İstanbulda "pat"ı istehsalçıları həbs edildi - Nazirdən açıqlama

img

10-01-2025 [11:16]


İstanbulda “NARKOKAPAN-6” əməliyyatı çərçivəsində 3 nəfər patı istehsalçısı qandallanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabından yazıb.

Nazir bildirib ki, qlobal fəlakət olan narkotiklərlə mübarizə təkcə təhlükəsizlik deyil, həm də gələcək məsələsidir.

Narkotik istehsalçıları və satıcılarına gözlərini açmağa imkan verməyəcəklərini bəyan edən naziri sözlərinə görə, İstanbulda 3 narkotik istehsalçılarına qaşrı uğurlu əməliyyat keçirilib: "Əməliyyatla 1 milyon 795 min narkotik həb (Patı) aşkarlanaraq götürülüb. Bundan əlavə, Küçükçekmece və Esenyurt rayonlarında həyata keçirilən əməliyyatda həb (patı) presləməı, 2 vakuum və digər istehsal məqsədli avadanlıqlar ələ keçirlib. Ümumilikdə 3 nəfər saxlanılıb. İstintaq davam edir."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR