Dünyanın ən bahalı fahişələrinin siyahısı açıqlandı - SİYAHI (FOTOLAR)

img

31-07-2014 [11:54]


Dünyanın ən bahalı fahişələrinin siyahısı açıqlanıb. 

Siyahıda 10 məşhur qadının adı var. Onlarla bir gecə keçirmək üçün ən aşağı qiymət 1200 dollar, ən yuxarı qiymət isə 50 000 dollardır. 

10. Zaxiya Dexar - gecəsi 1200 dollar
Barbi gəlinciyinə oxşayan bu eskotun aylıq gəliri 32 000 dollardır. Əsasən öz xidmətlərini təklif etdiyi 1-2 sponsorlarla işləyir.


9. Loredana Coli - gecəsi 2000 dollar
Loredana məşhur amerikalı qolfçu Tayqer Vudsla görünən qadınlardan biridir. Şəkildən göründüyü kimi o, qazancının çox hissəsini plastik əməliyyatlara sərf edir.


8. Cest Kasandra - axşamı 3 000 dollar
Bu qadın elit kateqoriyasına daxildir və ancaq bəyəndiyi müştəriləri qəbul edir. Adətən onlarla şəxsən görüşdükdən sonra onlara işləyib-işləməcəyi haqqında qərar verir. Veb-səhifələrində səyahəti və ən yüksək təbəqənin nümayəndələri ilə görüşməyi sevdiyini yazır. 


7. Eşli Düpe - axşamı 4 300 dollar
Ola bilsin ki, siz ABŞ-ın qubernatoru Eliot Şpitserin qalmaqalını eşitmisiz. O, Kristen adlı qızla görüşdüyü "Emporer’s Club VIP"-nin müştərisi olduğu üçün saxlanılmışdı. Qubernator son 6 ay ərzində bu kluba 15 min dollar xərclədikdən sonra saxlanılmışdı. Şayiələrə görə o, qıza 80 000 dollar pul sərf edib.


6. Mis Maya Blu - 4 500 dollar
Onun fotolarını və qiymətini təqdim etdiyi şəxsi veb-saytı var. Maya öz səfərlərinin qrafikini dərc edir və Amerika Birləşmiş Ştatlarının bütün ərazisində görüşlər təşkil edir. Hazırda o, Los-Anceles, Vaşinqton, Santa-Fe, Çikaqo, Totonto və Palm-Sprinqs şəhərlərində səfərdə çıxdığını elan edib.


5. Ava Ksian - axşamı 6 500 dollar
Ksian Nyu-Yorkda keçmiş daşınmaz əmlak agentidir. O, atası xəstələndikdən sonra eskort olduğunu deyir. Bahalı ürək əməliyyatına lazım olan vəsaitin yoxluğu onun bu yola vadar edib. Atasının tibbi sığortası olmayıb və o, atasına kömək etmək üçün bu yolla pul qazanmaq qərarına gəlib. Ava Ksianın həftəli qazancı 45000 dollardır.


4. Natali Maklenen - 16 000 dollar
O, haçansa Nyu-Yorkda müşayiətçi kimi bir nömrəli olub. "New York" dərgisi Natalini üz qabığına çəkərək saatı 2000 dollar qiymətilə onu şəhərin ən bahalı fahişəsi elan etmişdi. Nəhayət onu vergidən yayınmada təqsirləndirərək həbs edirlər. Natali həbs edilməsindən kitab yazdıqdan sonra daha da məşhurlaşır və qiymətini artırır.


3. Loren – 24 000 dollar
Loren şərti ad olsa da, onun xidmətləri bir neçə saytlarda dərc edilir. Kişi forumlarında çox məşhurdur.


2. Kannın ən yaxşı qızlar - gecəsi 40 000 dollar
May ayının 10-14 gününü əhatə edən Kann festivalına kino ulduzları ilə yanaşı elit eskortlar da yığışır. Onlardan ən yaxşısı bir gecəyə 40 000 dollar qazana bilər. Partnyorlarını yaxtlarda və VİP klublarda müşayiət edirlər. Onlar ciddi məbləğə bir neçə günlük və ya həftəlik iş götürürlər. 



1. Mişel Braun - 50 000 dollar
O, bu xidmət təklif edən agentliyin rəhbəridir. O, Amerikanın seks-biznesini əlində saxlayan məşhur Hollivud madamı Xeydi Fleysi yaradan qadındır. Mişel Braun yüksək təbəqənin nümayəndələrini qızlarla təmin edir.
ANS PRESS 

Digər xəbərlər
SON XƏBƏRLƏR