TƏHSİLDƏ QRANT OYUNU... - Dosent yazır
CƏMİYYƏT
10.01.2025, 23:59
Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsilə ayrılan qrantların səmərizliyi ilə bağlı “Səmərəli menecer hər manatın qədrini bilər...” başlıqlı növbəti analitik yazısını təqdim edib.
Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:
***
Bu gün ölkədə elə bir ailə tapmaq mümkün deyil ki, təhsilin durumundan razı olsun. Vətəndaşın öz durumundan və dövlətin vətəndaşına olan qayğısından məmnunluğu təhsil sisteminin keyfiyyətindən daha çox asılıdır, nəinki digər qurumların fəaliyyətindən. Təhsil sistemində minlərlə problem və təşəbbüslər var ki, maliyyə təminatsızlığı səbəbi ilə illərlə həll edilmir.
Təhsil problemlərinin həllində mühüm alətlərdən biri də təhsilə dair layihələrə qrantların verilməsidir. Bizim təhsilin ağır durumda olması səbəblərindən biri də universitetlərə, vətəndaş cəmiyyətinə, ekspertlərin faydalı və əhəmiyyətli təşəbbüslərinə qrantların verilməməsidir. Ötən yazımızda dediyimiz kimi, təhsil siyasəti tərsinə qurulduğu kimi, deyəsən, təhsildə qrant siyasəti də tərs qurulub...
Son illər Elm və Təhsil Nazirliyi(ETN) təhsil layihələrinə qrant verməyə başlayıb. Amma verməsə idi, daha yaxşı olardı. Çünki, bu qrantların təhsilə köməyi heç hiss edilmir, əbəs yerə pullar havaya sovrulur. ETN keçən il QHT-lər üçün veridiyi təhsil qrantları da əvvəlki illərdəkindən heç nə ilə fərqlənmədi. ETN ""Gilavar Fotoqrafiya Məktəbi" təlim kursu" adlı layihəyə qrant verib. ETN bu "layihə"yə qrantlar verməklə təhsilin inkişafına nail ola bilərmi? Belə "seçim", görəsən, təhsilə olan biganəlikdən, dostlara olan hörmətdən, yoxsa selfi çəkdirməyə olan məhəbbətdən qidalanır? Belə yanaşma ilə gələn il də, yəqin, "Fotomodellərin hazırlığı kursu" layihəsinə təhsil qrantı verərlər...
Digər bir layihə belə adlanır: "Təhlükəsiz gələcək! - Şagirdlərin təhlükəsizlik hüququnun təmin edilməsi". ETN məktəblilərin təhlükəsizliyi üçün 10 ildir "Məktəblinin dostu" adlı "İnnovasion" və "aktual" meqa-layihə icra edir, hər il buna milyonlarla pul ayırır. Bu il də əlavə bir neçə milyon ayıracaq. Belə bir vəziyyətdə bu problemin həllinə mikroqrant ayırmağın mənası nədir? Onsuz da yarıtmaz təhsil siyasəti nəticəsində məktəblilər məktəbdə yox, repetitor yanında dərs alırlar, bu məsələyə "xüsusi" diqqət yetirməyin nə mənası?..
Başqa bir qrant "Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi" adlanır. 10 il "Məktəblinin dostu" kimi möhtəşəm "layihə"nin fəaliyyət göstərdiyi məktəblərdə niyə məktəbli münaqişələri olmalıdır ki? Bu "dostlar" hara baxır, nə edir ki, məktəblilər arasında münaqişələr yaranır və bu münaqişəni də ştatlı "dostlar" yox, həmyaşıdlar həll edir? Bəlkə məktəblər daha "razborşik”lər hazırlayır, xəbərimiz yoxdur? Sonra da təəccüblənirik ki, oğru dünyasına aid mahnılar təhsil müəssisələrində niyə səsləndirilir? Bəlkə daha yaxşı olar ki, "Məktəblinin dostu" layihəsinin uğursuzluğunun səbəbləri" adlı layihəyə qrant verərdiniz? Bu layihənin real icrası belə cəfəng ideyanın bizim reallığa uyğun olmadığını, müəllim-şagird münasibətlərini zədələdiyini, onun tam mənasız olduğunu üzə çıxarardı. Bu layihənin nəticəsi həm faydalı, həm də əsl mənada təhsildə rasionallaşmaya xidmət edərdi, 10 miyonlarla büdcə pulu belə mənasız işlərə israf edilməzdi, təhsilin konkret problemlərinin həllinə yönələrdi...
Növbəti "möhtəşəm" qrant "Birlikdən biliyə" adlanır. Belə qeyri müəyyən, konkret olmayan layihənin təhsilə təsir gücü nə olacaq? Belə boş layihələrə qrantlar verməkdə ETN-nin məqsədi nədir? Bəlkə təhsil qrantları müsabiqəsi dostlara ünvanlı sosial yardım proqramıdır?..
Əvvəlki illərdə də təhsil layihələrinə verilən qrantların çox hissəsi təhsilə aidiyyatı olmayan, təhsil problemlərinin real həllinə xidmət etməyən ideyasız layihələr olub. Bir neçə QHT- nin eyni müsabiqədə maksimal məbləğdə (100 min manat) eyni vaxtda 2 qrant alması kimi halların olması faktları da var.
Əvvəlki illərdə də səmərəsiz təhsil qrantlarının verilməsi mövzusunda ekspertlər tərəfindən xeyli məqalələr yazılmışdır, amma nə faydası? "Dəyirman" yenə də öz işindədir. ETN heç vaxt ictimai rəyi nəzərə almayıb, görünür şəxsi və qrup maraqları olan yerdə, milli və dövlət maraqları, ictimai rəy onlara lazım deyil.
Ölkə prezidenti İlham Əliyevin ictimai nəzarət haqqında bildirdiyi fikirlər də heç nəzərə alınmır:
“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...”
Ölkənin maliyyə resurslarının belə israfı nə deməkdir? Eyni zamanda "Universitetlərin innovativ infrastrukturunun yaradılması", "Universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsi", "Müəllimlərin distant təkmilləşdirməsi kurslarının təşkili" kimi aktual təhsil layihələri kənara atılır. Belə "seçim"lərin edilməsi, görəsən, səriştəsizlikdəndir, yoxsa ölkə təhsilinin inkişafına zərbə vurmaq niyyətindəndir? Yəqin ki, bu qrantlar da əvvəlki illərdə olduğu kimi, güzəştlə verilib? Amma sözdə səriştəsiz fəaliyyəti pərdələmək üçün gəlişi gözəl ifadələr işlətmək heç yaddan çıxmır: "Təhsildə güzəşt vətənə xəyanətdir" (E. Əmrullayev). Görünür "islahatçı" nazir imici yaratmaq üçün belə söz oyunu da lazımdır. Reallıqda isə .... 500 min manat qrant büdcəsini ədalət və səmərə ilə xərcləyə bilməyən bir qurum, 5 milyardlıq təhsil büdcəsini səmərəli xərcləyə bilərmi? Dəniz suyunun dadına baxmaq üçün dənizin suyunu tamam içməyə ehtiyac yoxdur, bu sudan 1 qurtum içmək bəsdir...
Bəlkə təhsilin bugünkü tənəzzülünün əsas səbəbini elə illərlə təhsildəki səhv maliyyə siyasətində axtaraq?.. Bu necə ola bilər ki, son illər təhsil büdcəsi 5 dəfə artıb, amma təhsil geriləyib? Belə "təhsil islahatı" hansı ölkədə olub? ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub. Belə güzəştlər təhsilə, cəmiyyətə, dövlətin təhsil və səmərəli maliyyə siyasətinə zərbədir. Xüsusən də təhsilə dair bütün qlobal reytinqlərdə daim aşağı pillələrdə olduğumuz bir zamanda belə israfçı qrant siyasətinin illərlə davam etməsi ciddi suallar doğurur. ETN bu suallara cavab versə, yaxşı olardı...
İlham Əhmədov,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Moderator.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Muxtar Babayev BMT Baş katibi postuna namizədlə bir araya gəldi - AÇIQLAMA
Bugün, 00:06 GÜNDƏM
-
“Araz-Naxçıvan” “Zirə”ni məğlub etdi
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Leyla Əliyeva Bakıda toyda - VİDEO
23.05.2026, 23:50 MƏDƏNİYYƏT
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
23.05.2026, 23:33 GÜNDƏM
-
Sabiq nazirin 700 minlik evinin hərraca çıxarılacağı tarix bəlli oldu
23.05.2026, 20:38 İQTİSADİYYAT
-
Türkiyədə bələdiyyə sədri güllələndi - Ayağından...(FOTOLAR)
23.05.2026, 20:18 KRİMİNAL
-
ADY 25 dəqiqəlik yol üçün 58 manat pulu "tutdu", ancaq bilet vermədi - "ADY "Sistem xətasıdır" deyir"
23.05.2026, 20:07 İQTİSADİYYAT
-
PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşdü - Nələr müzakirə edilib?
23.05.2026, 19:27 SİYASƏT
-
BAKI-TBİLİSİ QATARINA BİLET 125 MANATA QALXDI: "Qiymətləri belə qaldırmaq yolverilməzdir" (FOTOFAKTLAR)
23.05.2026, 19:16 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
23.05.2026, 18:05 GÜNDƏM
-
Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
23.05.2026, 16:26 GÜNDƏM
-
Milli Dram Teatrının zirzəmisini su basıb - VİDEO
23.05.2026, 16:09 MƏDƏNİYYƏT
-
Özgür Özəl deputat fraksiyasının sədri seçilib
23.05.2026, 15:46 DÜNYA
-
Sabah hava necə olacaq? - Proqnoz
23.05.2026, 15:06 CƏMİYYƏT
-
Bakı-Tiflis qatarına ilk bileti alan ADY-nin öz əməkdaşıdır? – AÇIQLAMA + VİDEO (YENİLƏNİB)
23.05.2026, 14:08 GÜNDƏM
-
Qadınlar haqqında qalmaqallı söz deyən rektorun keçmiş xanımı sualdan qaçdı
23.05.2026, 12:08 SİYASƏT
-
Rəsmi Bakı Çinə başsağlığı verdi: "Faciəvi partlayışdan dərindən kədərlənirik"
23.05.2026, 10:46 GÜNDƏM
-
DÇ-2026-da matçlar "ağıllı toplar"la oynanılacaq: "14 qramlıq sensor və..."
23.05.2026, 10:44 İDMAN
-
Kılıcdaroğlu ilə Özgür Özəl yeni qurultaya razılaşdı: "Heç bir güzəşt olmayacaq" - CHP nə vaxt toplanacaq?
23.05.2026, 10:32 SİYASƏT
-
TƏBİB-in 20 milyon manatlıq yeni sövdələşməsi - “Zeytun Pharmaceuticals” kimin şirkətidir?
23.05.2026, 10:16 İQTİSADİYYAT
-
Komitə sədri ADSEA-ya "yükləndi": "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, yeyintilərə, korrupsiyaya yol verilir"
23.05.2026, 10:05 CƏMİYYƏT
-
Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəmədə uddu - Maddi zərər ödəniləcək
23.05.2026, 10:05 CƏMİYYƏT
-
Deputatdan rektora etiraz: "Qadın niyə evdə oturmalıdır, məgər biz Ərəbistanda yaşayırıq?"
23.05.2026, 09:50 SİYASƏT
-
Sənan Əsədzadə xaricdə saxlanılıb
23.05.2026, 09:45 KRİMİNAL
-
103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı - MƏTN
23.05.2026, 00:20 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23.05.2026, 00:07 MƏDƏNİYYƏT
-
Müğənni Sıla Gençoğlu izləyicilərini təəccübləndirdi - FOTO
22.05.2026, 23:23 ŞOU-BİZNES
-
Ekologiyanın “boz kardinal”ı: Vüqar Kərimova ağır ittihamlar...
22.05.2026, 23:05 GÜNDƏM
-
Özgür Özəl İYİ partiya lideriylə bir arada: “Kılıçdaroğluna zəng etdim, telefonu bağlı idi” (VİDEO)
22.05.2026, 21:21 GÜNDƏM
-
Kim Çen In İlham Əliyevə məktub ünvanlayıb
22.05.2026, 21:12 GÜNDƏM
-
YSK məhkəmənin qərarını təsdiqlədi - Özgür Özelin "kitabı"nı bağladılar
22.05.2026, 20:53 SİYASƏT
-
Mayın 25-dək hava qeyri-sabit davam edəcək - Xəbərdarlıq
22.05.2026, 20:53 GÜNDƏM
-
Dövlət katibi: “İranla danışıqların yaxşı gedir, lakin…”
22.05.2026, 18:20 DÜNYA