Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
İQTİSADİYYAT
16.01.2025, 17:59
Yanvarın 16-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, müşavirədə giriş nitqi ilə çıxış edən Kamran Əliyev müasir və müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən etibarən korrupsiya kimi neqativ tendensiyaların yolverilməzliyini bəyan etməsini və ona qarşı qətiyyətlə mübarizə aparmasını diqqətə çatdırmaqla yanaşı korrupsiyaya qarşı mübarizənin müstəsna dərəcədə vacibliyinin daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında xüsusi vurğulanmasının, habelə bu istiqamətdə hüquq münasibətlərini tənzimləyən normativ bazanın müntəzəm olaraq təkmilləşdirilməsinin mövcud siyasi iradənin göstəricisi olmaqla effektiv icraetmənin qarantı olduğunu bildirib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə sosial sahədə həyata keçirilən bir sıra islahatlar ölkə vətəndaşlarının rifahının və həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, eyni zamanda qeyd edilən sahədə korrupsiya hallarına son qoyulması ilə nəticələnib. Hazırda fəaliyyət göstərməklə bir sıra dünya ölkələrinin diqqətini üzərinə cəmləşdirmiş və dünyada Azərbaycan məhsulu kimi qəbul edilmiş “ASAN xidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyətləri bu mənada xüsusi ilə vurğulanmışdır.
Bununla yanaşı, Baş prokuror tərəfindən xüsusi vurğulanmışdır ki, qiyabi icraat və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi kimi mütərəqqi hüquqi institutların cinayət-prosessual qanunvericiliyinə əlavə edilməsi, habelə digər normativ hüquqi aktların günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi ölkədə cinayətkarlığa və onun ən təhlükəli təzahürlərindən olan korrupsiya hallarına qarşı təsirli mexanizm formalaşdırmaqdadır.
Eləcə də, prokurorluq orqanlarının da korrupsiyaya qarşı mübarizə siyasətinin subyektlərindən biri kimi onun səmərəli icrası üçün sərgilədiyi aktiv mövqeyə toxunan Kamran Əliyev qurum tərəfindən əsas fəaliyyət istiqamətlərindən əlavə milli qanunvericiliyin tətbiqi vəziyyətinin vətəndaş müraciətləri, habelə istintaq təcrübəsində müşahidə edilən tendensiyalarla əlaqəli şəkildə mütəmadi təhlil edildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, aparılmış təhlillərin nəticələrindən asılı olaraq bir çox məqamlarda prokuror təsir tədbirləri tətbiq edilmiş, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün cinayət təqibinin rəqəmsallaşdırılması, maraqlar toqquşmasının qarşısının alınması, əmlakın bərpası və digər sahələrdə normativ hüquqi akt layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim olunmuşdur.
O da diqqətə çatdırılmışdır ki, yeni dövr islahatlarının mahiyyətinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanında təsbit edilməklə 2022-ci il 3 mart tarixli digər Fərmanla Əsasnaməsi təsdiqlənmiş “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti digər dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası və optimallaşdırıcı modulların əlavə edilməsi yolu ilə təkmilləşdirilməklə müasir informasiya-kommunikasiya texnologiyalarının prokurorluq orqanlarında tətbiqi prosesi sürətlənmiş, bu göstərici isə öz növbəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən şəffaflıq və hesabatlılıq meyarlarını daha da möhkəmləndirmişdir.
Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın önəmindən, bu sahədə mövcud beynəlxalq təcrübənin Baş İdarənin əməkdaşları tərəfindən mənimsənilməsi zərurətindən bəhs edərkən qeyd etmişdir ki, digər beynəlxalq təşkilatlarla yanaşı BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti uğurla davam etdirilməkdədir. Belə ki Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində 2024-cü ilin 24-27 sentyabr tarixlərində baş tutmuş Şəbəkənin 5-ci Plenar Görüşündə həmin təşkilatın 15 üzvdən ibarət icraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov idarəçilik orqanına üzv təyin edilmiş, bundan əlavə Şəbəkənin İdarə Komitəsinin 10-cu və Plenar görüşünün 6-cı iclaslarının 2025-ci ilin 19-23 may tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınmışdır.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 10296 müraciətinə baxılmışdır.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülmüşdür.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün prokuror təsir tədbirləri qismində müxtəlif qurumlara 185 təqdimat göndərilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1049 vətəndaşın qəbul edilməsi təmin edilmişdir.
Qeyd edilən müddət ərzində Baş İdarədə 381 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir tədbirləri tətbiq edilmişdir.
Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılmış, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanmış, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılmışdır.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.* Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 131 milyon 365 min 409 manat məbləğində maddi ziyandan 50 milyon 394 min 439 manatının, o cümlədən icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 19 milyon 726 min 167 manat məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunmuşdur.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 31 milyon 930 min 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilmişdir.
Dövlət Başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev hesabat və məruzədə qeyd edilən göstəricilərə münasibət bildirməklə yanaşı vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mərkəzə daxil olan hər bir vətəndaş müraciətinə həssas yanaşılması, korrupsiya faktlarının artımı müşahidə edilən sahələrin müəyyən edilməsi məqsədilə aparılan təhlillərin davam etdirilməsi, bu cür halların qarşının alıması yönəlik önləyici tədbirlərin icrası, korrupsiyaya qarşı mübarizə sahəsində effektiv nəticələrin əldə edilməsi üçün digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyətin davam etdirilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, vurulmuş maddi ziyanların ibtidai istintaq dövründə ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqi kimi məsələlərin diqqətdə saxlanılması, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində öz tapşırıq və tövsiyələrini vermişdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR
Bugün, 22:06 İQTİSADİYYAT
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 20:36 GÜNDƏM
-
YƏMƏNDƏ MÜDAFİƏ NAZİRİNİN KARVANINA HÜCUM OLDU - Nazirin taleyi məlum deyil
Bugün, 18:56 DÜNYA
-
PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)
Bugün, 18:44 SİYASƏT
-
"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrı nazirliyin tabeliyinə verildi
Bugün, 18:11 MƏDƏNİYYƏT
-
"Əgər Bişkekdə müzakirə olunan sülh, ticarət və nəqliyyat layihələri real nəticələrə çevrilərsə..." - TƏHLİL
Bugün, 18:05 SİYASƏT
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
Bugün, 17:47 MƏDƏNİYYƏT
-
Məşğulluq Agentliyi eyni şirkətdən anbar icarəyə götürüb
Bugün, 17:22 İQTİSADİYYAT
-
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Bugün, 16:52 GÜNDƏM
-
Dustaqlara futbola baxmaq qadağan olundu
Bugün, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
Bugün, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
Bugün, 16:01 İDMAN
-
"Samsunspor"da ayrılıq olub
Bugün, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
Bugün, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
Bugün, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
Bugün, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
Bugün, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
Bugün, 14:47 DÜNYA
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
Bugün, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
Bugün, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
Bugün, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
Bugün, 13:18 SİYASƏT
-
Okan Buruk "Sportinq"lə oyuna ümidlidir: "Əlimizdən gələni edəcəyik"
Bugün, 13:10 İDMAN
-
“ROX Energy Global” ilə külək və günəş enerjisi layihələri müzakirə edilib
Bugün, 12:59 İQTİSADİYYAT
-
Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verir - FOTOLAR
Bugün, 12:55 İQTİSADİYYAT
-
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bugün, 12:41 CƏMİYYƏT
-
Trampdan 12 dövlətin bəyanatına reaksiya: "Böyük Britaniyanın liderlyi ilə İsrailə qarşı yeni sanksiyalar..."
Bugün, 12:34 DÜNYA
-
Prezident İlham Əliyev Emoməli Rəhmona məktub ünvanlayıb - MƏTN
Bugün, 12:28 GÜNDƏM
-
Sabah Bakıda yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
ALMANİYADA FAŞİST TƏFƏKKÜRLÜ PARTİYA ÖNƏ ÇIXIR - Almanlar ayağa qalxdı, "dünyanın gözü bizdədir" deyir
Bugün, 12:06 DÜNYA
-
İsraillə Britaniya arasında gərginlik böyüyür - İngilis diplomatlara 7 gün vaxt verildi
Bugün, 11:56 DÜNYA