Prorektor saxlanılıb - Rüşvətlə

img

10-12-2024 [12:51]


Türkiyədə TÜİK (Türkiyə Statistika Təşkilatı) prezidenti Erhan Çetinkayanın prorektor qardaşı Professor Cihan Çetinkaya həbs olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cihan Çetinkaya prokurorun adından istifadə edərək həbsdə olan bir nəfərin azad olunması vədini verərək, 3 milyon lirə aldığı yerdə qandallanıb.

Məlumada deyilir ki, Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin (ATÜ) prorektoru olan Cihan Çetinkaya ittihamla razılaşmayıb. O, həmin pulu ona borclu şəxsin verdiyini iddia edib.

Həbs xəbəri yaılan kimi o, prorektor vəzifəsindən çıxaırlıb.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA