RUSİYA, yoxsa QƏRB: "Biz niyə axı mütləq kiməsə qulluq etməliyik?"
13-12-2024 [11:38]
Elbəyi HƏSƏNLİ
***
Azərbaycanda əhalinin önəmli bir hissəsi hələ də elə fikirləşir ki, ABŞ mələkdir, Rusiya isə şeytandır. Avropanın da tayı-bərabəri yoxdur...
Belələrindən soruşuram: Necə oldu ki, mələk Amerika Azərbaycan torpaqları işğal olan bir dönəmdə - Elçibəy kimi demokratın prezident olduğu bir zamanda ölkəmizə qarşı 907-ci düzəlişi qəbul etdi? Yəni Amerikanın demokratik dediyimiz siyasi elitası erməni lobbisinin pulunu aldı və Azərbaycana qarşı belə bir həyasızlıq etdi. Demokratik ölkə belə qələt edə bilərmi? Təbii ki, yox. Bəs niyə etdi? Çünki Amerika hər şeydən öncə bir imperialist ölkədir. Xristian erməniləri qoyub, müsəlman, üstəlik də türk olan Azərbaycanı müdafiə etməz...
Özü də bu, 90-cı illərin söhbəti deyil. “Vilson Ermənistanı” ifadəsi sizə heç bir şey demirmi? Antanta dövlətləri ilə Osmanlı imperiyasının arasındakı savaşdan necə, xəbəriniz varmı? Qərb dediyiniz imperiya tikə-parça etdiyi Osmanlının böyük bir hissəsində də erməni dövləti yaratmaq arzusunda idi...
Amerikanın ermənilərə münasibətini əks etdirən bir faktı deyim. ABŞ SSRİ-nin bütün böyük şərhərlərinə atom bombası atmaq planı işləyib hazırlayıb. Söhbət II Dünya Müharibəsindən az sonranı əhatə edir. Biz tərəflərdən Tiflisin və Bakının adı siyahıdadır, hətta Qroznı da siyahıdadır. İrəvan isə yoxdur...
Uzağa niyə gedirik? Hal-hazırda Qərb Türkiyəni parçalamaq üçün PKK kartından yararlanmırmı? Suriyada PKK ilə müttəfiq deyilmi? Deməli, Qərb Türkiyəni parçalamaq üçün min oyundan çıxacaq, sən də Türkiyənin başını kəsmək istəyən cəlladlara əl çalacaqsan? Yəni sən bu qədərmi maqurtlaşmısan, milli yaddaşını itirmisən. Özü də təkcə Amerika deyil ki, Avropa İttifaqı da deyir ki, iti görüm, qurdu görüm, ancaq Yer üzündə Türkiyəni görməyim...
Doğrudanmı siz düşünürsüz ki, Türkiyəyə düşmən olan Qərb Azərbaycanla dost olacaq? Sadəlövhlüyün də bir sərhədi olmalıdır axı...
Dünənə kimi Qərbin əlində oyuncaq olan Türkiyə Qarabağın ermənilər tərəfindən işğalına faktiki olaraq göz yumdu. Sizin bəyənmədiyiniz Tayyib Ərdoğan Qərbin çaldığı ilə oturub dursaydı Azərbaycan işğal altındakı torpaqlarını geri ala bilərdimi? Birmənalı olaraq “yox” deməliyik. Heç bunu ağlının ucundan da keçirməzdi...
Kamal Kılıçdaroğlu son prezident seçkisində qalib gəlsə idi, sən Xankəndində at oyanadardınmı? Erməni separatçılarını Qarabağdan qovmağa necə, gücün çatardımı? Çatmazdı. Çünki Kamal Kılıçdaroğlu da Nikol Paşinyan kimi Qərbin əlində oyuncaq olan siyasətçilərdən biridir. O da Amerikanın cızdığı dairədə fırlanacaqdı və Azərbaycanla Türkiyənin münasibətləri ciddi şəkildə geri gedəcəkdi...
Axı niyə belə primitiv şeyləri bilməyən adamlar siyasətlə məşğul olur? Burası mənə bəlli deyil...
Keçirəm Rusiyaya. Rusiya Azərbaycan torpaqları hesabına Ermənistan adlı süni bir dövlət yaradıb. Bu azmış kimi məqsədli şəkildə Zəngəzuru Azərbaycandan qopararaq Ermənistana verib ki, Türkiyə gələcəkdə Azərbaycan üzərindən Türkistana çıxa bilməsin. Yəni Türk Dünyasının birləşməsinin qarşısını alıb, Turan düşüncəsinin qapısına kilid vurub...
Hə, Qərb Rusiyaya nisbətdə daha mütərəqqidir, elmə, təhsilə, demokratik dəyərlərə, proqressiv dövlət idarəçiliyinə daha çox üstünlük verir. Ancaq bütün bunlar Qərbin imperialist mahiyyətin dəyişmir. Amerika Türkiyədə neçə dəfə dövlət çevrilişi edib? Siz bunları oxumamısız?
Biz başa düşməliyik ki, Türk Dünyası ilə Rusiya, İran, Çin, Hindistan, Avropa İttifaqı, Böyük Britaniya, ABŞ... kimi ölkələrin maraqları antaqonist xarakter daşıyır. Təbii ki, bu tərəflərin heç biri dünya siyasi düzənində özünə rəqib olan yeni bir gücün ortaya çıxmasını istəmir. Ancaq biz türklər hökmən ortaya çıxmalıyıq. Çıxa bilməsək imperialist ölkələr bizi didib-parçalamağa çalışacaqlar. Türklər yalnız əl-ələ verərək, birləşərək, bütövləşərək əzəmətli bir dövlət-Turan qura bilərlər.
Mən nə Qərbə, nə də Amerikaya xüsusi nifrəti olan birisi deyiləm. Əksinə, Qərb sivilizasiyasına ehtiramım var. Ancaq biz başa düşməliyik ki, Amerika bizim ölkə deyil, Qərbdəki ölkələrin də öz sahibi var. Biz Qərbdə mövcud olan ölkələrdən daha üstün bir ölkə yaratmalıyıq. Əminəm ki, bu, mümkündür...
Amerikanın da, Rusiyanın da öz maraqları var. Biz niyə axı mütləq kiməsə qulluq etməliyik? Bizim dədə-babamız hansısa dövlətin məsləhəti ilə oturub-dursa idi 15 imperiya, 150-yə yaxın dövlət qura bilərdimi? Biz özümüz olmalıyıq, özgələrə də yerini göstərməliyik. Bizim başımıza yabançının çəkdiyi sığal əslində qapaz kimi bir şeydir. Bizə belə şeylər gərəkməz ki...
P.S. Yazı müəllifin Feysbuk hesabından götürülüb.
MİA.AZ
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün yardım istədim"
YPG 4 günlük atəşkəs anlaşmasını pozdu - Suriya əsgəri həlak olublar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslərin dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz