XİN adından saxta məlumatlar yayılır - Xəbərdarlıq + FOTOLAR

img

28-01-2025 [17:09]


Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı feyk məlumatlar yayılıb. 

Mia.az xəbər verir ki, həmin məlumatlar XİN-in rəsmi açıqlaması kimi təqdim edilib.

Həmin yalan informasiyalarda, XİN-in mətbuat katibi Ayxan Hacızadənin adından iddia edilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quşlarla toqquşmasını təsdiq edir. 

Bununla yanaşı, feyk məlumatda Azərbaycanın guya yalan informasiyaların yayılmasına görə Rusiyadan üzr istədiyi də qeyd olunub. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA