Ərdoğan idmançıları qəbul edib: "Biizim nəzərimizdə..." - FOTO

img

05-12-2025 [00:15]


"Bizim nəzərimizdə bütün idmançılarımız dəyərlidir. Qalib gəlsələr də, gəlməsələr də, biz bir millət olaraq yarışan və ölkəmiz üçün çox çalışan hər bir idmançı ilə fəxr edirik".

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Avropa və Dünya Çempionatları və Olimpiadalarında taekvondo, ağırlıqqaldırma və karate üzrə uğurlar qazanan idmançılarla görüşdə deyib.

Ərdoğan taekvondo, karate və ağırlıqqaldırma üzrə qalib gələn gənc idmançıları təbrik edib, onları yeni-yeni uğurlar arzulayıb: "Fiziki dözümlülüyünüzü güclü bir zehniyyətlə taclandırdınız və sona qədər hədəfinizə diqqət yetirərək mübarizə apardınız. Bu qürurlu nümayiş üçün hamınıza öz adımdan və millətim adından təşəkkür edirəm. Şübhəsiz ki, gələcək beynəlxalq yarışlarda daha çox qələbələr qazanacaqsınız. Dövlət olaraq, idmançılarımızı dəstəyimiz davam edəcək"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA