“Azadlıq” qəzetinin çapı dayandırıldı

img

31-07-2014 [17:28]


"Azərbaycan” nəşriyyatı "Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib.

Səbəb qəzetin nəşriyyata olan borclarıdır. Qəzetin nəşriyyata 20 min manatdan artıq borcu yığılıb. Qəzet borcu düşünülmüş şəkildə salındığı maliyyə böhranına görə ödəyə bilmir. Qəzetin ən böyük satıcısı "Qasid” firması ona olan 70 min manatdan artıq borcu ödəmir. KİV-ə dövlət dəstəyi fondu da qəzetin layihələrini maliyyələşdirməkdən imtina edib. Qəzet satış firmalarına yaradılan əngəllərə görə "Azadlıq”ın tirajı və gəlirləri də azalıb.

Nəşriyyatın sanksiyası artıq bu gündən qüvvəyə minib və qəzet sabah satışda olmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA