vəziyyətlə bağlı digər faktları da açıqlayıb: “Neftçala Elektrik Şəbəkəsinin əməkdaşları ölən adamların adına olan sayğacları ləğv etmir və həmin sayğaclardan başqa obyektlərdə istifadə olunur. Bununla bağlı da bizdə sübutlar mövcuddur. Bir müddət əvvəl “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin rəisi Ağababa Babayev haqqında Neftçala polisində məsuliyyətə cəlb edilib. Buna səbəb isə elektrik dirəklərinin “metallom” kimi satılmasında Ağababa Babayevin adının hallanması olub. Sonradan nə baş veribsə, həmin iş ləğv edilib. “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov, əgər doğrudan da işçilərinizin xalqa və dövlətə necə xidmət etmələrini görmək istəyirsinizsə, o zaman itkilərlə bağlı yerlərdə davamlı olaraq yoxlamalar aparın, hər ay nə qədər elektrik enerjisinin məhz “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən oğurlanması haqqında dəqiq məlumatlara sahib olacaqsınız. Vüqar müəllim, Neftçalada və digər rayonlarda işıq pulları niyə şəbəkə əməkdaşları tərəfindən qapı-qapı gəzilərək nəğd şəkildə yığılır? Biz hansı zamanda yaşayırıq və niyə abonentlərdən pul toplamaq üçün dövlət əlavə minlərlə ştat saxlayır və vəsait sərf edir?”
***
"Azərişıq" ASC Birinci Qarabağ müharibəsi qazisi, sahibkar Aydın Aslanovun Şirvan Regional Elektrik Şəbəkəsinə bağlı olan Neftçala Elektrik şəbəkəsinin müdiri Ağababa Babayev, rayon ərazisində qurumun əməkdaşlarının qanunsuz əməllərə yol vermələri barədə iddialarına münasibət bildirib.
Qurumdan bildirilib ki, sözügedən obyekt "Azərişıq" ASC-nin məlumat informasiya bazasında 80708070013 nömrəli abunə kodu ilə qeydiyyatdadır.
"Abunə vərəqi təhlil edilərkən 05.01.2025-ci il tarixdə istifadə edilən elektrik enerjisinin dəyərinə uyğun 65 manat ödəniş həyata keçirilib. Lakin obyektə verilən elektrik enerjisinin təchizatının dayandırılması halı baş verməyib. Hazırda obyekt fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunur. Həmçinin sayğac ərazi üzrə xidmət göstərən nəzarətçi-mühəndis tərəfindən davamlı olaraq hər ay vaxtında oxunaraq ödənişləri təmin edilir. Eyni zamanda araşdırma zamanı Neftçala Elektrik Şəbəkəsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verildiyi aşkarlanmayıb”, - məlumatda qeyd olunub.
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı