49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb

img

22-01-2025 [10:46]


Tovuzda keçmiş məhkum, 49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb.

Mia.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyatla ondan 4 kiloqram narkotik vasitə olan marixauana, tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkarlanıb.

Müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA