Almaniyaya sığınmış Emin Milli 12 il sonra geri döndü, Şuşaya getdi: "Bu hissləri təsvir etmək çox çətindir" - FOTOLAR

img

02-01-2025 [14:52]


"Meydan TV"nin keçmiş rəhbəri, 12 il əvvəl  Almaniyaya sığınan Emin Milli bu günlərdə Azərbaycana dönüb.

Mia.az xəbər verir ki, bu barədə onun özü Feysbuk-dakı səhifəsində ard-arda paylaşımlar edib: “12 il sonra Vətənə döndüm. Bu hissləri təsvir etmək çox çətindir. 2025-ci ildə bütün arzularımızın gerçəkləşməsini arzulayıram”.

O, daha sonra Şuşadan fotosunu yayaraq yazıb: “2025-ci ilin ilk gününü Şuşada qeyd etmək məni çox sevindirir. Ümid edirəm ki, bu il bütün dünyada sülh ili olacaq”.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR