Alternativ tibbin tələləri: Dərmandan qaçıb tələyə düşmək və ya xərçəng yayan "Bayer" qalmaqalı
20-12-2024 [10:49]
Kənd təsərrüfatı məhsullarında istifadə edilən GLİSOFAT maddəsi ilə bağlı qalmaqallar dünya gündəmindən düşmür.
Mia.az xəbər verir ki, bu zəhərli maddənin istifadəsi nəticəsində xərçəngə yoluxmuş çox sayda insan Almaniyanın "Bayer" şirkətinə qarşı təzminat davası açıb.Hazırda şirkətə qarşı açılmış 30 minə yaxın məhkəmə işi davam edir.
Ötən illərdə "Bayer", məhkəmələri uduzaraq təxminən 96 min iddiaçı ilə razılaşmaya gedib və ümumi 11,6 milyard avro təzminat ödəyib.
Pestisid istehsalı qlobal səviyyədə milyardlarla dollarlıq bazar yaradıb. "Bayer", "Syngenta", "BASF" və "Corteva" şirkətləri birlikdə bu sektorun nəhəngləri hesab olunur. 2020-ci ildə təkcə pestisid istehsalından əldə edilən gəlir 30,9 milyard avronu keçib. Qlobal pestisid bazarının isə 2023-cü ilin məlumatlarına əsasən, 130 milyard dollarlıq dövriyyəyə çatdığı bildirilir.
Azərbaycan bazarında da bu şirkətlərin təsiri az deyil .Bu şirkətlərin Azərbaycandakı bazar payı, həmçinin, qlobal miqyasda istifadə olunan zəhərli maddələr barədə narahatlıqlar doğurur. Türkiyədə də Pestisid satışından əldə edilən gəlirin 68 milyon dollar olduğu bildirilir. Ən narahatedici məqam isə bu məbləğin 16%-nin sağlamlıq və ekosistem üçün ciddi ziyanlı olan pestisidlərdən gəlməsidir.
Maraqlıdır ki, sağlamlıq problemlərindən qaçmaq üçün pestisidlərdən uzaq durmağa çalışanlar, alternativ həll yolları ilə yenidən bu şirkətlərin təsiri altına düşürlər. Xüsusilə qida əlavələri adı altında təklif edilən məhsulların xammaddəsini istehsal edən şirkətlər arasında "Bayer" və digər petro-kimya nəhəngləri də var.
"Funksional Tibb" kimi yeni axınlar dərman istifadəsinə qarşı çıxaraq qida əlavələrini önə çəkir. Amma bu əlavələr məhz eyni şirkətlərin istehsalıdır. Beləliklə, sağlamlıq problemlərindən qaçmaq istəyənlər yenə həmin şirkətlərin gəlir mənbəyinə çevrilirlər.
Davam edən hüquqi və etik suallar
"Bayer" kimi nəhənglərin həm kənd təsərrüfatı, həm də tibbi məhsul bazarında hökmranlıq etməsi bir sıra suallar doğurur: Bu qədər geniş təsir dairəsinə malik şirkətlər ekosistem və insan sağlamlığı üçün nə qədər təhlükəsizdir? Zəhərli pestisidlərin istehsalçısı, eyni zamanda xəstələr üçün dərman hazırlayan bir şirkətə etibar etmək mümkündürmü?
Dünya bir daha bu kimi şirkətlərin fəaliyyətinə diqqət yetirməli və qanunvericilikdə ciddi dəyişikliklər etməlidir. Təbiəti və insan sağlamlığını qorumaq üçün həm fərdi, həm də qlobal miqyasda tədbirlərə ehtiyac var.
Əzizə Hakverdi
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib