"Azergold”da rəhbərliyin fantastik maaşları: sədr və müavinlər hər ay 49,6 min dollar əmək haqqı alır

img

14-12-2024 [12:10]


”AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub.

Mia.az Valyuta.az-a istinadla xəbər verir ki, 2023-cü ildə dövlət şirkəti sədr və sədr müavinlərinə ümumilikdə 2,2 milyon dollar ödəniş edib.

Bu ödənişlərin 258 min dolları əmək haqları, 413 min dolları sosial sığorta ödəmələri, 1 milyon 530 min dolları isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda "Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 1 milyon 788 min dollar təşkil edib.

ZAKİR İBRAHİMOV

"Azergold”un sədri Zakir İbrahimov, müavinləri - Xəyyam Fərzəliyev və İlqar Cəlilovdur. Yəni, rəhbər heyət 3 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, orta hesabla Zakir İbrahimov və müavinlərinin bir illik gəliri 596 min dollar, aylıq gəliri isə 49,6 min dollardır.

2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 905 min dollar və 75,4 min dollar təşkil edib.

Qeyd edək ki, Zakir İbrahimov İqtisadiyyat naziri Mikayıl Cabbarovun qohumudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA