“QARA YANVAR”ın şahidi Reza Deqati... - TARİXİ FOTOLAR
14-01-2025 [18:32]
1990-cı il 20 yanvar tarixində Sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və türk əsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində “Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.
Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 20 yanvarda bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollar ilə Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskvada baş tutacaq baleti çəkmək adı altında həmkarları ilə birlikdə Sovet vizası alaraq Moskvaya gedirlər. Moskvada “Rossiya Otel”də onunla birlikdə bir sıra xarici media nümayəndələri də var idi və onlar da Bakıdakı hadisəni eşidib nə baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər.
“Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi. Lakin Sovet hökumətinin qırğın törətdiyi zaman jurnalistləri Bakıya aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə idi.
Daha sonra Sovet hökumətinin söz verdiyi jurnalistlərin xəbəri yayıldı ki, həmin təyyarə Bakıya eniş edə bilmir bəhanəsi ilə İrəvan Hava Limanına aparılıb və bu vaxt bir neçə erməni qadın “Biz Bakıdan gəlmişik, Azərbaycanlılar bizi qırır” kimi ifadələrlə fəryad ediblər. Hava limanındakı jurnalistlər də buna inanaraq 20 Yanvarı azərbaycanlıların deyil, ermənilərin faciəsi kimi işıqlandırıblar.”
Jurnalistlərin girişi qadağan olunduğu üçün Reza Deqati, Şirin Məlikova və videoqraf dostu azərbaycanlı tanışlarının köməyi sayəsində Bakıya yola düşürlər. Qatarda gizlənərək, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətlərdən qaçınaraq 48 saatlıq yol gəlirlər. Qatarda ilk işi isə “Ya po ruski ne znayu” (Mən rusca bilmirəm) və “Ya Azerbaycanets” (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki Rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə vodka hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.
Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya Müharibəsi filmindən bir səhnəyə bənzədirdi.
“48 saatlıq yoldan sonra qatar Bakı stansiyasına daxil olduğu zaman, axşam vaxtları, komendant saatından yarım saat əvvəl, biz platforma üzərində düzülmüş, silahlı, papaqlı, uzun paltolu Sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya Müharibəsi haqqında filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib.”
Qatar Bakıya çatdığı vaxtda artıq Bakıda komendant saatına az qalmışdı və vağzalda çox sayda Sovet əsgərləri hər kəsi yoxlayırdı. Özlərini Reza Deqatinin və onun dostunun nişanlısı kimi təqdim edən, əllərində güllər ilə onları qarşılayan iki xanımın köməyi ilə yoxlanış olmadan vağzaldan çıxırlar. Xanımlardan biri daha sonra Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuş Eleonora Hüseynova idi.
Yanvarın 24-də onu aralarında YUNESKO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovun da olduğu dostları Bakıda qarşılayır və Sovet əsgərlərinin dinc nümayişçiləri güllələməkləri, Sovet tanklarının maşınların və mülki vətəndaşların üstündən keçməyi, uşaq, qadın, yaşlı demədən, silahsız insanları necə qətlə yetirdikləri barədə məlumat verirlər.
Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, Sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində saxta Azərbaycan pasportu ilə Reza Deqati öz həyatını təhlükəyə ataraq fotoaparatı ilə gizli şəkildə, xəstəxanalara, morqlara gedərək, fərqli aspektlərdən, maşının içindən, binaların pəncərələrindən gördüyü mənzərələrin fotoşəkillərini çəkmişdir.
“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə, gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik.”
“Qara Yanvar” şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbrlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hərkəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.
Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə, artıq Reza bu “qırmızı və qara”-dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza, sonradan dostlarının köməyi ilə onları əldə edir və ordan da Parisə gedir.
Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri və dostunun lentə aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr barədə danışdı, onlarla radio stansiyaları 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə, Reza Deqatinin o zaman fəaliyyət göstərdiyi Sipa Press foto agentliyi, onun çəkdiyi bu fotoları 20 mindən çox media qurumuna göndərdi. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız “Qara Yanvar” nəinki unudulmur, bütün dünya mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.
Bundan əlavə, Reza Deqatinin 20-ci əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabı "Qara Yanvar" haqqında dünya miqyasında çap olunmuş mühüm və dərin əhatəli yeganə nəşrdir.
Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26 Fevralda Xocalıda törədilən soyqırımı zamanı fotomüxbirin çəkdiyi fotolar, həmçinin, dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.
Ləman Əsədli
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı