Əkrəm Əylisli istefa ərizəsindən danışdı, yazıçı Anarı "topa tutdu": "O, hər şeyi yalan danışır, gördü ki, məni öldürə bilmədi, buna görə..."
02-01-2025 [11:46]
Yazıçı Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin (Anar) onu yalançı adlandırmasına, “Tənha çinarın nağılı” əsərinin uydurma olması barədə fikirlərinə münasibət bildirib.
Mia.az-ın məlumatına əsasən, Əylisli Pravda.az-a açıqlamasında deyib ki, Anarın özü təpədən-dırnağa yalandır:
“Onun hansı cümlənin sonunda nə deyəcəyini, hansı suala nə cavab verəcəyini əvvəldən bilirəm. Anar heç nəyə cavab vermir, yalnız cavabdan yayındırır. Adamların diqqətini yayındırır ki, guya haqq bunun tərəfindədir. Bu adam Azərbaycan ədəbiyyatında elə bir vəziyyət yaradıb ki, onlarla istedadlı adamın məhvinə səbəb olub. Bunu bilərəkdən, ya bilməyərəkdən edib, deyə bilmərəm, amma faktdır. Onun bu cəhətindən xoşum gəlmir. Biz əvvəllər ədəbiyyata bir yerdə xidmət etmişik. Mən “Azərbaycan”, o isə “Qobustan” jurnalında olub. Keçmiş Azərbaycan Yazıçılar İttifaqında (indiki AYB-red) vəzifəni əlinə keçirəndən sonra elə sifətlər göstərdi ki, mənim üçün hədsiz dərəcədə gözlənilməz idi”.
Anarın “APA”ya müsahibəsində Ə.Əylisinin Yazıçılar Birliyindən istefa ilə əlaqədar yazdığı ərizənin fərqli təqdim edildiyini bildirməsi də cavabsız qalmayıb: “İstefa ərizəmi başqa cür yazmışamsa, Anarda nüsxəsi qalırsa, göstəsin ki, nə yazmışam. “Ərizə məndə qalır” deməklə olmur, elə sözlər yazmamışamsa, ortaya çıxarsın, hansı məzmunda yazdığımı desin. Kədərli, ağır sözdür, amma bu yaşda bir-birimizə belə şeylər deməyə məcbur oluruq. Bu adam Azərbaycan ədəbiyyatında müsbət rol oynamayıb. AYB-ni ələ keçirib və ədəbiyyatda konservativ, çox çirkin bir mühit yaradıb. Mən də bunu belə görmüşəm, belə demişəm. Ayrı cür görsəydim, qəsdən belə desəydim... Bilmirəm, “Tənha çinarın nağılı”nda başqa nəyi yalan demişəm? Heç nəyi yalan deməmişəm”.
O, Yazıçılar İttifaqının katibi vəzifəsi ilə bağlı təklifi geri çevirdiyi vaxt Anarın kövrəldiyini də inkar etməsinə münasibət bildirib: “And olsun bizi yaradana, o adamın gözləri yaşardı. Məni də təəccübləndirən elə bu oldu. O, hər şeyi kefi istəyən vaxt, istədiyi kimi yalan danışır. Məsələ burasındadır, elementar həqiqətləri, təəssüf ki, bizim dövrdə heç kim demək istəmir. Mən elə də böyük həqiqətləri deməmişəm, Yazıçılar Birliyində yaranmış vəziyyət barədə çox elementar, sadə həqiqətləri demişəm. Əgər bu adam həmin həqiqətləri qəbul etmirsə... Məlum məsələdir ki, qəbul etmir. Fakt budur ki, bu vəzifəyə Anarı şəxsən o vaxtkı Mərkəzi Komitənin birinci katibi Bağırov qoydu, o da yapışdı İttifaqdan, əl çəkmədi. Yanındakı Çingiz Abdullayevi də Yazıçılar İttifaqına Mütəllibov göndərmişdi. İndi, bəlkə, bunu da danar ki, mən etiraz etdim, birbaşa yuxarıdan adamı katib göndərmirlər... Heç İttifaqın üzvü deyildi, o vaxtdan Mütəllibovun göndərdiyi kadrdır, oturub... Anarın İttifaqda yaratdığı yenilik nədən ibarətdir?
Anar İttifaqda heç nə etməyib. Əksinə, elə bir mühit yaradıb ki, yeni talantlar yetişməsin. Məncə, Anar özünü talantı bitmiş adam hesab edir.
