VƏZİFƏDƏN ÇIXARILAN XANIM NAZİR MÜAVİNİNİN QIZI DA CƏZA ALIB - Şok iddialar var (FOTOLAR)
17-01-2025 [11:02]
Dünən gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva ilə yanaşı qızı, Azərbaycan gimnastika millisinin baş məşqçisi Siyana Vasileva da Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası tərəfindən ağır cəza alanlar siyahısındadır.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, S.Vasileva da idmançılara qarşı zor tətbiq etməkdə günahlandırılır.
Azərbaycan bədii gimnastika millisinin baş məşqçisi olan S.Vasileva 18 ay müddətinə diskvalifikasiya olunub. O, Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bayrağı altında keçirilən yarışlarda heç bir millinin baş məşqçisi kimi iştirak edə bilməz.
Azərbaycan gimnastika millisində işləyən məşqçi Evgeniya Vilyaeva da cəza alanlar sırasındadır. Siyana Vasilevanın köməkçisi 12 ay diskvalifikasiya olunub.
Maraqlıdır ki, Siyana Vasileva 2022-ci və 2024-cü illərdə Azərbaycanın ən yaxşı qadın məşqçisi seçilib. FİG və GEF-in araşdırmalarının nəticələrini nəzərə alsaq, S.Vasilevanın iki dəfə ilin ən yaxşı qadın məşqçisi olması suallar doğurur. Necə olur ki, Azərbaycan gimnastlarına qarşı zor tətbiq edən məşqçilər bu mükafata layiq görülür? Təəccüblüdür ki, GEF İntizam Komissiyası dekabrın 31-də Siyana Vasileva haqqında qərar çıxarır və onu diskvalifikasiya edir. Lakin üstündən bir həftə keçməmiş o, Azərbaycanda ilin ən yaxşı qadın məşqçisi kimi mükafatlandırılır. Bəllidir ki, ilin ən yaxşıları nazirlik tərəfindən deyil, səsvermə əsasında seçilib. Amma bu cür ağır qərardan sonra səsvermə olsa belə, onun adı siyahıdan çıxarıla bilərdi.
Siyana Vasileva ilə bağlı ikinci diqqətçəkən məqam onun 2022-ci ildə ilin ən yaxşı qadın məşqçisi seçilməsi idi. Həmin vaxt heç bir ciddi uğuru olmayan xanım məşqçi mükafat almışdı. Bu il isə ən yaxşılar siyahısında olmasına səbəb Paris Yay Olimpiya Oyunlarında iştirakı və komandasının 5-ci yeri tutması idi. Lakin istənilən halda idmançılara qarşı yaxşı davranış uğurlardan öndə gəlir.
Xatırladaq ki, nazir müavini vəzifəsindən azad edilən Mariana Vasileva Azərbaycan gimnastika yığmasının üzvlərinə qarşı zor tətbiq etməkdə günahlandırılaraq diskvalifikasiya olunub.
GEF İntizam Komissiyası onu 8 il müddətində Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.
Həmçinin, o, bundan sonra FİG yarışlarında mübarizə apara biləcək millilərdən heç birinin baş məşqçisi ola bilməz. Bununla da M.Vasileva baş məşqçi kimi ömürlük diskvalifikasiya alıb.
2019-cu ildə FIG tərəfindən Mariana Vasilevaya verilən “Fəxri Təlimçi” diplomu geri götürüləcək.
MİA.AZ
Zelenski Makronla görüşəcək
Universitetdən Ramiz Mehdiyevin gəlini barədə açıqlama: “Nigar xanım hazırda xəstədir, işə gəlmir"
Ramiz Mehdiyevin mühafizəçisi danşdı: "Oğlu və qızı gəlib-getmirlər., evə bazarlığı da..." - "Evdə xanımı ilə qalır"
UEFA Çempionlar Liqasının oyunları bu kanaldan yayımlanacaq - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
Xaçmazda 34 yaşlı şəxs güllələnib
Daxili İşlər Nazirliyi əhaliyə çağırış edib
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Fazil Mustafa “TÜRKSOY” medalı ilə təltif olunub - FOTO
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
"Ölkədə çox az məmur, deputat, jurnalist, partiya sədri, siyasətçi, QHT rəhbəri... - Ramiz Mehdiyevlə bağlı maraqlı açıqlama
Sabah rayonlar üzrə pensiyalar ödəniləcək
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçiləri bir arada - FOTOLAR
Mövlam Şixəliyevlə eyni cinayət işi üzrə həbs olunan sabiq idarə rəisi azadlığa buraxılıb
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək - Bu həftə
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
ŞKTC-li aparıcının türkyəli diplomat haqqındakı sözü narazılıq yaratdı - "Səlahiyyətim olsaydı, səfiri qovardım"
Özgür Çelikin qarşısını kəsə bilmədilər - O, yenidən İstanbul təşkilatının sədri seçildi
"Ramiz Mehdiyev PA-dan gedəndən sonra..." - "Sabiq nazir "Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər" deyir (MÜSAHİBƏ)
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
Ramiz Mehdiyevi vəsf edən deputat - Sabiq deputat arxivi açdı
"Sədərək Yusif"in oğlu PA-da vəzifəyə necə təyin olunub?
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb: "155 sərnişin operativ şəkildə təxliyə olunub" - FOTOLAR
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
Nazirlərin, yoxsa İcra başçısının... - "Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində nə baş verir?
Prezident bu görüntüləri paylaşdı - VİDEO
Partiya sədri: "Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz"
Ramiz Mehdiyevin 5 il 2 ay əvvəlki şantajı, yaxud bəzilərinin faktları təhrif etmək çabası...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zəngilanın azad edilməsindən 5 il ötür
PARTİYA SƏDRİNİN RAMİZ MEHDİYEVƏ ELƏ MƏKTUBU ÜZƏ ÇIXDI Kİ... - Sənəd
Səfir Qüdsi Osmanov 10 il əvvəl Abbas Abbasovu və Ramiz Mehdiyevi niyə xain elan etmişdi? - ŞOK TƏFƏRRÜAT
Ziya Məmmədovun ölkədən çıxışına “stop” qoyulub
Sahibə Qafarova Ermənistan parlamentinin spikeri ilə görüşəcək
Sabah yağış yağacaq
Qeyri-Hökumət Təşkilatları Şuşada toplaşıb - FOTO
Göygöldə ər-aravdı maşın vurub
Ramiz Mehdiyevin ailə üzvləri də dindirilib? - Yeni iddia yayıldı