Sumqayıtda meşəlik ərazidə tikinti... - VİDEO
CƏMİYYƏT
26.01.2025, 20:29
"Sumqayıt şəhərinin Nəsimi parkında, Göyərçin abidəsi adlanan ərazinin yaxınlığında yaşıllıq sahənin hasarlanması və həmin yerdə ağacların kəsilməsi ehtimalının olması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb".
Mia.az-ın məlumatına görə, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, araşdırma zamanı sözügedən ərazinin metal lövhə ilə hasarlanması işlərinin aparıldığı təsdiqlənib:
"Hasarlanmış sahədə ağacların kəsilməsi faktı qeydə alınmayıb.
Hasarın sökülməsi üçün Sumqayıt Şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkının rəhbərliyinə müraciət edilib və hazırda ərazidə hasarın sökülməsi işləri aparılır".
İradə İbrahimova həmçinin qeyd edib ki, ərazidəki mövcud yaşıllıqlar qeydə alınaraq nəzarətə götürülüb.
"Mühafizə edilməsi və onlara aqrotexniki xidmət göstərilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq", - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən ötən gün Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, sözügedən parkda quru və təhlükəli vəziyyətdə olan ağaclarla bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Rəy əsasında həmin ağaclar ərazidən götürülür və yerində yeni ağaclar əkilir.
Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün verdiyi açıqlamadan aydın olur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin verdiyi cavab və göstərdiyi ünvan doğru deyil. Əslində, həmin ərazidə ağaclar kəsilməsə də, tikinti işləri aparılıb.
Maraqlıdır ki, İcra Hakimiyyətinin bu cür səhlənkar, dəqiq yoxlanılmayan və qeyri-peşəkar cavabı anlaşılan deyil və heç bir məntiqə sığmır.
Görünür, meşəlik ərazidə tikintinin aparılmasına göz yuman Sumqayıt Şəhər İcra Hakimiyyəti ölkəmizdə keçirilən COP29 tədbirinin mahiyyətini anlamayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Kristal”ın “Park Əcəmi” layihəsində fantastik qiymətlər: 66 kv.metrlik 2 otaqlı bina evi 470 000 manata alıcıya yüklənir - CƏDVƏL
Bugün, 12:40 CƏMİYYƏT
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
Bugün, 12:31 CƏMİYYƏT
-
Leysan yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:25 CƏMİYYƏT
-
Belçika qanunsuz miqrantlara qarşı sərt tədbirlərə başlayır - Yeni qanun təsdiqləndi
Bugün, 12:12 DÜNYA
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə Birgə Bəyanat imzalandı - MƏTN
Bugün, 12:01 GÜNDƏM
-
Abşeron xəstəxanasında şok olay: Baş həkimin müavinini kim və niyə vurub? - TƏBİB-in keçmiş rəhbərinin yaxın qohumu imiş (YENİLƏNİB)
Bugün, 11:54 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Türkmənistanda 8-ci Məşvərət görüşündə: yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİR)
Bugün, 11:47 GÜNDƏM
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub
Bugün, 11:42 CƏMİYYƏT
-
“AMAY” ticarət mərkəzinin böyük hissəsi hərraca çıxarıldı - Bu qiymətə
Bugün, 11:41 İQTİSADİYYAT
-
"Yandex"ın məlumat mərkəzi droanla vurulub - Fəaliyyəti dayandırıldı
Bugün, 11:27 DÜNYA
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - Yeniyetmə saxlanıldı
Bugün, 11:15 KRİMİNAL
-
İlham Məmmədlinin məhkəməsi başlayır
Bugün, 11:03 KRİMİNAL
-
İlham Əliyev: "Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir" - "Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür"
Bugün, 10:57 GÜNDƏM
-
Nigar Fərhadın əri DTX təcridxanasından köçürülüb
Bugün, 10:43 CƏMİYYƏT
-
Tanınmış bankir yarım milyon manat borcu olan BOKT-da direktor təyin olundu
Bugün, 10:29 İQTİSADİYYAT
-
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Bugün, 10:20 CƏMİYYƏT
-
ABŞ ORDUSU İRANLA MÜHARİBƏYƏ YENİDƏN HAZIRLAŞIR: "Tramp bütün kartları əlində saxlayır və..." - "Axios" qoşunlara "hazır olun" əmri verildiyini yazdı
Bugün, 10:08 GÜNDƏM
-
Əkrəm Əylisli: “Mən Şeyx Əbdül, Seyran Səxavət deyiləm...”
Bugün, 10:01 PRESS
-
Rəşid Mahmudov: "Kim özünü başqasından üstün sayırsa, o adam psixi dəlidir" - “Mənim 500 manatım olsaydı, nə dərdim olardı?!"
Bugün, 09:57 MƏDƏNİYYƏT
-
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Bugün, 09:52 GÜNDƏM
-
Azərbaycan nefti 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
Bugün, 09:25 İQTİSADİYYAT
-
BDU-da BÖYÜK İXTİSARA HAZIRLIQ BAŞLAYB: İşçilər attestasiyadan keçirilir - Xəbərə rəsmi reakisya
Bugün, 09:03 GÜNDƏM
-
Həbsdə olan məşhur aktyorun səhhətində problem yaranıb - Xəstəxanaya aparıldı + FOTO
Bugün, 00:22 MƏDƏNİYYƏT
-
Husilər Səudiyyə Ərəbistanına növbəti zərbə endirdi - 3 nəfər ölüb, 36 yaralı var
Bugün, 00:19 DÜNYA
-
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
Bugün, 00:07 KRİMİNAL
-
İlkay Gündoğan araya girdi - "Qalatasaray" "Liverpul"un futbolçusunu alacaq
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Ronaldo Messiyə belə mesaj göndərdi: "Əziz Leo, Sənə böyük hörmətim var"
07.10.2026, 23:42 İDMAN
-
AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA GƏRGİNLİK VAR? - "Aramıza girmək istəyənlər var" - "Bu qruplarla əlaqəmiz yoxdur..."
07.10.2026, 20:38 GÜNDƏM
-
Aktrisa prokurorluğa çağırıldı, evində axtarış başladı - Bu paylaşıma görə (Yenilənib)
07.10.2026, 18:57 SİYASƏT
-
Şimali Koreya lideri: "Putinin lideriyi ilə Rusiyaya qarşı sarsılmaz dəstəyimiz var"
07.10.2026, 18:17 DÜNYA
-
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
07.10.2026, 18:06 GÜNDƏM
-
"Arsenal" ispan baş məşqçinin müqavilə müddətini uzatdı
07.10.2026, 18:00 İDMAN
-
Türkiyə Futbol Federasiyasının baş katibi istefa verdi
07.10.2026, 17:46 İDMAN