Onun istedadı bitib. Bilirsiniz nə vaxt? “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazanda. Azərbaycanda sevimli əsərdir, halbuki çox bayağı, naqis, çürük, mənasız yazıdır. Bununla camaatın zövqünü korlamağı lazım bilirsə, qoy bundan sonra da nə qədər istəyir, korlasın. Mənim üçün şərtdir ki, bütün sənət növləri insanların zövqünü, ruhunu saflaşdırsın, şüurunu aydınlatsın. Anar əksini edirsə, mən də bunu belə görürəmsə, niyə deməməliyəm?”
Ə.Əylisli “Daş yuxular” əsərinə görə tənqid olunduğu vaxt Anarın onun haqqında müsbət yazı dərc etməsi barədə açıqlamasını da qəbul etməyib: “Bu da bir nağıldır. “Daş yuxular” yeni hay-küyə düşəndə, insanlar əsərin əleyhinə qalxanda Anar həmin dövrdə bir bəyanat yaydı. Azərbaycan Yazıçılar Birliyinin katibi adından yazılmış bəyanat! O bəyanatı oxuyan hər kəs - kor da olsa, görər ki, bu adam illər boyu içində mənə qarşı nə qədər kin-küdurət yığıb. Gördü ki, məni öldürə bilmədi, buna görə də “Azərbaycan” jurnalında məqalə dərc etdi. Öldürmək istədi, ya öldürdü - bunun mənim üçün fərqi yoxdur. Mənim üçün “öldürmək istədi” elə öldürmək deməkdir. O bəyənatda deyilənlər 1937-ci il hadisələrində Məmməd Rahimin Müşfiq haqqında yazdığı böhtanlardan da artıqdır. Anar da həmin böhtanları mənə qarşı yazıb. Zaman dəyişməli, yeni mərhələli mövsüm, mənəvi həyat yaranmalı idi. O yaranmadı deyə Anar kimilər hakimiyyəti yenidən əllərində saxladılar köhnəni, atalarının həyatının məzmununu yaşatmaq üçün. “Lenin” poemasının müəllifi (Rəsul Rza – red.) Azərbaycanın uşaq ədəbiyyatında böyük fiqurlardan biri hesab olunur. Belə olmamalı idi. Çox danışmaq istəmirəm.
Fakt budur ki, Anar nə yazırsa, yalan, saxta yazır. Bu adam təpəsindən dırnağına qədər saxtadır! Elə bilir ki, yazılarını tənqid etməklə ədalətsizlik etmişəm. “Beş mərtəbəli evin altıncı mrətəbəsi”ni o vaxt Rusiyada heç bir nəşriyyat götürmədi. Azərbaycan ədəbiyyatına kömək etməyə çalışan “Molodaya qvardiya” nəşriyyatının ədəbiyyat şöbəsinin müdiri mənə bildirdi ki, “Anara deyə bilərsənmi, bundan sonra yazmasın, bizə “bulvar” əsər göndərib”. Mən sonradan bildim ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni deyirmiş. “Bulvar” əsərlər yazıb, millətin zövqünü korlayan, guya böyük işlər gördüyünü bəyan edən adamları heç vaxt qəbul etməmişəm, etməyəcəyəm.
O, “Tənha çinarın nağılı”nı oxuyanda xəcalət çəkməli idi ki, Yazıçılar İttifaqının üzvləri ətrafında o qədər düşük söhbətlər gedib. Biz dünyada yaşayırıq, təkcə Azərbaycanda yox. Belə bir psixoloji vəziyyət yaranıb - bir qrup adam hökumətin rəğbətindən o qədər arxayınlaşıb ki, elə bilirlər, hər şey, hətta gələcək də - ədəbiyyatın, millətin gələcəyi bunların əlindədir. Buna görə də belə hökmlə danışırlar. Anarı Mərkəzi Komitənin birinci katibi vəzifəyə qoyub, az qaldı sübut etsin ki, guya bunu millət seçib. Millət ölürdü ki, Anar Yazıçılar İttifaqının sədri olsun...
MİA.AZ
Bütün bunlar mənim gözümün qabağında olub axı. Onun yeni yaratdıqlarının hamısı öz vəzifələrini saxlamağa xidmət edir ki, vəzifədə çox otursunlar. Bunları görüb, İttifaqdan tüpürüb getmişəm. Mən Anara nə etmişəm? Deyir ki, “mənə xəyanət etdi”. Bilir ki, millətin zəif damarı hansıdır. Tez-tez “xəyanət” sözünü deyir. Mən də cavabını verəcəyəm. Hələ ki nəfəsim gəlir, bu cür alçaq şeylərə təslim olan deyiləm...”
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...