UEFA-dan "Qarabağ" haqda açıqlama - "9 nəfərlik "Qarabağ"dan "Zaltsburq"a şok"

img

31-07-2014 [11:51]


Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxan "Qarabağ"ın "Zalsburq"u məğlub etməsi Avropa mətbuatının gündəminə düşüb.

ANS PRESS-in məlumatına görə, UEFA-nın rəsmi saytı təmsilçimizin qələbəsini "9 nəfərlik "Qarabağ"dan "Zaltsburq"a şok" başlığı ilə oxucularına çatdırıb. Yayımlanan xəbərdə "Qarabağ"ın inamlı qələbəsindən bəhs edilib:

"Azərbaycan çempionu doqquz nəfərlə qalmasına baxmayaraq, qonaq komandanı sarsıdıb. İndi klub "pley-off" mərhələsinə düşmək barəsində düşünə bilər"-deyə UEFA-nın xəbərində qeyd edilib.

"Qarabağ"ın qələbəsinə Türkiyə və Rusiya mətbuatında da yer verilib. Təmsilçimizin "Zalsburq"u məğlub etməsi Çempionlar Liqasının III təsnifat mərhələsinin süpriz nəticəsi olaraq göstərilib. 

Qeyd edək ki, "Qarabağ" klubu Bakıda baş tutan matçda "Zalsburq"u 2-1 hesabı ilə məğlub edib. Bu qələbə Azərbaycan tarixində bir ilkdir. Çempionlar Liqasının III təsnifat mərhələsində ilk dəfə bir Azərbaycan klubu oyundan qələbə ilə ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA