SABİQ NAZİR VƏ ŞÖBƏ RƏİSİNƏ ŞƏRTİ İŞ VERİLDİ - 273 və 144 milyonluq mənimsəmə işinə görə...
KRİMİNAL
06.01.2025, 12:59
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev və muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az TNS-ə istinadla hadisənin təfərrüatını təqdim edir.
İttihama görə, hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə) maddəsi ilə ittiham olunub. M. Əsgərov vəzifədə işlədiyi dövrdə ümumilikdə 273.000.000 (iki yüz yetmiş üç milyon) manat, R. Əliyev isə 144 milyon 218 min 722 manat məbləğində vəsaiti mənimsəmə yolu ilə talamaqda ittiham edilib.
“Xidmətimə görə aylıq “paket” alırdım”
Prosesdə ifadə verən təqsirləndirilən şəxs Mənsur Əsgərov bildirib ki, o, vəzifədə işlədiyi dövrdə heç bir məbləğ mənimsəməyib, sadəcə vəzifədə olduğu dövrlərdə yuxarı rəhbərlik tərəfindən ona “paket” verilib. Bildirib ki, işlədiyi dövrlərdə aşağı vəzifədə olarkən ayda 400-500, şöbə rəisi işlədiyi dövrdə isə aylıq 3 min manat “paket” alıb: “Yığdığım məbləğin hamısını rəhbərliyə hesabatla təqdim etmişəm. İstintaq zamanı iddia edilən 132 milyon manatın 1 manatını da mənimsəməyim mümkün deyil. Mənim təqdim etdiyim hesabatları Dövlət Gömrük Komitəsinin sədri sistemdə izləyirdi. Mən hesabatı təhvil verəndən sonra komitə sədri həmin hesabatı sistemdə yoxlayıb qəbul edirdi. Belə bir vəziyyətdə bir manat da mənimsəmək mümükün deyildi. Pulların kimə təqdim edildiyini, kim tərəfindən mənimsənildiyini bilmirəm, çünki həmin proseslərdə iştirak etməmişəm. Günahım odur ki, qanunsuz rüsumların yığılmasında iştirak etmişəm və buna görə də peşimanam. Həmin iştiraka görə də “paket” almışam”.
“Gömrükdə qeyri-rəsmi pul yığma proqramı yaradılmışdı”
Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs, sabiq maliyyə naziri Rəfael Əliyev isə bildirib ki, 2009-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında müxtəlif yüksək vəzifələrdə işləyib: “Gömrük idarələrində qeyri-rəsmi sahə yük və sərnişin istiqaməti olmaqla iki hissədən ibarət idi. 2009-2010-cu illərdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Statistika şöbəsi tərəfindən hazırlanmış və qismən fəaliyyət göstərməyə başlayan qeyri-rəsmi “TİR” və “GRP” proqramları yaradıldı. Proqramist kimi işə qəbul edilən Emin Eylazov 2009-2010-cu illərdə bu rəsmi olmayan proqramların üzərində işləyərək yerlərdə tədris olunmasına çalışıb, 2011-2012- ci illər ərzində rüsumlar tədricən həmin proqramlarda qeydiyyata alınıb, 2016-cı ildə proqramlar tam təkmilləşdirildikdən sonra rüsumların bu proqramlara işlənməsinə Mobil və Qaçaqmalçılıq şöbələri nəzarət edib. “TİR” və “GRP” proqramları tam rəsmi formatda qurulub. Yük və Sərnişin şöbələrinin inspektorları rəsmi “VAİS” proqramına da daxil olan şəxsi kartları vasitəsilə qeyri-rəsmi yaradılmış “TİR” və “GRP” proqramlarına daxil olub məlumatı işləyiblər. Proqramda rüsumu alan gömrük inspektorunun adı, soyadı, vəzifəsi, hansı saatda, hansı tarixdə aldığı və malın adı qeyd olunurdu, sistemdən çıxan qəbzlər inspektor tərəfindən möhürlənirdi, idxalçı yaxud ixracçı həmin qəbz əsasında ödənişini edirdi. Həmin proqramlara sərhəd gömrük idarələrində inspektorlar və şöbə rəislərinin giriş icazəsi var idi, komitədə proqrama giriş, yaxud müdaxilə mümkün deyildi, yalnız toplanan vəsaitin miqdarına baxmaq mümkün idi. Sərnişin və Yük şöbələrindən inspektorlar tərəfindən toplanan ödənişlər günün sonunda aidiyyatı üzrə Yük şöbəsinin rəisinə və ya Sərnişin şöbəsinin rəisinə təhvil verilirdi. Ümumilikdə postlara təhkim olunmuş inspektorlar tərəfindən toplanan rüsumlar günün sonunda idarənin şöbə rəislərinə, şöbə rəisləri ay sonunda idarə rəislərinə, idarə rəisləri isə həmin vəsaiti komitənin sabiq sədri Asəf Məmmədova təhvil verirdi.
Komitə sədrinin göstərişi ilə toplanan vəsaitin sistem üzrə hesabatlarla təhvil verilməsi, eləcə də dəfələrlə aparılan üzləşmələr vəsaitdən 1 manatın belə mənilsənilməsini mümkünsüz edir, alınan bütün rüsumlar komitə sədrinə təhvil verilirdi.
“10 faizlərə görə yığılan üç milyon yüz iyirmi min manatı Seymur Talıbova vermişəm”
Rəfail Əliyev bildirib ki, 19 avqust 2020-ci ildə maliyyə naziri təyin olunub, ondan əvvəlki dövrdə “Melorasiya və Su Təsərrüfatı” ASC-də ehtiyat hissələrinə şişirdilmiş qiymətlər qeyd olunduğunu görüb Seymur Talıbova (Seymur Talıbov Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun kiçik oğludur - red) məlumat verib: "Bu zaman razılıq alınaraq şişirdilmiş qiymətlərin qeyd olunduğunu öyrəndim. Maliyyə naziri işlədiyim dövrdə aldığım göstərişə əsasən ehtiyat hissələrinin yalnız müəyyən olunmuş fiziki şəxslər tərəfindən satılacağı, həmin fiziki şəxslərin hər ayın sonunda satılan mallara görə köçürülmüş vəsaitin 10 faizini nağd formada təqdim edəcəkləri barədə göstəriş verdim. 10 faizlərin yığılması məndən əvvəlki dövrlərdən mövcud idi. Fiziki şəxslərin heç birini xidməti otağımda qəbul etməmişəm, onlar 10 faizləri Naxçıvan MR Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdirinə təhvil verirdi, lakin ödənilən hər bir manatdan məlumatım var idi. 10 faizlərin alınmasına görə ortalama 3.120.000 (üç milyon yüz iyirmi min) manat məbləğində pul yığılmışdı. Həmin məbləği hesabatla birlikdə şəxsən Seymur Talıbova təqdim etmişəm.
Maliyyə naziri kimi fəaliyyət göstərdiyim dövrdə 2300 manat maaş, 15000 manat paket almışam, paket ay sonunda Seymur Talıbovun sürücüsü vasitəsilə mənə verilirdi. Fəaliyyətim dövründə mənilsənilən ortalama məbləğ 141.000.000 manat müəyyən edilib. Lakin bu vəsaitin 1 manatı belə mənə çatmayıb, ümumiyyətlə qurulan sistemə və edilən nəzarətə görə mənim tərəfimdən mənilsənilmə faktı mümkün olmayıb”.
Prosesdə şahid və zərərçəkmiş ifadələrindən sonra məhkəmə istintaqı başa çatıb və təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə R. Əliyev və M. Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hökmə görə, hər iki şəxsə təyin edilmiş 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
Bugün, 13:08 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:47 CƏMİYYƏT
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzalandı - Prezidentin iştirakıyla + FOTOLAR
Bugün, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
Bugün, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
Bugün, 10:45 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR
Bugün, 10:00 GÜNDƏM
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
Bugün, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
Bugün, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
Bugün, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
25.09.2026, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
25.09.2026, 21:20 İQTİSADİYYAT
-
NATO həyəcan siqnalı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)
25.09.2026, 21:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir: qudalar, ər-arvadlar və... - DETALLAR BƏLLİ OLDU (YENİLƏNİB)
25.09.2026, 19:56 GÜNDƏM
-
Prezident: "Hərbçilərin həlak olması xəbəri bizi son dərəcə sarsıtdı"
25.09.2026, 18:19 GÜNDƏM
-
PA-nın vəzifəli şəxslərinin oktyabr ayı üzrə - QƏBUL GÜNLƏRİ
25.09.2026, 18:10 GÜNDƏM
-
Nazir, Komitə sədri.. - Onların gələn ay üzrə qəbul günləri açıqlandı + CƏDVƏL
25.09.2026, 18:00 GÜNDƏM
-
Əli Əsədov büdcə ilə bağlı qərar imzalayıb
25.09.2026, 17:51 İQTİSADİYYAT
-
Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi
25.09.2026, 17:35 GÜNDƏM
-
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib
25.09.2026, 17:30 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir (Yenilənib)
25.09.2026, 17:21 CƏMİYYƏT
-
Burak Yılmaz Super Liqaya geri döndü
25.09.2026, 17:08 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
25.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev
25.09.2026, 16:53 İQTİSADİYYAT
-
Zaur Hacıyev istefaya göndərildi
25.09.2026, 16:42 İDMAN
-
"Kristal”ın vergi borcu yaranıb
25.09.2026, 16:23 İQTİSADİYYAT
-
İngiltərədə it-pişik saxlayanlara xəbərdarlıq olundu - Gənə təhlükəsi
25.09.2026, 16:04 DÜNYA
-
Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verildi
25.09.2026, 15:47 PRESS
-
RƏİS MÜAVİNİNƏ GENERAL RÜTBƏSİ VERİLDİ - O, kimdir?
25.09.2026, 15:36 SİYASƏT
-
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
25.09.2026, 15:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb
25.09.2026, 15:29 GÜNDƏM
-
Qab-qazan, boşqab, bıçaq və “Siqaret çəkmək qadağandır” nişanı - Əmrullayev dövlətin 7 milyon manatını bunlara xərcləyəcək
25.09.2026, 15:14 İQTİSADİYYAT
-
VƏZİFƏDƏN AZAD OLUNAN İCRA BAŞÇISI TƏHSİL NAZİRİ TƏYİN EDİLDİ
25.09.2026, 15:05 GÜNDƏM