Prezident İlham Əliyev III beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
GÜNDƏM
05.12.2025, 09:23
Prezident İlham Əliyev Bakıda "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciət edib.
Mia.az xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.
Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.
Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.
Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.
Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.
Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.
Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.
2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.
İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.
Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
Bugün, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
Bugün, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
Bugün, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
Bugün, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
Bugün, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istafa verdi - FOTOLAR
Bugün, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
Bugün, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bugün, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
Bugün, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
Bugün, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
Bugün, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
Bugün, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
Bugün, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
Bugün, 13:53 ŞOU-BİZNES
-
Türkiyədə qadın jurnalist saxlanılıb
Bugün, 13:40 PRESS
-
Payız fəsli nə vaxt başlayır? - Açıqlama
Bugün, 13:02 CƏMİYYƏT
-
"Buna susmaq mənim üçün doğru deyil" - Şair replikalara belə cavab verdi
Bugün, 12:57 SİYASƏT
-
Keçmiş spikerdən istintaqa çəkilən deputatın atası ilə bağlı açıqlama: "Prokurorluq ifadəyə çağırsa..."
Bugün, 12:33 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:17 CƏMİYYƏT
-
Təhsl haqqlarını özbaşına qaldıran universitetlərdə yoxlama başlayıb - Türkyədə
Bugün, 12:09 GÜNDƏM
-
Fərid Şəfiyev: "Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır" - "Həmin orqan Ruben Vardanyanı..."
Bugün, 12:07 SİYASƏT
-
Ərdoğana 10 il əvvəl sui-qəsd cəhdi: daha 10 nəfər saxlanıldı
Bugün, 11:56 SİYASƏT
-
Röya Ayxan 80 milyona ev alıb?
Bugün, 11:43 ŞOU-BİZNES
-
Dövlət teatrlarında direktor və direktor müavini olmaq istəyənlərin sayı açıqlandı: 191 müraciət var
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
“Bakı-2040” Baş Planı pozuldu: Parkın yerində bina tikilir + FOTOLAR
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artistinin vəziyyəti ağır-stabil olaraq qalır
Bugün, 11:06 CƏMİYYƏT
-
"Səfərbərlik tələb edən heç bir ssenari yoxdur" - Putindən açıqlama
Bugün, 10:55 GÜNDƏM
-
Putindən Ukraynaya mühüm mesaj: "Beləliklə, həll yolu üçün bir şans varmı?"
Bugün, 10:39 GÜNDƏM
-
Tramp 47 il sonra tarixi təkrarladı - O, Ağ Evdə Hasid yəhudi dini liderlərini qəbul etdi, aralarında...
Bugün, 10:28 SİYASƏT
-
Xırdalanda obyekt yanıb
Bugün, 10:18 CƏMİYYƏT
-
Azərbaycan nefti 105 dollara satılır
Bugün, 09:57 İQTİSADİYYAT