Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi - 23 milyon dollar + FOTOLAR
09-12-2024 [14:05]
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub.
Mia.az-ın məlumatına görə, Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit, həmçinin kiçik və orta bizneslərə təlim-seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və texniki dəstəyin göstərilməsi üçün qrant dəstəyi cəlb edilib.
Bu, 2024-cü il ərzində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ölkəmizə cəlb edilən ikinci iri həcmli xarici investisiyadır. Maliyyə dəstəyi, FMO ilə Araz Supermarketlər Şəbəkəsi arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə reallaşdırılan bu layihə FMO-nun ölkəmizdə dəstək verdiyi ilk aqrobiznes layihəsi olmaqla, Azərbaycanın pərakəndə satış və aqrobiznes sektorlarının inkişafına mühüm töhfə verəcək.
Layihənin əsas məqsədi yeni logistika anbar kompleksinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, yeni mağazaların açılması ilə daha geniş müştəri bazasına yüksək nümunəvi xidmətin göstərilməsi və onları keyfiyyətli məhsullarla təmin edilməsindən ibarətdir.
Layihənin həyata keçirilməsi nəticəsində, ölkəmizdə pərakəndə ticarət və aqrobiznes sahələrində yeniliklər tətbiq ediləcək, regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq. Eləcə də, Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik və orta fermerlərin məhsullarına bazar çıxışı imkanlarını genişləndirəcək, qadınların işlə təminatı artırılacaq. Eyni zamanda, bu təşəbbüs regionlarda iqtisadi aktivliyin artırılmasına və kənd təsərrüfatı sektorunun inkişafına dəstək olacaq.
Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.


"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
Suriyada yenidən döyüş başlayıb - Kürd silahlılarının snayperçiləri dronlarla zərərsizləşdirilir
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq
İTV rəhbəri Federasiya prezidenti seçildi
Cəbrayılda növbəti köç olub
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq - Aidə Hüseyn kimdir?
Müdafiə Nazirliyində əməliyyat: Arxiv rəisi həbs olundu
Yevlaxdakı yanğında şəhid anası ölüb, bacı-qardaşı isə xəsarət alıblar - (Yenilənib)
Daha bir qanun sərtləşdirilir
Bu qanunu pozanlar cərimələnəcək - Yeni qanun hazırlanıb
Türkiyədə klub prezidenti, məşqçi, hakim və futbolçular saxlanılıb - Açıqlama + FOTO
Caner Erkinə beş oyunluq cəza verilib
Nazir Məşğulluq Filialının müdirini vəzifədən çıxardı
2025-ci ilin dekabr ayı: güc günləri, sözlər və...
Türkiyədə qəza: 14 şagird xəsarət alıb
Türkiyənin 33 şəhərində əməliyyat: 233 İŞİD üzvü saxlanılıb
Rövşən Nəcəf DÇ-2026-nn püşkatma mərasiminə qatılacaq
"Qobu Park-1"də güclü yanğın: 4 nəfər ölüb, zəhərlənənlər var - Açıqlamalar (YENİLƏNİB)
Azərbaycan nefti cüzi ucuzlaşdı
Prezident İlham Əliyev III beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
Vəkil Elçin Əhmədova məhkəmədə hücum olub - Xəsarət var
Ərdoğan idmançıları qəbul edib: "Biizim nəzərimizdə..." - FOTO
Türkiyə kuboku: "Alanyaspor" rəqibi darmadağın elədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Putin Dehlidə belə qarşılandı - FOTOLAR
"Avroviziya"da qalmaqal: İsrailin iştirakı təsdiqləndi - 4 ölkə müsabiqəni boykot etdi
Rusiyada "Snapchat"a giriş də bloklanıb
Mifik təfəkkürdən süni intillekt erasına qət edilən böyük yol... - Nigar Haqverdiyeva yazır
Ceyhun Bayramov Vyanada - Kaya Kallasla görüş olub (Yenilənb)
Güzəştli mənzillərin seçimi: kiberhücum cəhdinin qarşısı alınıb
Qəzzada "çete lideri" ödürüldü - Əşirətlərlə döyüşdə
Türkiyə kuboku: "Qaziantep FK" növbəti mərhələyə yüksəldi