"Birbank" mobil tətbiqində yaranan narahatlıqla bağlı - Açıqlama

img

27-01-2025 [21:41]


"Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq".

Bu barədə Mia.az-a "Kapitalbank"ın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda daha sonra deyilir: "Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik".

Saamir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:28 14.06.2025

Bu gün “Son zəng”dir