Ali Məhkəmənin Plenumunun iclası keçirilib - Nələr müzakirə olunub?
24-01-2025 [18:10]
Ali Məhkəmənin Plenumunun iclası keçirilib.
Mia.az-ın məlumatına görə, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub.
İclasda Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, hesabat dövründə Ali Məhkəmə tərəfindən həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hüququn inkişafının təmin edilməsi, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin təmin edilməsi məqsədilə 68 yeni 3 ulduzlu qərar, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardadı qəbul edilib, bir sıra Plenum qərarlarına önəmli dəyişikliklər olunub.
Qeyd edilib ki, Ali Məhkəmənin icraatında 2024-cü ildə 2023-cü ilə nisbətən 309 iş, yəni 2,2 faiz daha çox iş olub. Kollegiyalar üzrə isə statistika fərqlidir. Belə ki, Mülki kollegiyada 12,5 faiz azalma olsa da, Cinayət kollegiyasında 8,8 faiz, İnzibati kollegiyada 18,2 faiz, Kommersiya kollegiyasında 3,9 faiz artım var.
İcraatda olmuş işlərin sayı ilə yanaşı, yekunlaşdırılan işlərin sayı 3,5 faiz artıb. Növbəti ilə qalıq keçən işlərin sayı isə 2,6 faiz azalıb.
İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.
Bildirilib ki, Mülki kollegiya üzrə 2024-cü ildə Ali Məhkəməyə, həmçinin əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında 2023-cü illə müqayisədə ciddi azalma müşahidə olunur. Belə ki, mülki işlər üzrə ümumilikdə respublika məhkəmələrinə 215 min 338 iş daxil olub ki, bu da ötən dövrlə müqayisədə 2,7 faiz, apelyasiya şikayəti verilən işlərin sayı 22,4 faiz, kassasiya şikayəti verilən işlərin sayı isə 13,1 faiz azalıb. Yekunlaşmış işlərin sayı da yüksəkdir və bu, 89 faiz təşkil edir. Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edilir. Birinci və apelyasiya instansiya məhkəmələrinin qərarlarının sabitlik göstəricisinin kifayət qədər yüksək olduğu qeyd edilib. Bu halların təcrübənin vahidliyinin təmin olunması, müxtəlif instansiya məhkəmələrinin hakimləri arasında qurulmuş səmərəli dialoqun, habelə hakimlərin peşəkarlıq səviyyəsinin artmasından irəli gəldiyi vurğulanıb.
Qeyd edilib ki, 2024-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3688 işdən 70,8 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2611 işdən 84,2 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 6,9 faiz iş üzrə qərar ləğv edilib, 8,9% iş üzrə qərar isə dəyişdirilib.
2024-cü ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 4438 işdən 76,7 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 88 faiz işə mahiyyəti üzrə baxılıb, 8,8 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 2,9 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 2997 işdən 52,9 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 28,9 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 17 faiz qərar ləğv edilib, 0,4 faiz iş üzrə icraata xitam verilib, 0,8 faiz qərar dəyişdirilib.
2024-cü ildə Kommersiya kollegiyasının icraatında 832 iş olub, onlardan 95,6 faiz iş kommersiya mübahisələri üzrə, 4,4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 795 işdən 68,2 faiz işə mahiyyət üzrə baxılıb. Baxılmış işlərdən 82,3 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 17,3 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,4 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.
Sonda Plenumda Ali Məhkəmənin 2025-ci ilə dair iş planı təsdiq edilib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb