Xırdalanda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Xırdalanda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

KRİMİNAL

14.01.2025, 18:03

Abşeron rayonu Xırdalan şəhərində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15 min manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR