Hüquq müdafiəçisinin qızı niyə cərimələnib? - Qalmaqal
30-01-2025 [11:34]
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın rəhbəri Mirvari Qəhramanlının qızı 50 manat cərimə edilib.
Buna səbəb hüquq müdafiəçisinin qızı Sara Rəhmanovanın çalışdığı “Müasir Psixologiya Mərkəzi” MMC-də hüquqşünas Vüsal Həsənovla mübahisə edən zaman onu təhqir etməsi olub.
Sara Rəhmanova barəsində polislər tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəməsi Sara Rəhimovanın 50 manat cərimlənməsi ilə bağlı qərar qəbul edib.
Sara Rəhimova qərardan narazı qalıb. Bildirib ki, hadisə zamanı özü təhqir edilib.
Mirvari Qəhrəmanlı hadisə barədə məlumat verən zaman bildirib ki, qızı Sara Rəhmanova 10 ildən artıqdır ki, həmin MMC-də işləyirmiş. İşlədiyi müddət ərzində işçilər və işəgötürənlə heç bir konflikti olmayıb.
Onun sözlərinə görə MMC-yə iki ay əvvəl Vüsal Həsənov adlı şəxs gələndən sonra narazılıqlar yaranıb:
“Mərkəzin rəhbəri Aidə Nəbiyeva onu hüquqşünas kimi təqdim etsə də, o özünü Mərkəzin rəhbəri kimi aparırdı. İşçilərlə kobud rəftar edib, təhqiredici ifadələr işlədirdi, xüsusən qadınlara qarşı. İki ay ərzində 5 nəfər onun tələbi ilə işdən azad edilib. Onlardan biri qadın idi. 16.01.2025-ci il tarixində rəsmi sənədlə Mərkəzdə hər hansı bir səlahiyyət sahibi olmayan, lakin Mərkəz rəhbərliyi tərəfindən xüsusi səlahiyyətlər verilmiş (hansı əsasla?) Vüsal Həsənov qızımı Mərkəzin rəhbəri Aidə Nəbiyeva və onun əmisi (yəqin ki, sahibi) Azər Piriyevin yanında küçə söyüşləri ilə təhqir edib. Bunu Mərkəzin bir neçə işçisi də eşidib.
Qızım 2025-ci il yanvarın 16-da özünü pis hiss etdiyi üçün Azər Piriyevdən icazə almaq istəyib. Həmin vaxt Azər Piriyev Vüsal Həsənovun otağında olub. Qızım da icazə almaq üçün Vüsal Həsənovun otağının qapısını döyüb və Azər Piriyevə müraciət edib, vəziyyətini izah edib. Azər Piriyevlə onun otağında danışması Vüsal Həsənovun xoşuna gəlməyib. Qızımın üstünə qışqırdı ki, rədd ol otaqdan, mənə mane olursan. O, yenə də vəziyyəti izah etməyə çalışıb, amma Vüsal Həsənov onu küçə söyüşləri ilə təhqir edib, alçaldıb. Aldığı pisixi zərbələrdən halı daha da pisləşib. Vüsalın hədə qorxusundan, söyüş və təhqirlərindən qorxaraq "102"-yə zəng edib, polis çağırıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Mərkəzə gəlib zərərçəkmişdən əvvəl Vüsal Həsənov və Mərkəz rəhbərliyi ilə görüşüblər, qızımdan isə qısa bir izahat yazmağı tələb ediblər. Köməyə çağırdığı polis araşdırmadan, həmin saatda Mərkəzdə olan Vüsal Həsənovun söyüşlərini eşidən başqa işçilərdən izahat almayıb. Qızıma isə deyib ki, siz Vüsalı təhqir etmisiniz. Məgər polis həmin an Vüsalın kabinetində olmuşdu ki? Əgər qızım Vüsalı təhqir etmişdisə, niyə kömək üçün Polisə müraciət edirdi ki?" - deyə Mirvari Qəhrəmanlı qeyd edib.
Qarşı tərəf isə Sara Rəhmanova tərəfindən təhqir edildiyini məhkəmədə bildirib.
Qeyd edək ki, hadisədən sonra Sara Rəhmanova işdən də çıxarılıb(Musavat.com)
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq